Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-756/2024 12.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi Stepanova (Rəcəbova) Yelena Alekseyevnanın və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi Stepanova (Rəcəbova) Yelena Alekseyevnanın maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Stepanova (Rəcəbova) Yelena Alekseyevna məhkəməyə ərizə ilə müraciət edərək, onun, yəni 07 iyul 1969-cu il təvəllüdlü Ərizəçi 1999-cu il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu il tarixində RSFSR Kuybışev rayonu Omsk şəhərində anadan olmuşdur. 21 noyabr 1987-ci ildə Azərbaycan Respublikası vətəndaşı X12 ilə nikaha daxil olmuşdur. X12 ilə 1987-ci il noyabr ayının 21ci günündə nikahın bağlanması haqqında 4797 saylı akt qeydi tərtib olunmuş və nikahın bağlanması Omsk şəhər VVAQ şöbəsi tərəfindən qeydiyyata alınmışdır. 1987-ci ildən sonra həyat yoldaşı Rüfət Rəcəbov ilə Azərbaycan Respublikasına gəlmişlər. Azərbaycan Respublikası Qəbələ rayonunda daimi yaşamağa başlamışdır. Azərbaycana gəlikdən sonra həyat yoldaşı Rüfət Rəcəbov ilə birgə nikahlarından 16 dekabr 1988-ci il tarixdə X13, 28 aprel 1990-ci il tarixdə X14 və 03 fevral 1992-ci il tarixdə X15 adlı 3 uşaqları anadan olmuşdur. O, ailəsi ilə birlikdə 1994-cü ildə yenidən Rusiya Federasiyasına gedərək 5 il orda yaşamışlar. 1999-cu ildə isə yenidən Azərbaycana qayıtmışlar. Həmin müddətdən sonra da bir daha Azərbaycan Respublikasını tərk etməmişdir. Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş Qəbələ rayonu Vəndam qəsəbə icra nümayəndəliyinin təsərrüfat kitabından 184 nömrəli Çıxarışdan görünür ki, X5, yəni o, 1987-ci il tarixdən Qəbələ rayonu Vəndam qəsəbəsində təsərrüfat qeydiyyatına düşmüşdür. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq şöbəsi tərəfindən verilmiş “Rusiya Federasiyası vətəndaşlığının olmaması haqqında” 06 oktyabr 2023-cü il tarixli arayışda göstərilmişdir ki, xx.xx.1969-cu ildə Omsk şəhər əsilli X7, yəni o, Rusiya Federasiyası vətəndaşlığını qəbul etməmiş və Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyinə əsasən Rusiya Federasiyası vətəndaşı deyil. O, bir neçə dəfə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almaq istəsə də, Azərbaycan Respublikası vətəndaşlığım müəyyən edilmədiyindən bu mümkün olmamamışdır. Halhazırda isə şəxsiyyət vəsiqəsi olmadığından heç bir əməliyyat aparması mümkün deyildir. Şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 26 oktyabr 2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək hüququ izah olunmuşdur. Onun Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəməyə təqdim olunmuş sənədlərdə, arxiv çıxarışında, arayışlarda və digər sənədlərdə öz əksini tapır. Həmçinin, ərizədə qeyd olunan fakt məhkəmə iclasına dəvət ediləcək şahidlər vasitəsi ilə də təsdiq oluna bilər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçi Stepanova (Rəcəbova) Yelena Alekseyevna ərizədə göstərilənlərə uyğun izahat verib, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirmişdir ki, hazırki ərizə üzrə tələbin təmin olunmasına heç bir etirazı yoxdur. 30 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, ərizəçi onun arvadıdır. xx.xx.1966-cı ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuşdur. Hərbi xidmətini Almaniyada başa vurduqdan sonra Omsk şəhərinə ali təhsil almağa getmişdir. Ancaq müəyyən səbəbdən ali məktəbə qəbul ola bilməmişdir. Orada qeydiyyata düşüb işə girmişdir. Daha sonra Yelena ilə tanış olmuşdur. O, tikiş fabrikində aşbaz işləmişdir. 1987-ci ilin noyabr ayında orda evlənmişlər, toyları olmuş, rəsmi nikaha daxil olmuşlar. Elə həmin ilin dekabr ayında Azərbaycana gəlmişlər. Burda yasları olduğuna görə toy məclisi baş tutmamış, ailə içində qonaqlıq etmişlər, xanım islam dinini qəbul etmişdir, dini kəbin kəsdirmişlər. 6 ay ərzində Azərbaycan dilini öyrənmişlər. Övladları burda doğulub, burda məktəbə gediblər, bir müddət isə Omsk şəhərində məktəbə gediblər. Burda anası, böyük qardaşı ilə bir evdə yaşamışlar. Bir neçə ildir ki, ayrıca ev tikib köçmüşlər. 1994-cü ildə Omsk şəhərinə getmişlər, 5-6 il orda yaşadıqdan sonra qayıtmışlar. Rusiyada hərbçi kimi işləmişdir. 1999cu ildə Azərbaycana qayıtmışlar, Qəbələ RLS-də fəaliyyətini davam elətdirmişlər, hərbi şəhərcikdə yaşamağa başlamışlar. Ordan işdən azad olduqdan sonra Vəndam qəsəbəsində yaşayır. 1999-cu ildən sonra ölkədən çıxmamışlar. 30 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, ərizəçi onun qonşusudur. Onun əri ilə uzaq qohumluğu var. Yelena Rüfətlə Azərbaycana gəlmişdir, qaynanası məclis də təşkil etmişdir. Həmin məclis də yadındadır. Sonra onlarla qaynayıb-qarışmışdır. Dillərini də öyrənmişdir. Onunla Azərbaycan dilində danışırmışlar. Bir müddət Rusiyaya getmişdilər, ancaq tez qayıtmışlar. 30 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, ərizəçi onun qonşusudur. Qəbələ rayonu, Vəndam qəsəbə sakinidir, İİ qrup əlildir. Ərizəçinin əri ilə uşaqlıq qonşusudurlar, ataları da qonşu olmuşdur. 1987-ci ildə Rusiyada ailə qurmuşlar, daha sonra Azərbaycana gəlmişlər. Bir müddət işlə əlaqədar Qəbələ RLS-nin hərbi şəhərciyində yaşamışlar. Bir neçə ildir ki, yenə də qonşuluqda yaşayırlar və 3 övladları var. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Omsk Kuybışev VVAQ şöbəsi tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixində RSFSR Kuybışev rayonu Omsk şəhərində anadan olmuşdur. Bu barədə 1969-cu il iyul ayının 22-ci gügündə doğum aktlarının qeydiyyat kitabında 909 sayı ilə akt qeydi aparılmışdır. X18 Aleksandroviç, anası X4. İşdə olan Omsk Kuybışev VVAQ şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, X12 ilə Ərizəçi 21 noyabr 1987-ci ildə nikahları bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 4797 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rəcəbov, arvada Rəcəbova soyadı verilmişdir. İşdə olan Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq şöbəsi tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli “Rusiya Federasiyası vətəndaşlığının olmaması haqqında” arayışdan görünür ki, xx.xx.1969-cu ildə Omsk şəhər əsilli X7 Rusiya Federasiyası vətəndaşlığını qəbul etməmişdir və Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyinə əsasən Rusiya Federasiyası vətəndaşı deyildir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Ərizəçi verilmiş 26 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi 1999-cu ildən hazırkı dövrədək Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilmək hüququ X1 izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 19 dekabr 2023-ci il tarixli, 1325 nömrəli arayışdan görünür ki, X7 1987-ci il tarixdən bu günə kimi Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 30 noyabr 2023-ci il tarixli, 1241 nömrəli arayışdan görünür ki, X2 ailə tərkibi əri X12, oğlu X16, oğlu X14, gəlini X8, nəvələri X11 və X6 ibarətdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən Qəbələ rayonu Vəndam qəsəbə icra nümayəndəliyinin təsərrüfat kitabından Çıxarışdan görünür ki, 29 Stepanova (Rəcəbova) Yelena Alekseyevna 1987-ci il tarixdən Qəbələ rayonu Vəndam qəsəbəsinə təsərrüfat qeydiyyatına düşmüşdür. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 03 iyul 2024-cü il tarixli, 3-38-2/33-2287/24 nömrəli məktubundan görünür ki, Stepanova (Rəcəbova) Yelena Alekseyevnanın dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasınının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyinin tələblərini rəhbər tutmalıdırlar. Məhkəmənin mövqeyi: Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Stepanova (Rəcəbova) Yelena Alekseyevna xx.xx.1969-cu il tarixində RSFSR Kuybışev rayonu Omsk şəhərində anadan olmuşdur. 21 noyabr 1987-ci ildə Azərbaycan Respublikası vətəndaşı X12 ilə nikaha daxil olmuşdur. X12 ilə 1987-ci il noyabr ayının 21-ci günündə nikahın bağlanması haqqında 4797 saylı akt qeydi tərtib olunmuş və nikahın bağlanması Omsk şəhər VVAQ şöbəsi tərəfindən qeydiyyata alınmışdır. 1987-ci ildən sonra həyat yoldaşı Rüfət Rəcəbov ilə Azərbaycan Respublikasına gəlmişlər. Azərbaycan Respublikası Qəbələ rayonunda daimi yaşamağa başlamışdır. Azərbaycana gəlikdən sonra həyat yoldaşı Rüfət Rəcəbov ilə birgə nikahlarından 16 dekabr 1988-ci il tarixdə X13, 28 aprel 1990-ci il tarixdə X14 və 03 fevral 1992-ci il tarixdə X15 adlı 3 uşaqları anadan olmuşdur. 1999-cu il sonra bir daha Azərbaycan Respublikasını tərk etməmişdir. Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş Qəbələ rayonu Vəndam qəsəbə icra nümayəndəliyinin təsərrüfat kitabından 184 nömrəli Çıxarışdan görünür ki, X5, yəni o, 1987-ci il tarixdən Qəbələ rayonu Vəndam qəsəbəsində təsərrüfat qeydiyyatına düşmüşdür. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq şöbəsi tərəfindən verilmiş “Rusiya Federasiyası vətəndaşlığının olmaması haqqında” 06 oktyabr 2023-cü il tarixli arayışda göstərilmişdir ki, xx.xx.1969-cu ildə Omsk şəhər əsilli X7, yəni o, Rusiya Federasiyası vətəndaşlığını qəbul etməmiş və Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyinə əsasən Rusiya Federasiyası vətəndaşı deyil. Hazırda Stepanova (Rəcəbova) Yelena Alekseyevna heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının tanınmasını tələb edir. Onun 1999-cu il tarixdən sonra Azərbaycan Respublikasının hüdudlarını tərk etməsi halı aşkar edilməmişdir Göründüyü kimi 07 iyul 1969-cu il təvəllüdlü Stepanova (Rəcəbova) Yelena Alekseyevna 1999-cü ildən etibarən Azərbaycan Respublikasındadır. Həmin tarixdən onun Azərbaycan Respublikasının hüdudlarını tərk etməsi, habelə onun hər hansı bir dövlətin vətəndaşlığına mənsub olması aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07 iyul 1969-cu il təvəllüdlü Stepanova (Rəcəbova) Yelena Alekseyevnanın 1999-cu il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçi Stepanova (Rəcəbova) Yelena Alekseyevnaya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 07 iyul 1969-cu il təvəllüdlü Stepanova (Rəcəbova) Yelena Alekseyevnanın 1999-cu il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-756/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-756/2024
12.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver