Məhkəmə qərarları › İş №2(025)-78/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-78/2025

12.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-78/2025 12.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək mərhum atası X6 01 may 1934-cü ildə Qəbələ rayonu, Muçux (indiki Yenikənd) kəndində anadan olub X8 və X3 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, xx.xx.1975-ci Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuş və X4 törəmişdir. X12 xx.xx.1934-cü il tarixdə Qəbələ rayonu, Muçux (indiki Yenikənd) kəndində anadan olmuş və xx.xx.2000-ci il tarixdə həmin kənddə vəfat etmişdir. X6 ölümü haqqında akt qeydi aparılmış, lakin doğum akt qeydi aparılmamışdır. X6 doğum akt qeydinin aparılmamaması torpağa dair alqı-satqı müqaviləsinin bağlanmasına maneçilik törətdiyi üçün onun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qəbələ RİHB-nin Yenikənd kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-59-29/2-36-2025 saylı arayışa əsasən Qəbələ rayonu Yenikənd kəndində yaşamış və vəfat etmiş kənd sakinləri X13 və X10 vəfat edən günə kimi Yenikənd kəndində bir mənzildə birgə bir yerdə yasamışdılar. İşdə olan AZ-İİ 315528 nömrəli ölüm haqqında şəhadatnamənin sürətinə əsasən X10 13 dekabr 2000-ci ildə ölmüşdür. İşdə olan JN-060A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamənin surətinə əsasən, Qəbələ rayon AİK-nin 15 noyabr 2001-ci il tarixli 15 saylı qərarı ilə Qəbələ rayonunun Yenikənd kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.27 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi X13, X21, X10, X16, X17, Ərizəçi, X1, X5, X9 və X7 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan JN – 320 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən, Qəbələ rayon AİK-nin 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə Qəbələ rayonunun Yenikənd kəndində yerləşən planda sərhədləri göstərilmiş 5.95 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X13, X21, X10, X16, X17, Ərizəçi, X1, X5 və X2 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 3-16-5/8-303/2024 arayışın surətinə əsasən X12 və X18 nikahı 09 dekabr 1966-cı il tarixli 34 nömrəli nikah akt qeydi ilə bağlanmışdır. Nikahın bağlanmasından sonra arvada Şahnazarova soyadı verilmişdir. АR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx xxxx 1975-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Muçux (indiki Yenikənd) kəndində anadan olmuş X6 doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X6 doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Qutqaşen (indiki Qəbələ) rayonu, Muçux (indiki Yenikənd) kəndi; doğum tarixi – xx.xx.1934-cü il; anası X8, atası X14 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar