Məhkəmə qərarları › İş №2(025)-780/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-780/2020

17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-780/2020 17.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Məmmədova (İsrəfilova) Minayə Cəllad qızının Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Məmmədova (İsrəfilova) X1 şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1935-ci il tarixdə Qəbələ rayonu, Soltan Nuxa kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə ərizəçinin vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizəçi Məmmədova (İsrəfilova) Minayə Cəllad qızının xx xxxxxx 1935-ci il tarixdə Qəbələ rayonu, Soltan Nuxa kəndində, atası X5, anası X2 olmaqla doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Məmmədova Ərizəçi Cəllad qızı xx xxxxxx 1935-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Soltan Nuxa kəndində anadan olmuşdur. xx xxxxxx 1955-ci ildə Molla Şıxalı kənd sakini X7 ilə rəsmi nikaha daxil olmuşdur. 1935-ci illərdə qarışıq dövrlər olduğuna görə və ya başqa səbəbdən valideynləri ona doğum şəhadətnaməsi almamışlar. 2005-ci ilə qədər onun şəxsiyyətini müəyyən edən heç bir sənədi olmamışdır. Yalnız 2005-ci ildə seçkilərlə əlaqədar ona şəxsiyyət vəsiqəsi yazılmış və həmin şəxsiyyət vəsiqəsində təvəllüdü 1935 yazılmışdır, doğulduğu gün və ay haqqında heç nə qeyd edilməmişdir. Həmçinin ona verilmiş şəxsiyyət vəsiqəsində ata adı da düzgün qeyd edilməmişdir. Belə ki, mənim atasının adı Cəllad olmuşdur. Şəxsiyyət vəsiqəsində isə ata adı Callad kimi yazılmışdır. Həmçinin mərhum X7 ilə olan nikahdan 8 övladı olmuşdur. Övladlardan X4 xx xxxxxx 2014-cü ildə vəfat etmişdir. Övladlarının hamısının doğum şəhadətnamələrinin ana qrafasında onun ata adı Cəllad kimi yazılmışdır. Qəbələ rayonunda aqrar islahatı aparılan zaman ona paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə torpaq sahəsi verilmişdir. Torpaq sahəsindən onun payına düşən mülkiyyətinin üzərində hüquqlarının həyata keçirmək istədi. Lakin, məlum oldu ki, onun doğum şəhadətnaməsi yoxdur. Doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etdi. Qeydiyyat şöbəsinin xx xxxxxx 2017-ci il tarixli arayışı ilə ona cavab verildi ki, onun barəsində doğum akt qeydi aşkar edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, o, ərizəçinin oğludur. Anası Məmmədova (İsrəfilova) Minayə Cəllad qızının ad gününü hər il avqustun 19-da qeyd edirlər. Bildiyinə görə anası xx xxxxxx 1935-ci il tarixdə Qəbələ rayonu, Soltan Nuxa kəndində anadan olmuşdur, lakin doğum haqqında şəhadətnamə verilməyib. Anasının ata və anası rəhmətə getmiş, atası X5, anası X2 olmuşdur. İş materiallarını araşdırıb, ərizəçinin vəkili və nümayəndəsi Vəkil izahatını, şahidin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 31 saylı xx.xx.2017-ci il tarixli Arayışdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “Avtomatlaşdırılmış qeydiyyat və informasiya sistemində” və arxiv məlumatlarında “Ərizəçi Cəllad qızı”-nın doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1935-ci il tarixdə Qəbələ rayon, Soltan Nuxa kəndində anadan olmuşdur. İşdə oaln Qəbələ rayon Qeydiyyat çöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 4 saylı nikah haqqında arayışdan görünür ki, X9 xx xxxxxx 1955-ci il tarixdə X3 ilə rəsmi nikaha girmiş və bu barədə həmin tarixdə 03 nömrə ilə nikah qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Məmmədova (İsrəfilova) Minayə Cəllad qızı xx xxxxxx 1935-ci il tarixdə Qəbələ rayonu, Soltan Nuxa kəndində doğulmuşdur. Məhkəmə hesab edir ki, Məmmədova (İsrəfilova) Minayə Cəllad qızının xx xxxxxx 1935-ci il tarixdə Qəbələ rayonu, Soltan Nuxa kəndində doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə “ata” qrafasında “X5”, “ana” qrafasında “X2” yazılaraq, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Məmmədova (İsrəfilova) Minayə Cəllad qızının xx xxxxxx 1935-ci il tarixdə Qəbələ rayonu, Soltan Nuxa kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində Məmmədova (İsrəfilova) Minayə Cəllad qızının doğum tarixinin xx xxxxxx 1935-ci il, doğum yeri Qəbələ rayonu Soltan Nuxa kəndi, adının Minayə, soyadının İsrəfilova, atası X5, anası X1 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar