Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-792/2021 09.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum atası – X3 01 iyul 1930-cu il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində X4, anası X13 olmaqla doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, onun mərhum atası X11 01 iyul 1930-cu il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam kəndində (indiki qəsəbə) anadan olmuş və 21 avqust 2012-ci il tarixdə vəfat etmişdir. 1930-cu illərdə Azərbaycanda sovet hökuməti yenicə qurulmuşdu və demək olar ki, vətəndaşlıq vəziyyəti aktları, o cümlədən doğum aktları qeyd edilmirdi. Bu Səbəbdən və ya başqa səbəbdən valideynləri ona doğum şəhadətnaməsi almamışlar. Vəfat edən günə onun doğum şəhadətnaməsi olmamışdır. Qəbələ rayonunda aqrar islahatı aparılan zaman ailə başçısı Mərhum atası X1 paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə torpaq sahəsi verilmişdir, torpaq sahəsindən onun payına düşən mülkiyyətinin üzərində hüquqlarını həyata keçirmək istədi. Lakin, məlum oldu ki, atasının doğum şəhadətnaməsi yoxdur. Doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etdi. Qeydiyyat şöbəsinin 10 fevral 2021-ci il tarixli, 05/Q-40/13 saylı məktubu ilə ona cavab verildi ki, X5 barəsində doğum akt qeydi aşkar edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətimdə qaldı. Məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəldi. Çünki, o, başqa yolla mərhuma doğum şəhadətnaməsi əldə edə bilmir. Mərhum atası X3 təvllüdünün 01 iyul 1930cu il olmasını, atasının X12, anasının isə X13 olmasını məhkəməyə dəvət ediləcək şahidlər də təsdiq edə bilərlər. Bundan başqa 02 mart 2021-ci il tarixdə Vəndam qəsəbəsində tərtib edilmiş aktla da təsdiq olunur ki, mərhum atası 01 iyul 1930-cu il tarixdə Vəndam kəndində anadan olmuşdur və orada yaşamışdır. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, mərhum X5 onun atası olmuşdur. Atasının doğum gününü 01 iyulda qeyd edirdilər. O, 1930-cu ildə anadan olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X10 ifadə verərək göstərdi ki, mərhum X5 onun atası olmuşdur. O, Vəndam qəsəbəsində anadan olmuşdur. X4, anası isə X13 olmuşdur. İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-40/13 saylı 10.02.2021-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “Avtomatlaşdırılmış qeydiyyat və informasiya sistemində” və arxiv məlumatlarında “X5”-nun doğum haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağdaş rayon Vəndam kənd soveti tərəfindən 25 mart 1984cü il tarixdə verilmiş AZ № 588476 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1964-cü ildə Vəndam qəsəbəsində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmişdir. Həmin şəhadətnamədə ata qrafasında ərizəçinin mərhum atasının tam adı “X5” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 21 avqust 1954-cü il tarixdə verilmiş İJ № 187559 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 17 iyul 1954-cü ildə İsmayıılı rayonu Ruşan kəndində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 48 nömrə ilə qeyd edilmişdir. Həmin şəhadətnamədə ata qrafasında ərizəçinin mərhum atasının tam adı ”X5” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən 02 mart 2021-ci il tarixdə təsdiq edilmiş Aktdan görünür ki, 01 iyul 1930-cu il təvəllüdlü mərhum X2 rayonu, Vəndam qəsəbəsində doğulmuşdur. 2012-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etmişdir. vəfat etdiyi kimi Vəndam qəsəbəsində yaşamışdır. Ölüm haqqında şəhadətnamə qeyd olunan məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Aktın doğruluğunu həmçinin Ərizəçi, Y.Ə.Yusifov və F.N.Əliyev öz imzaları ilə təsdiq etmişdirlər. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş 01.09.2012-ci il tarixli AZ- İ 557465 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki X5 21 avqust 2012-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etmişdir və bu barədə Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N-də 48 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X5 01 iyul 1930-cu il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuşdur. Məhkəmə hesab edir ki, X3 01 iyul 1930-cu il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulması, atasının X12, anasının X13 olması hüquqi faktı müəyyən edilməli və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçinin mərhum atası – X3 01 iyul 1930-cu il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulması, atasının X12, anasının X13 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-792/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-792/2021
09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver