Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-802/2020 24.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, onun vəkili X4 və cavabdeh X6 iştirakları ilə İddiaçı cavabdeh X7 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X7 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən ******* saylı çıxarış üzrə mülkiyyətlərinə verilmiş 0,38 ha torpaq sahəsinin zəbt olunmuş 0,10 ha ağacla hasarla bağlanmış hissəsinin sökülməsi, 0,10 ha torpaq sahəsindən və bar verən qoz ağacından istifadəyə və həmçinin onun mülkiyyətinə gedən yola aid hissədə bağlanmaqla maneə yaratmaq üçün basdırılmış dəmir turbaların cavabdehin öz hesabına sökülməsi (çıxarılması) və törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 rayon AİK-nin xx.xx.1999-cu il tarixli 20 saylı qərarı ilə dörd nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-078A saylı kodu 40615048 olan dövlət aktı ilə adlarına rəsmiləşdirilmiş 0,32 ha torpaq sahəsinin islahata qədər tərəfindən pozulmuş xəndəyi doldurmaqla mülkiyyətlərinə aid olan torpaq sahəsini və həmin sahədə olan bar verən qoz ağacının da daxil olduğu torpaq sahəsinin 0,10 hektarını zəbt edərək kənarını ağacla hasarlayaraq bağlanmış, istifadəsinə maneələr yaratmışdır. Hazırda həmin torpaq sahəsi seriya RX № ******* saylı çıxarışla adlarına rəsmiləşdirilmişdir. Bundan əlavə cavabdeh ümumi istifadədə olan yolun onun həyətinə daxil olan hissəsinə dəmir turbalar basdırmaqla yoldan istifadəsinə maneə yaradır. Hər iki qanunsuz hərəkətləri ilə mülkiyyətindən istifadəsinə maneə törətdiyinə görə dəfələrlə cavbadehə xahiş etsə də, nəticəsi olmamışdır. Əksinə ona fiziki zor göstərmiş və bu zorakılığa görə polisə müraciət etmişdir. Yerli icra nümayəndəliyinə müaraciəti olmuşdur, nəticəsi cavabdeh zor tədbiq etməklə davam edir. Yemişanlı kənd İƏN-yi də məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Hesab edir ki, cavabdehin qeyd olunan maneələrini məkməmə qərarı ilə qarşısını almaq mümkündür. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, eyni zamanda göstərmişdir ki, Qəbələ rayonu Yemişanlı kəndində 3 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə birgə mülkiyyətə verilmiş 0,38 ha torpaq sahəsinin 0,10 hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, ekspert rəyində ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmədiyi göstərilmişdir. Həmçinin ekspert rəyində cavabdeh tərəfindən mənə məxsus olan 0,38 ha torpaq sahəsinin cənub hissəsindən maneəçilik törədilməsi göstərilmişdir. Həmin maneəçilik göstərilən torpaq sahəsinin onun zəbtində olan bələdiyyə məxsus 0,06 ha torpaq sahəsindən olduğunu düşünür. Göstərilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X4 iddia ərizəsinə uyğun izahat verərək, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X13 iddianı qəbul etməyərək göstərdi ki, əvvəlki məhkəmə iclasında iddiaçıya məxsus torpaq sahəsini zəbt edib-etmədiyini bilmədiyini, bu məqsədlə ekspertiza keçirilməsini xahiş etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən məlum olur ki, o, iddiaçının iddia etdiyi kimi 0,10 ha torpaq sahəsini zəbt etməmişdir. Həmçinin ekspert rəyində iddiaçıya məxsus olan 0,38 ha torpaq sahəsinin cənub hissəsindən maneəçilik törədildiyi göstərilsə də, həmin maneənin konkret olaraq nə nədən ibarət olması qeyd edilməmişdir. İddia ərizəsində də həmin maneənin guya zəbt olunan 0,10 ha torpaq sahəsindən istifadə ilə əlaqədar olduğu qeyd olunmuşdur. Həmin zəbt öz təsdiqini tapmadığından, maneədə ola bilməz. Ekspert rəyinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının, iddiaçının vəkilinin və cavabdehin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Beləki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiqlənmiş surətindən müəyyən olunur ki, İddiaçı, X2, X10 və X5 adına Qəbələ rayonu, Yemişanlı kəndində 0,06 ha həyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il qeydiyyat tarixli, ******* qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiqlənmiş surətindən müəyyən olunur ki, İddiaçı, X2, X10 və X5 adına Qəbələ rayonu, Yemişanlı kəndində 0,38 ha həyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan JN-075F (Kod: 40615048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən X14, X8, X15 və X3 ümumi birgə mülkiyyətinə 1,31 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi – **********78; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2015) Çıxarışa əsasən İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə verilmiş Qəbələ rayonu Yeminanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmamışdır, lakin cavabdeh tərəfindən iddiaçıya məxsus olan 0,38 ha torpaq sahəsinin cənub hissəsindən istifadəsinə maneəçilik törədilir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi – **********78; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2015) Çıxarışa əsasən İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə verilmiş Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir və bu barədə Autocad və ArcMap proqramlar vasitəsilə hazırlanan plansxemortofotoplanda rəyə əlavə olunmuşdur. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Yemişanlı kənd İƏD tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 173 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Yemişanlı kənd sakinidir, hal-hazırda həmin kənddə yaşayır, qonşusu Cavabdeh ilə aralarında çəpər yeri üstündə dəfələrlə mübahisələri olmuşdur. Müraciətə əsasən nümayəndəlik olaraq hadisə yerində olmuşlar, baxış keçirmişlər və hər ikisini qane edəcək təkliflər vermişlər. Mübahisə davam etdiyindən mülkü məsələ olduğu üçün məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Yemişanlı kənd İƏD tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 167 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Yemişanlı kənd sakini olub, hal-hazırda Yemişanlı kəndində yaşayır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Qəbələ rayonu Tikanlı kəndində doğulmuş, Qəbələ rayonu, Yemişənli kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci il tarixdə Qəbələ rayonu Yemişənli kəndində doğulmuş, Qəbələ rayonu, Yemişənli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylıProtokolun 1-ci maddəsinəəsasən, hərbirfiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar X18 Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi – **********78; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2015) Çıxarışa əsasən İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə verilmiş Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsininzəbt olunmuş 0,10 ha ağacla hasarla bağlanmış hissəsinin sökülməsi, 0,10 ha torpaq sahəsindən və bar verən qoz ağacından istifadəyə və həmçinin onun mülkiyyətinə gedən yola aid hissədə bağlanmaqla maneə yaratmaq üçün basdırılmış dəmir turbaların cavabdehin öz hesabına sökülməsi (çıxarılması) və törədilən maneələrə son qoyulmasını tələb edir. Lakin cavabdeh ilk əvvəl iddiaçıya məxsus torpaq sahəsini zəbt edib-etməməsini bilmədiyini, bu məqsədlə ekspertiza keçirilməsini xahiş etmiş, ekspert rəyi alındıqdan sonra isə iddianın əsaslandığı hallara etiraz olaraq ekspert rəyində göstərildiyi kimi iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Bundan savayı“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən də görünür ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi – **********78; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2015) Çıxarışa əsasən İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə verilmiş Qəbələ rayonu Yeminanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir və bu barədə Autocad və ArcMap proqramlar vasitəsilə hazırlanan plansxem-ortofotoplanda rəyə əlavə olunmuşdur. Həmçinin rəydə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi – **********78; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2015) Çıxarışa əsasən İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə verilmiş Qəbələ rayonu Yeminanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmaması, lakin cavabdeh tərəfindən iddiaçıya məxsus olan 0,38 ha torpaq sahəsinin cənub hissəsindən istifadəsinə maneəçilik törədilməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəflər arasında mübahisələndirilən 0,10 ha torpaq sahəsinin cavabdehin zəbtində olmasına dair məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən təqdim edə bilməmişdir. Mübahisəli torpaq sahəsinin cavabdehin zəbtində olması barədə iddiaçının tələbi isə ekspert rəyi ilə təkzib olunmuşdur. Eləcə də iddia ərizəsində bütün tələb qeyd olunan “0,10 ha torpaq sahəsinin zəbt olunaqraq həmin sahədən onun istifadəsinə maneçilik törədilməsi” üzərində qurulmuşdur. Lakin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir zəbti məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyində cavabdeh tərəfindən iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin zəbt edilməməsi müəyyən edilmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində cavabdeh tərəfindən iddiaçıya məxsus olan 0,38 ha torpaq sahəsinin cənub hissəsindən istifadəsinə maneəçilik törədilməsi göstərilsə də, bu maneənin konkret nədən ibarət olması öz əksini tapmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində ona məxsus olan 0,38 ha torpaq sahəsinin 0,10 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu, məhz həmin 0,10 ha torpaq sahəsinin ağac hasarla bağlanmış hissəsinin sökülməsi, həmçinin həmin sahədə yerləşən qoz ağacından istifadəyə və həmçinin onun mülkiyyətinə gedən yola aid hissədə bağlanmaqla maneə yaratmaq üçün basdırılmış dəmir turbaların sökülməsini tələb etmişdir. Lakin ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus 0,38 ha torpaq sahəsinin 0,10 ha hissəsi cavabdeh tərəfindən zəbt olunmamışdır. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi maneələr zəbt olunduğunu iddia etdiyi 0,10 ha torpaq sahəsi ilə bağlı olmuşdur. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi ifadəsində ekspert rəyində göstərilmiş maneənin onun zəbtində olan bələdiyyəyə məxsus 0,06 ha torpaq sahəsi hissəsindən olduğunu bildirmişdir. Lakin məhkəməyə zəbtində olan 0,06 ha torpaq sahəsinin bələdiyyə tərəfindən ona hansı əsaslarla verilməsini təsdiqləyən sübut əlavə etməmişdir. Bu səbəbdən iddia tələbi törədilən maneələrə son qoyulması hissəsində də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X7 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh X7 qarşı “qanunsuzzəbt edilmiş torpaq sahəsinin boşaldılması və maneələrə son qoyulması” tələbinə dairiddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-802/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-802/2020
24.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver