Məhkəmə qərarları › İş №2(025)-809/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-809/2021

08.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-809/2021 08.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçılar Rəhı̇ mov Bayram Zahı̇ d oğlu, Rəhı̇ mova Aybənı̇ z Bayraməlı̇ qızı, Rəhı̇ mov Vı̇ layət Bayram oğlu və Rəhı̇ mov Hı̇ dayət Bayram oğlunun cavabdehlər Ağəmmədov Pərvı̇ n Ağəmməd oğluna və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar Rəhı̇ mov Bayram Zahı̇ d oğlu, Rəhı̇ mova Aybənı̇ z Bayraməlı̇ qızı, Rəhı̇ mov Vı̇ layət Bayram oğlu və Rəhı̇ mov Hı̇ dayət Bayram oğlu cavabdehlər Ağəmmədov Pərvı̇ n Ağəmməd oğluna və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə iclası 08 sentyabr 2021-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. İddiaçılar Rəhı̇ mov Bayram Zahı̇ d oğlu, Rəhı̇ mova Aybənı̇ z Bayraməlı̇ qızı, Rəhı̇ mov Vı̇ layət Bayram oğlu, Rəhı̇ mov Hı̇ dayət Bayram oğlu və cavabdeh Ağəmmədov Pərvı̇ n Ağəmməd oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə iclasında Cavabdeh2 işə baxılmasını tələb etməyərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.11, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçılar Rəhı̇ mov Bayram Zahı̇ d oğlu, Rəhı̇ mova Aybənı̇ z Bayraməlı̇ qızı, Rəhı̇ mov Vı̇ layət Bayram oğlu və Rəhı̇ mov Hı̇ dayət Bayram oğlunun cavabdehlər Ağəmmədov Pərvı̇ n Ağəmməd oğluna və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar