Məhkəmə qərarları › İş №2(025)-826/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-826/2020

21.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-826/2020 21.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialına qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum atası X2 xx xxxx 1932-ci ildə Kirovabad (indiki Gəncə) şəhərində, atası X8 və anası X7 olmaqla doğulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o, xx xxxx 1970-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olmuşdur. Atası X9 və anası X10 olmuş, onlar 1959cu il tarixində Qutqaşen (indiki Qəbələ) rayon ZAQS bürosunda nikaha daxil olmuş, atası xx xxxxx 1996-cı il tarixində kəskin ürək damar, tənəffüs çatışmamazlığı xəstəliyindən, anası da eyni xəstəlikdən xx xxxxxx 2018-ci il tarixində vəfat etmişlər. Ailədə 1 qardaş, 3 bacı olmuşlar. Halhazırda notariat ofisində notariat əməliyyatı aparılmasına görə onun X9 ilə doğma ata-oğul olması təsdiq olunmalıdır. Onların doğma ata-oğul olmaqlarını təsdiq edəcək sənəd doğum haqqında şəhadətnamə atası üçün aşkar olunmamışdır. Belə ki, atası xx.xx.1932-ci ildə Kirovabad (indiki Gəncə) şəhərində ev şəraitində doğulmuş və doğuş ixtisaslı həkim tərəfindən keçirilmədiyindən bu barədə həkim arayışı alınmamışdır. Hazırda atasının doğumundan 88 il ötmüşdür. Həmçinin, atasının atası, yəni babası X8 və atasının anası, yəni nənəsi X7 olmuş, babası 1995-ci ildə, nənəsi ilə 1983-cü ildə vəfat etmişlər. Atasının doğum haqqında şəhadətnaməsinin mövcud olması barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialına müraciət etmiş və xx xxx 2020-ci il tarixli 410/4 saylı məktubunda doğum, doğum-bərpa haqqında akt qeydləri yoxlanılmış, lakin atası X2 doğum akt qeydi aşkar olunmamışdır. Həmçinin, Maraqlı şəxs1 müraciətinə cavab olaraq xx xxxx 2020-ci il tarixli 05/Q-150/13 saylı arayışdan görünür ki, Maraqlı şəxs1 arxivində doğum haqqında akt qeydləri və avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yoxlanılmış, lakin X2 doğum haqqında akt qeydi aşkar olunmamış, bu barədə məhkəməyə müraciət olunması bildirmişlər. Ona görə də atası X2 doğum faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunur və atasının doğum faktı məhkəməyə təqdim olunmuş arxiv çıxarışında, nikah şəhadətnaməsi və digər sənədlərdə öz əksini tapır. Odur ki, Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı məhkəməyə göndərdiyi məktubda xx xxxxxx 2020-ci il tarixdə keçiriləcək məhkəmə iclasında nümayəndələrinin iştirak etməməsinin üzürlü hesab edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 göstərdi ki, ərizəçinin mərhum atası X9 onun qonşusu olmuşdur. Onu yaxşı tanımış və Səlim Səlimov ondan böyük olmuşdur. Səlimov Səlim 1996-cı il tarixdə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, o, mərhum Səlim Səlimovla qonşu olmuşdur. Mərhumun Gəncə şəhərində doğulmasını bilir və 1996-cı ildə ölməsi yadındadır. Lakin doğum tarixini dəqiq bilmir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 067041 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 “kəskin ürək damar tənəffüs çatmamazlığı” xəstəliyindən xx.xx.1996-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-ci ildə 27 № ilə qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon ZAQS şöbəsi tərəfindən verilmiş xx.xx.1950-ci il tarixli «evlənmək haqqında şəhadətnəmə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1932-ci il təvəllüdlü X9 ilə X3 xx xxxxxxxx 1959-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 61 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səlimov, arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, AZ-T seriyalı, 087417 nömrəli « Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1957-ci il tarixdə anadan olmuş, bu barədə xx.xx.1957-cı il tarixdə 53 saylı qeydiyyat aparılmışdır. Onun atası X9, anası X5r. İş materiallarında olan xx xxxx 1970-ci il tarixli, AЭ seriyalı, ******* nömrəli « Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə anadan olmuş, bu barədə xx.xx.1970-ci il tarixdə 24 saylı qeydiyyat aparılmışdır. Onun atası X8, anası X6r. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 05/Q-15Q/13 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X2 doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən Ərizəçi ünvanlanmış xx xxx 2020-ci il tarixli, 410/4 nömrəli məktubda göstərilmişdir ki, Stalin rayon X1 qeydiyyatı şöbəsinin 1932-1933-cü illər üzrə doğum, Gəncə şəhər Nikah evi arxiv fondunun 1932-1933-cü illər üzrə doğum, 1936-1942-ci illər doğumbərpa aktlarının qeydləri kitabları yoxlanılmış, X2 doğum aktının qeydi aşkarlanmamışdır. İşdə olan sorğuya cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 726/3 nömrəli məktubdan görünür ki, Stalin rayon X1 qeydiyyatı şöbəsinin 1932-1933-cü illər üzrə doğum, Gəncə şəhər Nikah evi arxiv fondunun 1932-1933-cü illər üzrə doğum, 1936-1942-ci illər doğumbərpa aktlarının qeydləri kitabları yoxlanılmış, X2 doğum aktının qeydi aşkarlanmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinin tələbinə görə isə, qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə ərizəçinin və şahidlərin ifadəsindən müəyyən olundu ki, Ərizəçi mərhum atası - X9 xx xxxx 1932-ci ildə Kirovabad (indiki Gəncə) doğulmuşdur. Atası X8, anası X11 dır. Lakin Ərizəçi mərhum atası X2 ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası – X2 xx xxxx 1932-ci ildə Kirovabad (indiki Gəncə) şəhərində doğulması, atasının X8, anasının X11 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar