Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-832/2022 25.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin qonşu sahə ilə arasında mərzin (ara koordinatının) müəyyən edilməsi və cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin qonşu sahə ilə arasında mərzin (ara koordinatının) müəyyən edilməsi və cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin qonşu sahə ilə arasında mərzin (ara koordinatının) müəyyən edilməsi və cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin qonşu sahə ilə arasında mərzin (ara koordinatının) müəyyən edilməsi və cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, ailələrinin mülkiyyətində olan kənd təsərrüfatı torpaq sahəsinin qonşu sahə ilə arasında mərzin (ara koordinatın) müəyyən edilməsinə cavabdehlər Cavabdeh2, Cavabdeh1 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ölkə üzrə aqrar islahatı keçirilən zamanı onun beş nəfərdən ibarət ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə 1,49 ha həcmdə pay torpağı xüsusi mülkiyyətlərinə verilmiş və hüquqverici sənəd olaraq JN-044G, kod: 40600068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Hal-hazırda onların mülkiyyətlərində olan 1,49 ha pay torpağın 1,20 ha hissəsindən istifadə edə bilirlər, belə ki, cavabdehlər onların sahə ilə qonşu sahənin ara xəttini müəyyən etmək üçün mütəxəssis cəlb etsələr də, onlar imkan vermirlər ki, qonşu sahə ilə onların sahənin ara koordinatı (mərz) müəyyən olunsun. Təxminən 0,30 ha həcmdə torpaqdan mərzin müəyyən olunması mümkün olmadığından istifadə edə bilmirlər. Cavabdeh2 “Turan Eli TV” kanalına müsahibə verən zaman demişdir: “Torpaq mənə məxsusdur, özüm də istifadə edirəm, məhsulunu da özüm götürürəm, torpağı boşaldan deyiləm”. Məhkəmə iclasında TV kanalının rəhbəri, ünvan 1 ünvanında yaşayan X1 şahid qismində izahat verməyə hazırdır. Dəfələrlə mərzin müəyyən olunması məqsədi ilə mütəxəssis gətirilib, amma cavabdehlər heç bir halda imkan vermirlər ki, ara koordinat müəyyən edilsin, torpaq sahəsindən tam həcmdə istifadə edə bilsinlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı və İddiaçı vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə mütəxəssis rəyi ilə tanış olduqlarını, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan JN-044F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən İddiaçı, X2, X8, X6 və X3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 1,49 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 06 sentyabr 2022-ci il tarixli, **********96 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə İddiaçı, X2, X8, X6 və X3 ümumi birgə mülkiyyətinə JN-044F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 1,49 ha torpaq sahəsinin cavabdehlərlə ara koordinatları (mərz) GPS aləti vasitəsi ilə müəyyən edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(025)- 23/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi mülkiyyətində olan torpaq sahələrindən cavabdehlərin məcburi qaydada çıxarılmaqla torpağın boşaldılması, onlar tərəfindən törədilən maneələrə son qoyulması və həmin torpaqdan özbaşına yığdıqları məhsulun dəyərinin alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli 2(107)-1461/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(025)-23/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6324/2019 nömrəli qətnaməsindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-1461/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, 651 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Nic qəsəbəsi sakinidir və hal-hazırda həmin qəsəbədə yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən İddiaçı, X2, X8, X6 və X3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 1,49 ha həyətyanı torpaq sahəsi verilmişdir.İddiaçı və onun ailə üzvləri hal-hazırda mülkiyyətlərində olan 1,49 ha pay torpağın 1,20 ha hissəsindən istifadə edə bilirlər, belə ki, onların sahə ilə qonşu sahənin ara xəttini müəyyən etmək üçün mütəxəssis cəlb etsələr də, cavabdehlər qonşu sahə ilə onların sahənin ara koordinatının (mərz) müəyyən olunmasına imkan verməmişlər. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Mülki işin məhkəmə araşdırılması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2iddia tələbini etiraf edərək Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən İddiaçı, X2, X8, X6 və X3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 1,49 ha həyətyanı torpaq sahəsinin ara koordinatlarının (mərzin)müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasında müvafiq idarənin əməkdaşlarına heç bir maneçilik törədilməyəcəklərini könüllü iradə ifadəsi olaraq verdikləri izahatında bildirmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi tələb, yəni mülkiyyətində olan torpaq sahəsinin qonşu sahə ilə arasında mərzin (ara koordinatın) müəyyən edilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneələrə son qoyulması məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyi ilə faktiki olaraq öz həllini tapmışdır. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 06 sentyabr 2022-ci il tarixli, **********96 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə İddiaçı, X2, X8, X6 və X3 ümumi birgə mülkiyyətinə JN-044F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 1,49 ha torpaq sahəsinin cavabdehlərlə ara koordinatları (mərz) GPS aləti vasitəsi ilə müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi faktiki olaraq öz həllini tapmışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə İddiaçı, X2, X8, X6 və X3 ümumi birgə mülkiyyətinə JN- 044F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 1,49 ha torpaq sahəsinin qonşu sahə ilə arasında mərzin (ara koordinatın) müəyyən edilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Qət etdi: İddia tələbi təmin edilsin. Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə İddiaçı, X2, X8, X6 və X3 ümumi birgə mülkiyyətinə JN-044F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 1,49 ha torpaq sahəsinin qonşu sahə ilə arasında mərzin (ara koordinatın) müəyyən edilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneələrə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-832/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-832/2022
25.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver