Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-832/2023 22.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi Mustafayeva (Aslanova) Turac Afəddin qızının iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları Ərizəçi Mustafayeva (Aslanova) Turac Afəddin qızı Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, özünün xx xxxxxx 1960-cı il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonu Vəndam qəsəbəsində doğulması, atasının X20, anasının X7 olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1960-cı il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam. qəsəbəsində anadan olmuşdur. Ona məlum olmayan səbəblərdən valideynləri ona doğum şəhadətnaməsi almamışlar. Onun məktəbə 1-ci sinifə getdiyi illərdə məktəbə gedərkən məktəbdə uşaqların doğum şəhadətnaməsi tələb edilmirdi. Sadəcə olaraq valideynləri demişlər ki, o 1960-cı ilin fevral ayının 09-da anadan olmuşdur. Beləliklə valideynlərinin sözlərinə görə o xx xxxxxx 1960-cı ildə anadan olmuşdur. Ona məxsus şəxsiyyət vəsiqədə və nikah haqqında şəhadətnamədə də doğum tarixi xx xxxxxx 1960-cı il kimi göstərilmişdir. X10, anası isə X7 olmuşdur. xx.xx.1982-ci il tarixdə X5 ilə nikaha daxil olaraq “Mustafayeva” soyadını qəbul etmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, onun doğum şəhadətnaməsi yoxdur. Belə ki, doğum şəhadətnamə olmadan vərəsəliklə bağlı bəzi məsələləri edə bilmir. Belə olub doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət emişdir. Qeydiyyat şöbəsininl 1 aprel 2023-cü il tarixli, 3-16-5/8-15-M-77/2023 saylı məktubu ilə ona cavab verilmişdir ki, onun barəsində doğum akt qeydi aşkar edilməmişdir və tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ərizəçi Mustafayeva (Aslanova) Turac Afəddin qızı ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş üzrə şahid qismində dindirilmiş X12 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Anası Ərizəçi xx xxxxxx 1960-cı il tarixdə rayonu, Vəndam qəsəbəsində anadan olmuşdur. X2 və babası X15r. Hər il onlar 09 fevral tarixdə anasının doğum günününü qeyd edirlər. İş üzrə şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Anası Ərizəçi xx xxxxxx 1960-cı il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuşdur. X2 və babası X17r. Hər il onlar 09 fevral tarixdə anasının doğum günününü qeyd edirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-15-M-77/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X8 doğumu haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.D-si tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 416 saylı arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatdadır və hal-hazırda Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayır. İş materiallarına əlavə olunmuş AЗ № 998757 Ümumi Orta təhsil haqqında Attestatın surətindən görünür ki, burada ərizəçi X8 doğum tarixi “1960” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cu il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi doğum tarixi xx xxxxxx 1960-cı il, yeri Qəbələ rayonu, Vəndam qəsəbəsi olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qutqaşen rayonu, Vəndam kənd soveti tərəfindən xx.xx.1982-cı il tarixdə verilmiş İİİ-ЖГ № 267227 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Turac Afəddin qızı arasında xx.xx.1982-cü ildə nikah bağlanmış, nikahdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. X3 doğum tarixli xx xxxxxx 1960-cı il olaraq qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Mustafayeva (Aslanova) Turac Afəddin qızı xx xxxxxx 1960-cı il il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonu, Vəndam qəsəbəsində doğulmuşdur. Məhkəmə hesab edir ki, Mustafayeva (Aslanova) Turac Afəddin qızının xx xxxxxx 1960-cı il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonu, Vəndam qəsəbəsində doğulması, atasının X22, anasının X7 olması hüquqi faktı müəyyən edilməli və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçinin, yəni Mustafayeva (Aslanova) Turac Afəddin qızının xx xxxxxx 1960-cı il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonu, Vəndam qəsəbəsində doğulması, atasının X20, anasının X4 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-832/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-832/2023
22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver