Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-84/2025 20.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək, mərhum anası X6 19 mart 1942-ci ildə Qəbələ rayonu Vəndam kəndində anadan olub X11 və X9 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, xx xxxx 1967-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub X7 və X4 törəməklə X3 doğma bacısıdır. X14 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və Qəbələ rayonu Vəndam kənd qəbirstanlığında dəfn edilmişdir. X6 doğum haqqında akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, mərhum anası X6 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İşdə olan AZE 02956412 nömrəli Ş/V-nin surətinə əsasən AR vətəndaşı X14 1942-ci ildə Qəbələ rayonu Vəndam kəndində anadan olmuşdur. İşdə olan İ-ИE 470691 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1932-ci ildə anadan olmuş X7 ilə 1942-ci ildə anadan olmuş X8 nikahı 26 iyul 1966-ci il tarixdə 24 nömrə ilə qeydə alımışdır. Nikahdan sonra arvada Cabayeva soyadı verilmişdir. İşdə olan AZ-İ 724792 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.2015-ci il tarixdə, Qəbələ rayonu Vəndam qəsəbəsində ölmüş, bu barədə xx.xx.2015-ci il tarixli 10 nömrəli ölüm haqqında akt qeydi aparılmışdır. İşdə olan Qəbələ RİHB-nin Vəndam qəsəbə İƏD üzrə İN tərəfindən təsdiq edilmiş xx.xx.2025-cü il tarixli 5-59-15/2-142/2025 saylı arayışda göstərilmişdir ki, X14 vəfat etdiyi günədək Qəbələ rayon Vəndam qəsəbəsində oğlu Ərizəçi ilə birlikdə yaşamışdır. İşdə olan AZ ******* nömrəli “doğum haqqında şəhadatnamənin” surətinə əsasən X4 doğulmuş xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi X2 törəmişdir. İşdə olan İE 044193 nömrəli “doğum haqqında şəhadatnamənin” surətinə əsasən xx.xx.1948-ci ildə Qəbələ rayonu Vəndam kəndində anadan olmuş X1 İsrayıl İsmayıl oğlu və X9 törəmişdir. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi X6 adına xüsusi mülkiyyət hüququ əsasında **********40 reyestr nömrəsi ilə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş 3 may 2024-cü il tarixli 3-16-5/8-13-89 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X5 doğum haqqında akt qeydi aşkar edilməmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş Cabayeva (Məmmədova) Əfrazə İsrayıl qızı 19 mart 1942-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində ( kəndində) anadan olub X11 və X9 törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, 19 mart 1942-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində (Qutqaşen rayonu, Vəndam kəndində) anadan olub X12 və X9 törəmiş Cabayeva (Məmmədova) Əfrazə İsrayıl qızının doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Cabayeva (Məmmədova) Əfrazə İsrayıl qızının doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Qəbələ rayonu, Vəndam qəsəbəsi; doğum tarixi – xx.xx.1942-ci il; anası X16; atası X11 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(025)-84/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-84/2025
20.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver