Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-844/2021 21.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs Qəbələ Regional Maraqlı şəxsndə Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Qəbələ Regional Maraqlı şəxsndə Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi qeydiyyatda olduğu ünvan ünvan 1 Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Ərizəçi ərizəsi isə bilavasitə həmin maddənin təsir dairəsinə aid deyildir. Yəni ərizəçi “mirasın qəbul edilməsi” faktının müyyən olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatında haqqında” qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu mənada şəxsin rəsmi qeydiyyatda olduğu yer onun yaşayış yeri hesab olunur və Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsində qeyd olunan hal istisna olmaqla hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Ərizəçi özünün qeydiyyatda olduğu ünvan üzrə aidiyyəti məhkəməyə müraciət edə bilər. Ərizəçinin hazırki mülki iş üzrə - Qəbələ Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etməsi yolverilməzdir. Göründüyü kimi, ərizə aidiyyət qaydalarının pozulması ilə Qəbələ Rayon Məhkəməsinə verilmişdir. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra aidiyyət qaydalarına riayət etməklə müvafiq ərizə ilə müvafiq məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Qəbələ Regional Maraqlı şəxsndə Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-844/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-844/2021
21.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver