Məhkəmə qərarları › İş №2(025)-847/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-847/2020

27.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-847/2020 27.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələbində bir və ya bir neçə cavabdehə bir biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmiş, həmçinin iddia tələbinin əsasları ilə bağlı iddiaçının əsaslandırdığı hallar ərizədə hər-hansı ardıcıllığa riayət edilmədən, qeyri müəyyən şəkildə yazılmış, nəticədə iddia ərizəsi tərtib edilərkən qeyri-müəyyənliyə yol verilmişdir. Belə ki, iddiaçı ərizəsində “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” barədə tələbi qoyulsa da, iddia ərizəsinin “xahiş etdi” hissəsində sabiq bələdiyyə sədri tərəfindən verilmiş qanunsuz sənədlərin ləğv edilməsi də xahiş etmişdir. Həmçinin bələdiyyə sədri tərəfindən verilmiş “qanunsuz” sənədlərin nədən ibarət olduğu konkret olaraq göstərilməmişdir. Beləliklə, iddia tələblərini heç bir əlaqəsi və əsası olmadan bir iddia ərizəsində birləşdirmişdir. Həmçinin iddia ərizəsində tələblərin ümumi və ya inzibati məhkəməyə aidiyyəti ilə bağlı tələblərə riayyət olunmamışdır. Ona görə də, hazırki iddia tələblərinin bir icraatda baxılması qeyri-mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində qeyd olunan tələblərin biri inzibati məhkəmədə baxılmalı olduğundan, iddiaçıya həmin tələblə bağlı aidiyyət qaydalarına riayət etməklə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu da izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar