Məhkəmə qərarları › İş №2(025)-854/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-854/2020

23.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-854/2020 23.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçılar Qurbanova (Şirinova) Əminəxatın Qərib qızı və Qurbanova (Səlimova) Aynurə Qərib qızının etibarnamə üzrə nümayəndələri X9, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi X11 və üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi (sədri) X3 iştirakları ilə İddiaçılar İddiaçı1, Qurbanova (Şirinova) Əminəxatın Qərib qızı və Qurbanova (Səlimova) Aynurə Qərib qızının Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, maneələrə son qoyulması və vurulmuş maddi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, Qurbanova (Şirinova) Əminəxatın Qərib qızı və Qurbanova (Səlimova) Aynurə Qərib qızı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, maneələrə son qoyulması və vurulmuş maddi zərər” tələbinə dair məhkəmədə iddia qaldıraraq, mülkiyyət hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq mülkiyyətlərində olan, Qəbələ rayon Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,70 ha torpaq sahəsindən istifadələrinə Cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılması, həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq təhvil verilməsi, əldən çıxmış faydanın və vurulmuş zərərin əvəzi olaraq 46.000 (qırx altı min) manat məbləğində pulun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Torpağa mülkiyyət hüququna dair JN- 0674 №-li, 40614018 kodlu dövlət aktına əsasən, Qəbələ rayon X5 xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0,81 ha hektar torpaq sahəsi “kənd təsərrüfatı məhsulları istehsalı” məqsədilə X10 və onun ailə üzvləri İddiaçı1, X2 və X4 mülkiyyətinə verilmişdir. Cavabdeh uzun illərdir ki, mülkiyyətlərində olan torpaq sahəsini zəbt edərək onları torpaq sahəsinə buraxmır. Dəfələrlə oraya getsələr də, cavabdeh qanunsuz olaraq onların həmin torpaq sahəsindən istifadə etmələrinə maneələr yaradır və 1997-ci ildən həmin torpaq sahəsindən özü istifadə etməklə gəlir əldə edir. Onlar bununls bağlı dəfələrlə müxtəlif orqanlara – Qəbələ Rayon İcra Hakimiyyətinə, Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə, Qəbələ rayon Polis şöbəsinə və Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd X14 üzrə Nümayəndəliyinə müraciətlər etmişlər, lakin heç bir müsbət nəticə əldə edə bilməmişlər. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd X14 üzrə Nümayəndəliyinin onlara ünvanladığı 196 №-li, xx xxxxxx 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, sözü gedən ərazidə qarşı tərəf olan Rüstəmov X1 İƏN-nə dəvət edilmiş və məsələ ilə bağlı ətraflı söhbət aparılmışdır. Vətəndaş bildirmişdir ki, “onun özü əkib becərdiyi bağ sahəsidir, heç kimə veriləsi torpağı yoxdur”. Bu hal bir daha onu təsdiq edir ki, Cavabdeh qəsdən mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir və onlar həmin torpaq sahəsindən istifadə etmələrinə maneə yaradır. Onlar mülkiyyətçi olduğu halda, öz mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə və ondan gəlir əldə edə bilmirlər, yəni xüsusi mülkiyyətlərində qanunsuz olaraq məhrum edilmişlər, cavabdeh torpaq sahələrinə qeyri-qanuni sahiblik və ondan istifadə edir. Həmçinin Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onlara maddi ziyan dəymişdir. Belə ki, cavabdeh 1997-ci ildən mülkiyyətlərində olan torpaq sahəsindən qanunsuz olaraq təyinatı üzrə istifadə etməklə, yəni həmin bağda olan və bar verən çoxsaylı (200-dən artıq) meyvə - fındıq, alma və sair ağaclardan gəlir əldə edir. Belə ki, mülkiyyətlərində olan və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş 0,70 ha torpaq sahəsi məhz kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmişdir və həmin bağ sahəsindən illik 2000-3000 manat qazanc əldə edilir. Bu səbəbdən də cavabdehdən hər il üçün 2000 (iki min) manat olmaqla 1997-ci ildən başlayaraq hazırkı vaxtadək, yəni 23 il müddət üçün hesablanmaqla 46.000 (qırx altı min) manat əldən çıxmış faydanın onların xeyrilərinə tutulmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə xx xxxxxx 2020-ci il tarixdə keçirilən iclasda Qəbələ rayon Mıxlıqovaq kənd bələdiyyəsini mülki iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb etmişdir. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və rəy alınadək iş üzrə icraat dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, 353 saylı rəyi mülki işlə birlikdə məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. Məhkəmə iclasında iddiaçılar Qurbanova (Şirinova) Əminəxatın Qərib qızı və Qurbanova (Səlimova) Aynurə Qərib qızının etibarnamə üzrə nümayəndələri X9 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin işin baxılmamış saxlanılmasını, iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi X11 məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi (sədri) X6 qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçı1 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə İddiaçı1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların etibarnamə üzrə nümayəndəsinin, cavabdehin və cavabdehin etibarnamə üzrə nümayəndəsinin ərizəsini nəzərə alıb, üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 03 saylı qərarının 15-ci maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, Qurbanova (Şirinova) Əminəxatın Qərib qızı, Qurbanova (Səlimova) Aynurə Qərib qızı və Cavabdeh müştərək qaydada tutularaq (Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X) “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, Qurbanova (Şirinova) Əminəxatın Qərib qızı və Qurbanova (Səlimova) Aynurə Qərib qızının Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, maneələrə son qoyulması və vurulmuş maddi zərər” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, Qurbanova (Şirinova) Əminəxatın Qərib qızı, Qurbanova (Səlimova) Aynurə Qərib qızı və Cavabdeh müştərək qaydada tutularaq (Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X) “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar