Məhkəmə qərarları › İş №2(067)-1232/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1232/2024

15.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1232/2024 15.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Tafik qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi İddiaçı Tafik qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın qanunsuz sahibliyindən gəri alınması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfin işin baxılmamış saxlanılması barədə ərizəsini nəzərə alaraq, habelə cavabdehlərin məhkəmə iclasına gəlməməsini, onların işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Tafik qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar