Məhkəmə qərarları › İş №2(102)-3491/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3491/2024

29.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3491/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyəti, X5) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyəti, X5) qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılm ası, torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqların çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, həmin torpaq sahəsindən iddiaçının sərbəst şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərinin cavabdehlərə qadağan edilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-83/2024 nömrəli 11 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2009-cu il tarixli, 264 saylı sərəncamına əsasən, Abşeron rayonunun Dövlət X7 saxlanılan torpaqlardan 2,0 ha torpaq sahəsi mişar daşının istehsal ı məqsədilə 15 il müddətinə icarə qaydasında X3 ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir.

2. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 4 fevral 2013-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun Dövlət X7 saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə İddiaçı ayrılmış, torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin rəyi alınmış, həmin torpaq sahəsinin ilkin torpaqayırma sənədləri tərtib edilərək torpağa dair icarə müqaviləsi bağlanılmışdır. 3. 08.06.2021-ci il tarixli etibarnaməyə əsasən X1 Rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2009-cu il tarixli, 264 saylı sərəncamı ilə onun icarəsinə verilmiş Abşeron rayonu, Güzdək Bələdiyyəs inin hüdudları daxilində 2,0 ha torpaq sahəsinə dair icarə hüququna sərəncam verməyi və s. hüquqlarını 10 il müddətinə Cavabdeh2 etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Abşeron rayonunun Dövlət X7 saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsinin şimal tərəfdən 1,0 ha hissəsindən çıxarılması, zəbt edilmiş sahənin boşaldılması, ona vurduğu zərərə görə cavabdehdən 56000 manat məbləğində zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh1 Abşeron Rayonunun Dövlət X7 saxlan ılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılması, zəbt edilmiş 5,5 ha torpaq sahəsinin boşaldılması, 5,5 ha torpaq sahədəki bütün texnika, qurğu və avadanlıqların çıxarılması, 5,5 ha torpaq sahəsinin ona təhvil verilməsi, həmin torpaq sahəsindən onun sərbəst şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərinin cavabdehlərə qadağan edilməsi, cavabdehlərdən onun xeyrinə 56000 manat zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, həmin torpaq sahəsinin ilkin torpaqayırma sənədləri tərtib edilmiş, torpağa dair müvafiq müqavilə bağlanılmışdır. Torpaq sahəsindən təyinatı üzrə istifadə edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh1 bir neçə ay bundan əvvəl idd iaçıya məxsus torpaq sahəsinin şimal hissəsindən əraziyə daxil olaraq özbaşına şəkildə həmin hissədə mişar daşı istehsalı ilə məşğul olmağa başlamışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, sahəni tərk etməsi tələb edilmişdir. Lakin cavabdeh özbaşına hərəkətləri davam etdirərək, tədricən torpaq sahəsinin içərilərinə qədər irəliləmiş, torpaq sahəsinin şimal tərəfdən təxminən 1 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir. Cavabdehə dəfələrlə edilən şifahi xəbərdarlıqlar heç bir nəticə verməmiş. Hazırda cavabdeh həmin ərazidə qanunsuz fəaliyyətini davam etdirir. Onun bu cür qanunsuz fəaliyyəti nəticəsində iddiaçıya gündəlik zərər vurulmuş iddiaçı öz əmlak istifadə hüquqlarından məhrum olmuşdur. Cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus torpaq sahəsində qanunsuz mişar daşı ist ehsalı ilə məşğul olmuşdur. Bu müddət ərzində cavabdeh iddiaçıya 56000 manat zərər vurmuşdur. Bundan əlavə, cavabdeh qanunsuz fəaliyyət göstərdiyi üçün işçilərinin əməyinin təhlükəsizliyi də təmin edilməmişdir. Cavabdehin qanunsuz və nəzarətsiz fəaliyyəti hər an texniki qəzaya səbəb ola bilər. Cavabdehin qanunsuz fəaliyyəti ekoloji tələblərə də zidd olmuşdur. Cavabdeh1 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsində qardaşı Cavabdeh2 məxsus texnika həmin ərazidədir və Samir həmin ərazidə yerləşən texnikalardan istifadə edir. Ona görə də cavabdehlərin həmin ərazidə qanunuz fəaliyyətinin qarşısı alınmalı, cavabdehlər sahədən çıxarılmalıdır. Bundan əlavə cavabdehlər tərəfindən qanunsuz zəbt edilən həmin ərazi mişar daşının istehsalı məqsədilə ayrılmış daş karxanası olmuşdur. Cavabdeh1 və Cavabdeh2 həmin ərazini məhz qanunsuz daş istehsal etmək məqsədilə zəbt etmişlər. Hazırda cavabdehlər sahənin hər yerini zəbt etmişdir.

7. Cavabdeh1 iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Belə ki, 15 aprel 2009-cu il tarixdə X3 2 ha torpaq sahəsi ayrılmış və Əmrahlı Vasif ilə Abşeron icra hakimiyyəti arasında torpağın 15 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. X5 qardaşı Cavabdeh2 torpaqdan istifadəyə dair müxtəlif vaxtlarda etibarnamələr vermişdir. Torpaq sahəsinə dair sənədləri də mövcuddur. İddiaçının iddia etdiyi torpaq sahəsi başqa yerdə yerləşir və onların torpaq sahələrinə heç bir aidiyyəti yoxdur. Belə ki, İddiaçı müxtəlif şəxslər barəsində analoji tipli iddia tələbləri ilə məhkə məyə müraciət etmişdir və hazırda iddiaçının adına heç bir torpaq sahəsi yoxdur. Belə ki, iddiaçı, torpaq sahələrini etibarnamə ilə 3 müxtəlif şəxsə satmışdır. Eyni zamanda, qardaşına məxsus ərazi Qaradağ rayonunda yerləşir və Abşeron rayonu ilə heç bir əlaqəsi olmamışdır.

8. Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(012)-2701/2021 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron Rayonunun Dövlət X7 saxlanılan torpaqlardan İddiaçı ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılmaları, 5,5 ha torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqlar çıxarılmaqla, torpaq sahəsinin boşaldılması, 5,5 ha torpaq sahəsinin İddiaçı təhvil verilməsi və həmin torpaq sahəsindən İddiaçı sərbəst şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərin cavabdehlərə qadağan edilməsi, iddia tələbinin 56000 manat zərərin tutulması hissəsində rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmədə sübutların tədqiqatı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya ayrılan 5,5 ha torpaq sahəsindən istifadə etmələrinin hüquqi əsasları ilə bağlı heç bir rəsmi sənəd müəyyən edilməmişdir. Heç bir hüquqi əsas olmadan cavabdehlərin mübahisəli ərazidən istifadə edərək torpaq sahəsindən könüllü çıxmamaları İddiaçı qanunla qorunan əmlak hüququnun pozulması ilə nəticələnir.

10. Cavabdehlərin İddiaçı ayrılmış torpaq sahəsindən deyil, başqa torpaq sahəsindən istifadə etmələri barədə verdikləri izahatlarla bağlı cavabdehlərin iddia etdikləri torpaq görə sonunculara məxsus hüquqi sənəd müəyyən edilmədiyin dən məhkəmə həmin izahatlara tənqidi yanaşmış və torpaqla bağlı cavabdehlərə məxsus hüquqi sənəd müəyyən edilmədiyindən mülki işin lüzumsuz uzadılmaması üçün ekspertiza keçirilməsini də məqsədə müvafiq hesab etməmişdir.

11. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehlər tərəfindən İddiaçı 56.000 manat zərər vurulmasına dair hissəsi ilə bağlı qeyd etmişdir ki, bu hissə ilə bağlı iddiaçının vəkili izahatından başqa məhkəməyə hər hansı bir digər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə152, 158, 164, 165-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, qətnamə bir sıra maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq olunmamaqla çıxarıldığından qanunsuz olmuşdur. Qeyd edilən qətnamə işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılması və tərəflərin sübutlarının qiymətləndirilməsi ilə bağlı məhkəmənin üzərinə düşən vəzifələr yerinə yetirilməməklə qəbul edilmişdir. İddiaçının torpaq sahəsindən çıxarılması ilə bağlı tələbinin təmin edilməsi işin həqiqi hallarına uyğun deyildir. Bu halın müəyyən edilməsi MPM-in tələb lərinə uyğun olaraq məhkəmə-mühəndis və məhkəmə texniki ekspertizalar təyin edilməli və iddiaçıya məxsus torpaq sahəsinin koordinatları, sərhədləri, konturları müəyyən edilməklə zəbt olunma faktının olub-olmaması aydınlaşdırılmalı idi. Yalnız bundan sonra iş üzrə düzgün hüquqi qiymətləndirilmə aparıla bilərdi. Lakin məhkəmə qərəzli mövqe tutaraq iddiaçının tələbini tam, obyektiv, hərtərəfli araşdırmadan sübut kimi qiymətləndirilmişdir. İddiaçının torpaq sahəsi üzrə hüquqları dövlət torpaq kadastrında qeydiyyata alınmamış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı yoxdur. Odur ki, iddiaçı torpaq sahəsinə dair hər hansı hüquqa malik olmamışdır. İddiaçı ilə Abşeron icra hakimiyyəti arasında 14 fevral 2013-cü ildə bağlanan torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin 6-cı bəndində müqavil ənin qüvvəyə minməsi, həmin müqavilənin etibarlı olması torpaq sahəsinin dövlət qeydiyyatına alındıqdan sonra yarandığı birmənalı göstərilmişdir. Qeyd edilən müqavilənin şərtləri pozulduğuna görə hazırda heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçının torpaq sahəsinə dair hüquqlarının qeydə alınması və torpaq sahəsinin ona qanuni əsaslarla verilməsi müəyyən edilmədiyindən iş materiallarındakı sənədlərlə onun mübahisəli torpaq sahəsinə hüququ olan şəxs hesab etmək olmaz.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.R.Abasov sədrlik edən və məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) 16 avqust 2022-ci il tarixli, 2(105)-779/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.

16. Apelly asiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı işin obyektiv və hərtərəfli araşdırılıb əsaslı nəticəyə gəlmək üçün mübahisəli torpaq sahəsinin düzgün hüquqi rejimi müəyyən olunmalıdır. İşin tədqiq olunan faktiki hallarından məlum olub ki, mübahisəli ərazidə yerləşən torpaq sahələri Abşeron rayonunun Dövlət X7 saxlanılan torpaq sahələri kimi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya və X3 icarəyə verilsə də, həmin torpaq sahələrinə dair torpaqayırma sənədləri hazırlanıb başa çatdırılmadığından, ayrılmış torpaq sahələrinin döngə nöqtələrinin kordinatları müəyyən edilmədiyindən dəqiq ərazi aidiyyətini müəyyən etmək mümkün deyildir. Belə ki, işdə olan (2-ci cild, səh. 116- 126) sənədlərdən belə məlum olur ki, torpağı Abşeron RİH ayırsa da, həmin torpaq sahələrinin tam, yaxud bir hissəsi Qaradağ rayonunun inzibati ərazisinə düşür. Qeyd olunan səbəblərdən Abşeron rayonu İcra və Probasiya şöbəsi tərəfindən iddianı təmin tədbirinə dair məhkəmə qərarının icrası da mümkün olmamışdır.

17. Hər iki müqavilədə xüsusi şərt kimi müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı gündən etibarlı sayılması, başqa sözlə qüvvəyə minməsi qeyd edilmişdir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi hər iki müqavilə üzrə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, torpaq sahələrini plan və ölçüləri tərtib edilib təsdiq edilməmişdir. Mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, başqa sözlə həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki kadastr sənədləri o cümlədən, torpaq s ahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları mövcud olmadığından hazırkı mübahisənin məhkəmə müstəvisində obyektiv həllinə nail olmaq qeyri-mümkündür.

18. Hazırkı iş üzrə iddiaçı iddia etdiyi torpaq sahəsindən, onun istifadə və sahiblik hüquqlarına yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmadığı kimi subyektiv hüquqa da malik olmamışdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

19. Məhkəmə kollegiyası xüsusilə qeyd etmək istəyir ki, hazırki iddianın təmin edilməməsi, heç də iş üzrə cavabdehlərin haqlı olması anlamına gəlməməlidir. İddiaçı qədər cavabdehlərin də həmin torpaq sahəsinə hüquqları dövlət qeydiyyatına alınmadığı üçün onların fəaliyyəti qanunsuzdur. Məhkəmə kollegiyası, iddianı m əhz ona görə təmin etmir ki, iddiaçının belə bir iddia qaldırmaq üçün hüquqları yaranmamışdır. Digər tərəfdən isə icarə müqaviləsi bağlanmış torpaq sahəsinin plan və ölçüsü tərtib edilmədiyindən, bu səbəbdən də döngə nöqtələrinin kordinatları müəyyən edilmədiyindən mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi olub-olmamasını da müəyyən etmək mümkün deyildir. Bu halların hər biri isə iddianı rədd etmək üçün yetərlidir. Bundan əlavə, işin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflər, həm iddiaçı, həm də cavabdehlər qanunsuz sabibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Onlar icarə müqaviləsinə istinad edərək torpaq sahələrinə istifadə və sahiblik hüquqlarının mövcudluğunu iddia etsələr də və faktiki olaraq həmin torpaq sahələrində fəaliyyət göstərsələr də, heç biri onl ara icarəyə verilmiş torpaq sahələri üçün icarə haqlarının ödənilməsinə dair məhkəməyə heç bir sənəd təqdim edə bilməmişlər.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139-cu maddəsi, Torpaq Məcəlləsinin 67, 68-ci maddəsi, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 2

2. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası işdəki sübutları tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnin qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı ilə Abşeron rayon İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanmaqla onlar arasında icarə münasibətləri olmuş, iddiaçı həmin sahədən istifadə etmişdir. Cavabdehlər tərəfindən özbaşına olaraq torpaq sahəsi zəbt olunmuş və onun Torpaq Məcəlləsinin 164-cü maddəsi ilə müəyyən olunmuş hüquqları pozulmuşdur. İş materiallarında olan sənədlərlə mübahisəli sahənin iddiaçının sahiblik və istifadəsində olduğu öz təsdiqini tapmışdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegi yasının 2(102)-216/2023 nömrəli 24 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev (məruzəçi), V.T.Həsənov və M.T.Əhmədova) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

24. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsinin daşınmaz dövlət əmlakı olması nəzərə alındıqda, qeyd ediən normadan çıxış edərək hesab edilir ki, iddiaçı ilə Abşeron rayon İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsi üzrə hüquqlar həmin icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınmalı idi. Bu halda icarə hüququnun qeydiyyata alınmaması ilə bağlı yaranmış nəticələr iddiaçının məsuliyyət sferasına aid edilməməlidir. Göstərilən xüsusatlar və sadalanan mövcud qanunvericilik normaları vəhdətdə qiymətləndirilməklə belə qənaətə gəlmək olar ki, apellyasiya məhkəməsinin iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmamasına dair nəticəsi qanuni və əsaslı deyildir.

25. İddiaçı məhkəməyə ona torpaq ayrılması barədə akt və icarə müqaviləsi ilə bərabər torpaq sahəsinin yerquruluşu planından çıxarışı da təqdim etdiyi halda, apellyasiya məhkəməsinin qətnaməsində belə bir sənədin olmadığı göstərilmişdir.

26. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamı ilə Abşeron rayonu, Güzdək Bələdiyyəsinin hüdudları daxilində, Dövlət X7 saxlanılan torpaqlardan 2,0 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə X3 ayrılmış, sonuncu həmin torpaq sahəsini cavabdehlərin istifadəsinə vermişdir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, X2 faktiki istifadəsində olan torpaq sahəsi 3,83 ha təşkil edir. Apellyasiya məhkəməsi mübahisəni həll edərkən həmin xüsusata da diqqət yetirməmişdir.

27. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, tərəflər, həm iddiaçı, həm də cavabdehlər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Onlar icarə müqaviləsinə istinad edərək torpaq sahələrinə istifadə və sahiblik hüquqlarının mövcudluğunu iddia etsələr də və faktiki olaraq həmin torpaq sahələrində fəaliyyət göstərsələr də, heç biri onlara icarəyə verilmiş torpaq sahələri üçün icarə haqlarının ödənilməsinə dair məhkəməyə heç bir sənəd təqdim edə bilməmişlər.

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən ifadə edilmiş həmin yanaşmaya münasibət bildirməyi zəruri hesab edərək qeyd etmişdir ki, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qanunsuz sahibkarlıq hesab edilir ki, bu da vurulmuş ziyanın həcminə görə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyəti yaradan əməldir.

29. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı mübahisə olmadığı halda iddi açı və cavabdehlərin icarə haqlarını ödəməməsi məsələsinə qiymət vermişdir ki, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsait olmaqla, onu ödəmək icarəçinin vəzifəsi, həmin ödənişin icrasını tələb etmək isə icarəyəverənin hüququdur. İcarəçinin bu vəzifəsinə əməl etməməsi isə, icarəyəverənin müvafiq tələbi əsasında müqavilə üzrə öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi kimi qiymətləndirilə, bununla da qanunvericiliklə və ya müqavilə ilə müəyyənləşdirilmiş nəticəyə səbəb ola bilər. Beləliklə, apellyasiya məhkəməsi hazırkı mübahisəyə mülki qanunvericiliyin sadalanan normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.

30. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152.2, 152.3, 158.2, 158.4, 164.1, 165.1-ci, Torpaq Məcəlləsinin 67, 68, 84, MPM-in 14.2, 77.1, 88, 407.2 və 416.1-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. İkinci apellyasiya baxışı zamanı məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin olunmuşdur.

32. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi tövsiyə edilmişdir.

33. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2572 nömrəli ekspert rəyinə əsasən, qərardadın birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci səkkizinci, doqquzuncu və onuncu sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-8554/2024 nömrəli mütə xəssis rəyinə istinad olunaraq qeyd olunur ki, İddiaçı nümayəndəsi iddia olunan sahənin sərhədlərini naturada göstərə bilmədi (sahə iddiaçı tərəfindən istifadə edilmir). Digər tərəf olan cavabdeh X2 nümayəndəsinin şərti sərhədlərlə göstərilən və faktiki istifadəsində olan sahənin döngə nöqtələrinin koordinatları yerində müəyyən edildi. Şərti sərhədlərlə göstərilən sahə faktiki olaraq 0.6927 ha təşkil edir. Faktiki olaraq göstərilən 0.6927 ha torpaq sahəsinin koordinatları əlavə olunur. X= 384921.00, Y= 4470358.00, X= 384893.00, Y= 4470450.00, X= 384963.00, Y= 4470480.00, X= 384989.00, Y= 4470399.00. İddiaçının iddia etdiyi və cavabdeh tərəfindən göstərilən sahəyə dair sənəd təqdim edilmədiyindən müqayisəli araşdırılması və qərardadda qeyd olunan sualları cavablandırmaq mümkün olmamışdır. V ahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən sahə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin ərazi hüdudları daxilində yerləşir. Sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin qeydiyyatı barədə məlumat olmamışdır.

34. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2(105)-83/2024 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov (sədrlik edən, məruzəçi), L.E.Rəhimli və İ.K.Dəmirov) apellyasiya şikayətləri təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manatın İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin tədqiq olunan faktiki hallarından məlum olur ki, mübahisəli ərazidə yerləşən torpaq sahələri Abşeron rayonunun Dövlət X7 saxlanılan torpaq sahələri kimi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya və X3 icarəyə verilsə də, həmin torpaq sahələrinə dair torpaqayırma sənədləri hazırlanıb başa çatdırılmadığından, ayrılmış torpaq sahələrinin döngə nöqtələrinin kordinatları müəyyən edilmədiyindən dəqiq ərazi aidiyyatını müəyyən etmək mümkün deyildir. Belə ki, işdə olan (2-ci cild, səh 116-126) sənədlərdən belə məlum olmuşdur ki, torpağı Abşeron RİH ayırsa da, həmin torpaq sahələrinin tam, yaxud bir hissəsi Qaradağ rayonunun inzibati ərazisinə düşür. Qeyd olunan səbəblərdən Abşeron rayonu İcra və Probasiya şöbəsi tərəfindən iddianı təmin tədbirinə dair məhkəmə qərarının icrası da mümkün olmamışdır.

36. Belə ki, işdə olan Abşeron Rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2701/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi məhkəməyə qaytarılmışdır. Həmin qərardan məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda İddiaçı ayrılan 5.5 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinantları) təqdim olunmadığından naturada 5.5 ha torpaq sahəsinin tanıdılması mümkün olmamışdır.

37. Göründüyü kimi cavabdeh tərəfin etibarnamə əsasında istifadə etdiyi Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 264 saylı sərəncamına əsasən mişar daşının istehsalı məqsədilə icarə qaydasında X3 ayrılmış torpaq sahəsi 2,0 ha olduğu halda, cavabdeh tərəfin istifadə etdiyi torpaq sahəsinin şərti sərhədlərlə ekspert rəyinə əsasən faktiki olaraq 0.6927 ha təşkil etdiyi müəyyən olunmuş, cavabdehlər tərəfindən iddiaçının icarə hüququ əsasında istifadəsinə verilmiş 5.5 ha torpaq sahəsinin hər hansı hissəsinin zəbt edilməsi halı müəyyən olunmamışdır. Odur ki, mövcud mübahisə üzrə cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsindən istifa də etmələri barədə dəlillər əsaslı hesab oluna bilməz.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsindən istifadə etmələri sadalanan xüsusatlara görə müəyyən edilmədiyindən iddiaçının cavabdehlərə qarşı iddia tələbi təmin edilməməlidir.

39. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq iddianın qismən təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

40. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152.2, 152.3, 158.2, 158.4, 164.1, 165.1-ci, Torpaq Məcəlləsinin 67, 68, 84-ci, MPM-in 8, 14, 77.1, 88, 89, 101, 103.1, 217.3, 217.4, 372, 384, 385, 402 və 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etir azın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

42. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1, 165.1, 560, Torpaq Məcəlləsinin 66, 81-cu, MPM-in 9, 14, 77 və 202-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, ekspert rəyinə də əsasən cavabdehlər onlara ayrılan 2 ha torpaq sahəsində deyil, 0,6927 ha torpaq sahəsində fəaliyyət göstərirlər. Bu isə onların özlərinə məxsus sahədə deyil, başqa sahədə, yəni iddiaçıya ayrılan sahədə fəaliyyət göstərdiklərinin təsdiqi olmuşdur. Belə olduğu halda işə baxan məhkəmə iddiaçının həmin torpaq sahəsi üzərində pozulmuş sahiblik hüquqlarını qorumalı və təmin etməli idi. İddiaçı cavabdehlərin özbaşına hərəkətləri nəticəsində iddiaçı özünə məxsus olan həmin torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlər Abşeron RİH Başçısı tərəfindən xx.xx.2009cu il tarixli 264 nömrəli sərəncamla X3 2 ha torpaq sahəsi ayrıldığını bildirərək bundan suiistifadə etmiş və həmin 2 ha torpaq sahəsində deyil, iddiaçıya məxsus 5,5 ha torpaq sahəsində fəaliyyət göstərməklə faktiki olaraq hüquqdan sui-istifadə etmişlər.

43. Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İddiaçı ona ayrılan torpağı cavabdehin qanunsuz zəbt etdiyini, ondan qanunsuz yolla istifadə etdiyini sübut etsə də, işə baxan məhkəmə bu hala düzgün hüquqi qiymət verməmişdir. Eləcə də cav abdehlər məhz onlara, yəni X3 ayrılan torpaq sahəsində işlədiklərini məhkəmədə sübut etməmişlər. İşə baxan apellyasiya instansiyası məhkəməsi həm ekspert rəyini, həm də Abşeron RİHB-nin sərəncamlarını düzgün qiymətləndirməmiş, əlavə heç bir araşdırma aparmamışdır. İşdən görünmüşdür ki, müvafiq sərəncamlarla 5,5 ha bir torpaq sahəsi, 2 ha digər torpaq sahəsi ayrılmışdır. Mübahisə bu torpaqlarla bağlı olduğu halda məhkəmə hansı torpağın harada yerləşməsini müəyyən edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

46. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi o lmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutlan əsasla əmlaka sahiblik edən şxəsə də mənsubdur.

47. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

48. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcə yindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

49. Maddə

67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə ed ilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

50. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

51. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torp aq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Mad də 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu h esab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin akt ı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

64. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi də yərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

65. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir ( Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

66. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

67. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

68. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsas lı hesab edilə bilməz.

69. Həmçinin ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

70. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları zamanı cavabdehin faktiki istifadə etdiyi sahənin iddiaçının icarəsində olan torpaq sahəsi olduğu müəyyən edilməmişdir.

71. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrindən onların çıxarılmasını tələb etmək üçün iddiaçının subyektiv hüququ yoxdur.

72. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən sübutların qəb ulu və qiymətləndirilməsi ilə bağlı prossesual hüquq normalarının pozulmasına yol verilməmişdir.

73. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

74. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüq uq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

75. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2024-cü il tarixli 2(105)-83/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar