Məhkəmə qərarları › İş №2(041)-1014/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1014/2025

11.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1014/2025 11.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X23 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma, maneələrin aradan qaldırılması və dəymiş ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən xüsusi mülkiyyətində olan və Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində yerləşən ümumilikdə 4,59 hektar torpaq sahəsinin qanunsuz zəbt etdikləri 1 hektar hissəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmaları, həmin torpaq sahəsindən cavabdehlər tərəfindən istifadəyə edilən maneələrin aradan qaldırılması və vurduqları maddi ziyana görə cavabdehlərdən 4.500 manat məbləğində pulun və dövlət rüsumuna görə ödədiyi 65 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil vəsatətlə çıxış edərək bildirdi ki, iddiaçının mübahisələndirdiyi Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən 4.59 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla, hüquq sahibləri kimi 9 nəfər şəxsin (İddiaçı, X8, X5, X9, X13, X1, X6, X14, X10) adına qeydiyyata alınmışdır. İddiaçının qonşuluğundakı Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən 2.2487 ha torpaq sahəsi də ümumi birgə mülkiyyətdə olmaqla, hüquq sahibləri kimi 5 nəfər şəxsin (X2, Cavabdeh1, X7, X4, X11) adına qeydiyyata alınmışdır. İddiaçı iş üzrə iddiaçı kimi özünü, cavabdehlər kimi Cavabdeh1 və Cavabdeh2 göstərilmişdir. Halbuki, ümumi birgə mülkiyyətdə olan əmlakla bağlı onlardan birinin iddiaçı və ya cavabdeh olmaları subyektiv hüquqi-nöqteyi cəhətdən mümkün sayılmır. Odur ki, göstərilən səbəblərdən iddia ərizəsi buna subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyi üçün baxılmamış saxlanılmalıdır. İddiaçı vəsatətin həllini məhkəmənin öz mülahizəsinə buraxdı. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi aşağıdakı əsaslara görə baxılmamış saxlanılmalıdır. İşə əlavə edilmiş, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən 4.59 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla, hüquq sahibləri kimi 9 nəfər şəxsin (İddiaçı, X8, X5, X9, X13, X1, X6, X14, X10) adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən 2.2487 ha torpaq sahəsi də ümumi birgə mülkiyyətdə olmaqla, hüquq sahibləri kimi 5 nəfər şəxsin (X2, Cavabdeh1, X7, X4, X11) adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə müvafiq olaraq ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil vəsatəti təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma, maneələrin aradan qaldırılması və dəymiş ziyan tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aran Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar