Məhkəmə qərarları › İş №2(025)-855/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-855/2020

01.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-855/2020 01.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh), eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı X4 (həyat yoldaşı) etibarnamə üzrə nümayəndəsi Cavabdeh iştirakları ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X4 cavabdeh İddiaçı qarşı «torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən onun və ailə üzvlərinin xüsusi mülkiyyətindəki 1 ha torpaq sahəsindən çıxarılması, ödədiyi 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvləri olan - həyat yoldaşı X19, övladları-X10, X5, X14, X24 və X11 Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisindən xüsusi mülkiyyətlərinə 1,3 ha torpaq sahəsi verilmiş və xx.xx.2010-cu il tarixdə həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qediyyat nömrəsi ********** olan çıxarış və torpaq sahəsinin plan və ölçüsü əldə olunmuşdur. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışdır. Mülkiyyətində olan torpaq sahəsi ümumilikdə təxminən 20 illik meyvə ağaclarından ibarətdir. Xüsusi mülkiyyətində olan fındıq ağaclarından ibarət bağ sahəsinə baxa bilmədiyinə görə şifahi razılıq əsasında 0,30 ha torpaq sahəsini bacısı oğlu X15 və 1 ha torpaq sahəsini qardaşı Cavabdeh müvəqqəti baxmağa və istifadə edərək meyvəsini toplamağa icazə vermişdir. 2014-cü ildə isə özü bağ sahəsi ilə məşğul olmaq və meyvəsini toplayaraq satmaq istəmiş, lakin Cavabdeh onun xüsusi mülkiyyətindəki torpaq sahəsini ona qaytarmaqdan imtina etmişdir. Tahir həmin sahəni qanunsuz zəbt edərək 5 ildən artıqdır fındıq meyvəsini topalayıb satır, qazanc əldə edir və əsassız varlanır. Cavabdeh şəxs ona və ailə üzvlərinə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən verilmiş torpaq sahəsinin 1 ha qədər hissəsini özbaşına zəbt etmiş və həmin ərazidə olan fındıq meyvə ağaclarından hər il xeyli miqdarda gəlir əldə edərək ona maddi ziyan vurmuşdur. Cavabdehin öz adında da torpaq sahəsi olmasına baxmayaraq onun torpaq sahəsini öz torpağı hesab edir və həmiy əraziyə onu buraxmır. Həmçinin, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X29 əməkdaşlarını əraziyə dəvət edərək mübahisəni həll etmələrini xahiş etmiş,onlar əraziyə baxış keçirərək onun və cavabdehin ərazisinin koordinatlarını göstərmişlər. Bütün bunlara baxmayaraq, Cavabdeh qanunsuz zəbt etdiy torpaq sahəsini ona qaytarmır. Cavabdehə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirmişdir. Rəsmi qaydada xəbərdarlıq etsə də heç bir nəticə əldə edə bilməmişdir. Torpaq mübahisələri hüquq mühafizə orqanlarında araşdırılmış və mülki xarakterli olduğu bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. xx.xx.2020-ci il tarixdə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, ilkin iddia üzrə Cavabdeh Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılması və özbaşına bağ sahəsində olan fındıq meyvəsini toplayıb 5 ildən artıq müddətə əsassız varlandığına görə ona dəymiş 22.100 (iyirmi iki min yüz) manat maddi ziyanın alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, DƏDRX-dən verilmiş ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışa əsasən ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və Cavabdeh onun xeyrinə 32.825 manat dəymiş ziyanın və 10 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbinin artırılmasına dair ərizəsində İddiaçı bildirmişdir ki, ona məxsus torpaq sahəsi 1,30 hektardır. Cavabdeh iddia etdiyi 1,93 ha torpaq sahəsi ona məxsus fındıq zavodunun yanında, Cavabdeh isə evindən 5 km aralıda yerləşir. Həmin torpaq sahəsinin üç bir tərəfi ona məxsus bağ sahəsidir. Maraqlıdır ki, Tahir həmin torpaq sahəsini öz şəxsi vəsaiti hesabına aldığını iddia edir. Lakin kimdən və nə qədər vəsaitə aldığı məlum deyildir. Bağ sahəsinin 0,30 hektarını razılığı ilə bacısı oğlunun istifadəsinə vermişdir. 1 hektarı Cavabdeh qanunsuz istifadəsindədir. Hazırda istifadə etdiyi torpaq sahəsi Gülnarə Hacıyevanın mülkiyyətindədəir. Həmin torpaq sahəsindən heç bir gəlir əldə edilmir. Orada fındıq ağacları vardır. Ağacları damcıdamcı suvarma üsulu ilə yetirdirmişdir. Lakin həmin ağaclar bar vermir. Bu torpaq sahəsini 2011-ci ildə alqı-satqı yolu ilə Gılnarə Hacıyevanın adına almışdır. Torpaq sahəsini alan zaman orada heç bir meyvə ağacları və yaxud əkin-biçin işləri olmamışdır. Cavabdeh isə 6 ildən çoxdur onun mülkiyyətindəki torpaq sahəsində olan fındığı yığmaqla ondan bəhrələnir. Cavabdeh özü məhkəmə iclasında etiraf etmişdir ki, «bəli mən 6 ildən çox müddətdir həmin bağ sahəsində olan fındıqları yığmışam və özümə götürmüşəm». Cavabdehlə olan sual cavabda da bunları etiraf etmiş və məhkəmə iclasının protokoluna bu qeyd edilmişdir. Hazırda cavabdeh bu halı özü etiraf etdiyindən artıq məhkəmədə yalnız həmin bağ sahəsindən cavabdeh tərəfindən nə qədər məhsul yığılmasının sübuta yetirilməsi hissəsi qalmışdır. Bununla bağlı məhkəmənin diqqətinə çatdımaq istəyir ki, o, Qəbələ bazarından və Qəbələ rayon Statistika İdarəsindən aldığı və məhkməyə hazırda təqdim etdiyi sənədlərdən göründüyü kimi illər üzrə fındığın qiyməti və həmçinin 1 ha fındıq bağından yığılan məhsulun orta statistik məlumatı mövcuddur. Həmin sənədlərə əsasən cavabdeh tərəfindən 6 il ərzində 10.100 kq məhsul yığılmışdır. Bu illər ərzində orta qiyməti 3.25 manat olmaqla cavabdeh tərəfindən ümumilikdə 10.100 kq * 3.25 manat 32.825 manat məhsul yığılmış və mənimsənilmişdir. xx.xx.2020-ci il tarixdə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin olunmaması, İddiaçı ailəsinə məxsus olan və hal-hazırda İddiaçı istifadəsində olan 1,9171 hektar torpaq sahəsindən son 5 ildə istifadə etməsinə görə 50.000 (əlli min) qiymətləndirdiyi maddi ziyanın tutulması, həmin torpaq sahəsinin tərk etməsi (boşaldılması) 1.9171 hektar torpaq sahəsi üzərində müvafiq icazə olmadan, qanunazidd qaydada, özbaşına quraşdırılmış olduğu dəmir-beton elektrik dirəklərinin, həmin dirəklərlə keçirmiş olduğu və bu günə kimi istifadəsində olan elektrik xəttinin sökülüb aparılması, 2010-cu ildən ona məxsus 1 hektar torpaq sahəsi üzərində,1991-92-ci ildə üzərində əkib-becərmiş olduğu və bu günə kimi qulluq etdiyi, ona məxsəs olan 167 (bir yüz altımış yeddi) ədəd fındıq ağaclarının ümumi dəyəri 25.000 (iyirmi beş min) manat olan pul məbləğinin xeyrinə ödənilməsi, ödəməkdən imtina etdiyi halda həmin 167 ədəd ağacın çıxarılıb özünə qaytaralması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onun doğma qardaşıdır. İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatların heç biri həqiqəti əks etdirmir. Vaxtı ilə həmin torpaq ərazisi 10-15 hektar olmaqla 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik dövrünə keçənə qədər Qəbələ rayonunun Mirzəbəyli kəndində yerləşən «Xanlar» adına kolxoz təsərrüfatının birillik tütün bitkisinin əkildiyi sahə olmuşdur. Həmin torpaq sahəsi udin milliyyətindən olan Mirzəbəyli kənd sakini və «Xanlar» adına kolxozun üzvü olmuş Ərütünov İvan adlı şəxsin öhdəsində olmuşdur. Respublikada yaranmış milli münaqişə səbəbindən İvan Ərütünov ailəsi ilə birlikdə 1990-cı ildə həmişəlik Mirzəbəyli kəndini tərk etmişdir. Baxımsız qalmış ərazidə tütün bitkisi məhv olub getmişdir. Kolxoz rəhbərliyinin tövsiyyəsi ilə o, həmin tütün sahəsinin bir hissəsini, yəni 1 hektar ərazisini əkib-becərməyi qərara almışdır. İlk olaraq 1990-cı ildə həmin sahəyə gər (çəkil) ağacları əkmişdir. Lakin 5-6 aydan sonra qərarını dəyişmiş və bar verən ağaclar əkməyi qərarlaşdırmışdır. 1990-91-ci illər ərzində müxtəlif yerlərdən cavan fındıq ağacları alıb gətirərək əkməyə və qulluq etməyə başlamışdır. Bu minvalla həmin 1 hektar sahədə cəmi 167 ədəd fındıq ağacları əkmiş və ötən 30 il ərzində özü və ailə üzvləri qulluq edərək becərmişdir. 1996-cı ildə respublikada torpaq islahatı başlamış və kolxoz quruluşu ləğv olunmuş, həmin torpaq sahəsi yenə onun öhdəsində qalmışdır. Əlavə olaraq bildirir ki, qardaşı Mirzəbəyli kəndi ərazisində başqa bir torpaq sahəsini istifadə edirdi. Qardaşı ilə o dövrdə birgə təsərrüfatda məşğul olmuş və birlikdə başqa yerdə də torpaq sahəsi, obyekt və məhdud məsuliyyətli cəmiyyəti də olmuşdur. Bütün təsərrüfata rəhbərlik etməyi və sənədləşməni qardaşı aparmışdır. Bu barədə ona müvafiq etibarnamə də vermişdir. Torpaq islahatı ilə əlaqədar bölgülər başlananda qardaşı İddiaçı keçmiş tütün sahəsinin ərazisindən öz ailəsi üçün pay torpağı götürmüşdür. Onun əkib-becərdyi bir hektar torpaq sahəsini də öz ailə üzvlərinin adına sənədləşdirmişdir. Torpaq islahatı ilə əlaqədar həyat yoldaşı X12 isə verilən 1, 9171 hektar pay torpaq sahəsi qarşadının o dövrdə istifadə etdiyi torpaq sahəsinin bir hissəsinə düşmüşdür. Elə həmin vaxtda da qardaşı ilə özünün etiraf etdiyi kimi şifahi razılaşma təklif etmiş və onlar torpaq sahələrindən qarşılıqlı istifadə etmək şərti ilə razılaşmışlar. Həyat yoldaşı Gülnarə Hacıyevaya isə verilən 1,9171 hektar torpaq sahəsinə xx.xx.2011-ci ildə qeydiyyata alınmış DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarış və DƏDRX-nin 9 saylı X27 A № 416722 saylı torpaq sahəsinin plan və ölçüsü sənədləri verilmişdir. Beləliklə, qardaşı və onun ailə üzvlərinin adlarını göstərdiyi 7 nəfər ailə üzvlərinə dövlət tərəfindən verilən 1,3 hektar pay torpaq sahəsinin 1 hektar hissəsini onun 1991-ci ildən əkib-becərdiyi fındıq bağı, onun həyat yoldaşına isə dövlət tərəfindən verilən 1,9171 hektar pay torpaq sahəsi qardaşının istifadəsində olan torpaq sahəsinin bir hissəsini təşkil etmişdir. Əlavə olaraq bildirir ki, həmin torpaq sahəsində çoxillik yonca bitkisi və fındıq meyvə ağacları əkilib-becərilir. Razılaşdıqları kimi də hərə özündə olan torpaq sahəsindən istifadə etmişdir. Bunu ailə üzvləri və bütün kənd sakinləri də bilirlər. Buna baxmayaraq qardaşı onun əkib-becərdiyi 167 ədəd fındıq ağaclarını onun əlindən almaq istəyir. Onun ailə üzvlərinin mülkiyyətindəki heç bir icazə olmadan və onlara bildirmədən, təhlükəsizlik və istismar qaydalarını pozaraq hündür dəmir beton dirəklər quraşdarmaqla yüksəkgərginlikli elektrik xətti keçirmiş və qeyri-qanuni olaraq istifadə etmişdir. Bu barədə tərəfindən «Azenerji» yə FHN-nə müraciətlər olunmuşdur. Buna görə də 1.9171 hektar torpaq sahəsinin boşaldalması, son 5 ildə həmin torpaq sahəsindən yonca və fındıq ağaclarının məhsulundan istifadə etdiyinə görə 50.000 (əlli mn) manat təzminat və həmin sahədə onun tərəfindən qanunsuz olaraq quraşdırılmış yüksək gərginlikli, insanların həyatı üçün hər an təhlükə yaradan dəmir-beton elektrik dirəklərinin dərhal sökülməsi tələbini qoymaqla iddia qaldırmışdıır. xx.xx.2020-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, onun mübahisələndirdiyi torpaq sahəsinin həyat yoldaşının adsına olduğunu, onujn isə nümayəndə kimi onu təmsil edəcəyini bildirmiş və X4 iddiaçı qismində qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeyd olunanlara uyğun izahat verib ilkin iddianı müdafiə edərək göstərmişdir ki, hazırda faktiki olaraq onun istifadəsində olan 1,93 ha torpaq sahəsinin Gülnarə Hacıeyvanın şəxsi mülkiyyəti olduğunu qəbul edir. Lakin Cavabdeh istifadəsindəki 1 hektar torpaq sahəsində əkilən ağaclar onun şəxsi vəsaiti hesabına alınmışdır. Həmin ağaclar onun, işçiləri və qardaşı Cavabdeh tərəfindən əkilmişdir. 1,93 ha torpaq sahəsini isə alqı-satqı yolu ilə 9500 manata Həmzəli kənd sakinlərindən almışdır. Torpaq sahəsini almaq üçün Cavabdeh ona hər hansı bir məbləğdə ödəniş etməmişdir. Cavabdeh 2014-cü ildən ona məxsus torpaq sahəsini qaytarmaqdan imtina edir. Qanunsuz zəbt edərək 5 ildən artıqdır bağın fındıq meyvəsini toplayaraq satır, qazanc əldə edir və əsassız varlanır. Qəbələ bazarından və Qəbələ rayon Statistika İdarəsindən aldığı və məhkməyə hazırda təqdim etdiyi sənədlərdən göründüyü kimi illər üzrə fındığın qiyməti və həmçinin 1 ha fındıq bağından yığılan məhsulun orta statistik məlumatı mövcuddur. Həmin sənədlərə əsasən cavabdeh tərəfindən 6 il ərzində 10.100 kq məhsul yığılmışdır. Bu illər ərzində orta qiyməti 3.25 manat olmaqla cavabdeh tərəfindən ümumilikdə 10.100 kq * 3.25 manat 32.825 manat məhsul yığılmış və mənimsənilmişdir. Buna görə də torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması, digər iddia tələblərinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahatına ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir. İlkin iddia üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı X20 verdiyi izahatında göstərmişdir ki, İddiaçı onun qaynıdır. İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatların heç bir həqiqəti əks etdirmir. Belə ki, İddiaçı şəxsi mülkiyyətində, lakin Cavabdeh və onun ailəsinin istifadəsində olan 1 ha torpaq sahəsində 1992-ci ildən sonra, yəni kolxoz dağıldıqdan onlar bağ salmışlar. Orada olan fındıq ağaclarını Cavabdeh şəxsi vəsaiti hesabına almış və həmin bağ sahəsinə fındıq tingləri əkmişdir. 1,93 ha torpaq sahəsini isə həyat yoldaşı Cavabdeh öz şəxsi vəsaiti hesabına almışdır. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh), eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi Cavabdeh qeyd olunanlara uyğun izahat verib ilkin iddianı müdafiə edərək göstərmişdir ki, hazırda istifadəsində olan 1 hektar topaq sahəsinin İddiaçı şəxsi mülkiyyəti olduğunu qəbul edir. 1,30 ha torpaq sahəsinin Tofiqin adına olmasını yaxın 1-2 il bundan öncə öyrənmişdir. Həmin torpaq sahəsi üçün bu günə kimi heç bir vergi ödəməmişdir. Büdcələri bir olduğu üçün bütün vergi və kommunal xərcləri qardaşı İddiaçı ödəmişdir. Həyat yoldaşa Gülnarə Hacıyevanın şəxsi mülkiyyəti olmaqla İddiaçı istifadəsində olan 1,93 ha torpaq sahəsinin alqı-satqısına görə İddiaçı 13500 manat pul ödəmişdir. Lakin həmin pulun ona verdiyini təsdiq edən hər hansı sübutu yoxdur. 1,93 ha torpaq sahəsində əkilən ağaclarda onun və ailə üzvlərinin iştirakı olmamışdır. Ağaclar İddiaçı tərəfindən əkilmişdir. Bununla belə 1 ha torpaq sahəsində ağacların əkilməsində də İddiaçı iştirak olmamışdır. İddiaçı oradan yonca biçib satdığına görə ondan 50.000 manat təzminat tələb edir. Hazırda istifadə etdiyi torpaq sahəsində fındıq ağacları əkən zaman İddiaçı oradan torpaq sahəsi belə olmamışdır. Nəinki son beş ildə fındınğın qiyməti heç 5-6 manat olmamış, 3-4 manat olmuşdur. Buna görə də qarşılıqlı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Şahid məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, Tofiq və Cavabdehlərin bacısının həyat yoldaşıdır. Cavabdeh 1990-cı illərdə qonşuların bağından fındıq tingləri yığaraq hazırda istifadəsində olan torpaq sahəsində əkmişdir. Onunla birgə başqa şəxsin bağda ağac əkdiyinin şahidi olmamışdır. Hazırda Cavabdeh istifadəsində olan torpaq sahəsini o, kolxoz təsərrüfatı ləğv olundundan sonra bağ sahəsi kimi istifadə etməyə başlamışdır. Əvvəl həmin torpaq sahəsində barama tutu, sonra isə fındıq ağacları əkmişdir. Tahir kolxozun üzvü olmuşdur. Tahirin istifadəsində olan 1 ha torpaq sahəsinin İddiaçı olduğundan məlumatsız olmuşdur. X1 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, Cavabdeh qonşusudur. Cavabdeh hazırda istifadəsində olan və onun evi ilə qonşuluqda yerləşən torpaq sahəsində fındıq ağaclarını əkdiyini görmüşdür. Tahir həmin sahədə fındıq bağı salan zaman qonşuların fındıq bağlarından tinglər gətirib bunu etmişdir. Fındın tingləri 5-6 ildə yetişir və bar verir. Fındığın son 3-4 ildə qiyməti isə 3 manat, 3 manat 50 qəpik olmuşdur. 100 topa fındıq ağacı isə təxmini 500 kq bar verir. Cavabdeh istifadəsindəki torpaq sahəsindən fındıqları yalnız onun və ailəsinin yığdığını görmüşdür. X6 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, Cavabdeh qonşusudur. Onun hazırda istifadəsində evinin qonşuluğunda olan torpaq sahəsində fındıq ağacları əkərkən görmüşdür. Yaşadığı torpaq sahəsinə 1994-cü ildən köçmüş və həmin müddətdən də Cavabdeh və onun ailə üzvlərini istifadə etdikləri torpaq sahəsində görmüşdür. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X27 İddiaçı verilmiş Seriya MA ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il, reystr nömrəsi **********69 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakan Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Mirzəbəyli kəndində onun mülkiyyətinə yaşayış məntəqələrinin torpaqlarından 1,3 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi paylı mülkiyyət olmaqla hüquq sahibləri olaraq onun özünün, X16, X7, X2, X13, X21 və X8 adları qeyd edilmişdir. İşdə olan İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X37 tərəfindən xx.xx.2010-cu il tarixdə tərtib edilmiş inventar nömrəsi 406-13/281 olan, AA 007407 nömrəli torpaq sahəsinin planı və ölçüsündə isə torpaq sahəsinin əsas göstəriciləri, döngə nöqtələrinin koordinatları, 1:2000 miqyasında planı (cizgisi) daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışı əksini tapmışdır. İşdə olan İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixdə yazdığı və bir gün sonra - 07.072020-ci il tarixdə ünvanladığı xəbərdarlıqda tərəflər arasında mübahisələndirilən torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətində olması qeyd olunmaqla, 1.3 torpaq sahəsinin 1 ha hissəsindən 5 ildən artıq qanunsuz istifadə olunduğu sonuncunun nəzərinə çatdırılmaqla ondan 3 gün müddətində torpaq sahəsinin boşaldılaraq ona qaytarılması tələb edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X27 X12 verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il, reystr nömrəsi **********31 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakan Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ona Qəbələ rayonu Həmzəli kəndində onun mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaqlarından tam mülkiyyət olaraq 1,9171 ha torpaq sahəsi verilmişdir. İşdə olan X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X37 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A 416722 nömrəli torpaq sahəsinin planı və ölçüsündə Qəbələ rayonu Həmzəli kəndində onun mülkiyyətində yerləşən torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları, 1:10000 miqyasında planı (cizgisi) əksini tapmışdır. İşdə olan Qəbələ rayonu Cığatelli bələdiyyəsinin X12 verdiyi xx.xx.2020-ci il tarixli 21 saylı arayışında xx.xx.2011-ci il tarixdə DƏDRX-nin 9 saylı X30 **********31 nömrəli qeydiyyata alınmış 1.92 ha pay torpaq sahəsinin alqı-satqı yolu ilə aldığı və hazırda həmin sahədə fındın əkildiyi qeyd edilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixdə Qəbələ rayonu Həmzəli kəndində Cavabdeh, DƏDRXnin mühəndisləri A.Quliyevin və S.Baxşalızadənin iştirakları ilə tərtib olunmuş aktın surətindən görünür ki, həmin tarixdə **********31 reyestr nömrəli çıxarışla Gülnarə Hacıyevanın mülkiyyətində olan 1,9171 ha torpaq sahəsinin sərhədlərinin müyəyyən edilərək tanıdılması barədə müraciəti əsasında torpaq sahəsinə baxış keçirilmiş və torpaq sahəsinin sərhədləri müəyyən edilərək Gülnarə Hacıyevanın etibarnamə üzrə nümayndəsi Cavabdeh tanıdılmışdır. İşdə olan Qəbələ rayon X9 Tofiq Yusif oğlunun sorğusuna cavab olaraq təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, 121 saylı məktubunda Qəbələ rayonu üzrə 2014-cü ildə fındıq məhsulu istehsalının 6122,9 ton, məhsuldarlığın 19,1 sentner, 2015-ci ildə məhsul istehsalının 6123 ton, məhsuldarlığın 17,6 sentner, 2016-cı ildə məhsul istehsalının 6207 ton, məhsuldarlığın 16,4 sentner, 2017-ci ildə məhsul istehsalının 7023,2 ton, məhsuldarlığın 15,8 sentner, 2018-ci ildə məhsul istehsalının 9278,1 ton, məhsuldarlığın 18,3 sentner və 2019-cu ildə məhsul istehsalının 8769,5 ton, məhsuldarlığın 13,8 sentner olduğu göstərilmişdir. İşdə olan «xxxx» MMC-nin İddiaçı şifahi sorğusuna cavab olaraq təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli 30 saylı arayışında 2014-2020-ci illər ərzində bazarda qabıqlı fındıq məhsulunun topdan satış illik orta qiymətlərinin - 2014-cü ildə 2.70 AZN, 2015-ci ildə 3.50 AZN, 2016-cı ildə 3.50 AZN, 2017-ci ildə 3.45 AZN, 2018-ci ildə 3.10 AZN, 2019-cu ildə 3.30 AZN və 2020-ci ildə 4.15 AZN olduğu qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Mirzəbəyli Bələdiyyəsinin xx xxx 2020-ci il tarixdə İddiaçı təqdim etdiyi 18 nömrəli arayışında onun Mirzəbəyli kəndində 1,30 ha fındıq bağının olduğu, hər il həmin fındıq bağında təxminən 1.200 kq və 1.500 kq civarında məhsul olduğu, son 5 ildə məhsulun təxminən miqdıranın 6.500 kq və həmin məhsulun daxili bazar qiymətinin ilə minimum 3.40 manat, ümumi qiymətinin 22.200 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan X22 Təchizatı və Satışı İdarəsinin xx xxxx 2020-ci il tarixdə X12 veridiyi 01-01/H- 034/266 saylı arayışında 35/10 kV-luq Qəbələ yarımstansiyasından çıxan 35 kV-luq Nic hava xəttinin Fındıq zavodunu qidalandıran budaqlanmasının 2 ədəd dəmir beton dayağı və dayarlararası naqilin G.Hacıyevanın reyestr nömrəsi **********31 olan Qəbələ rayonu Mirzəbyli kəndində yerləşən 1,9171 hektar pay torpaq sahəsindən keçdiyi, Fındıq zavodunu qidalandıran 35 kV-luq budaqlanmanın Qəbələ paylayıcı Şəbəkə sahəsinin balansında olmadığı qeyd edilmişdir. Mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması ilə qətnamə qəbul olunması məqsədi ilə xx.xx.2020-ci il tarixdə tərəflərin iştirakı ilə mübahsəli torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı ilkin olaraq İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan, lakin faktiki olaraq Cavabdeh istifadəsində olan 1 ha torpaq sahəsinə baxış keçirildi. Baxış zamanı hal-hazırda Cavabdeh istifadə etdiyi torpaq sahəsində əkilib-becərilmiş fındıq kollarının məhsuldar olduğu müəyyən olunmuşdur. Eyni zamanda X4 xüsusi mülkiyyətində olan, faktiki olaraq İddiaçıistifadəsində olan 1,9171 ha torpaq sahəsinə baxış keçirlən zaman isə müəyyən olundu ki, sözügedən torpaq sahəsi İddiaçı məxsus fındıq zavodunun yanında, Cavabdeh isə evindən 5 km aralıda yerləşir və həmin torpaq sahəsində əkilən fındıq kolları hələ tam olaraq məhsuldar deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin mövcud halları ilə müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun ailə üzvləri - X16, X7, X2, X13, X21 və X8 xüsusi mülkiyyətinə Qəbələ rayonu Mirzəbyli kəndi ərazsində 1,3 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X27 İddiaçı verilmiş Seriya MA ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il, reystr nömrəsi **********69 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakan Dövlət reyestrindən çıxarış»la rəsmiləşdirilmişdir. Eyni zamanda onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X37 tərəfindən xx.xx.2010-cu il tarixdə inventar nömrəsi 406-13/281 olan, AA 007407 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı X4 mülkiyyətinə Qəbələ rayonu Həmzəli kəndi ərazisində 1,9171 ha torpaq sahəsi verilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X27 verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il, reystr nömrəsi **********31 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakan Dövlət reyestrindən çıxarış»la mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X37 tərəfindən xx.xx.2019-cu il tarixdə onun adına A 416722 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və eləcə də qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh torpaq sahələrinin qarşılıqlı olaraq boşaldılmasını tələb etmələri üçün ilk öncə onların həmin torpaq sahələrinin mülkiyyətçiləri olması əsas şərtir ki, işin bu halı tərəflərin təqdim etdikləri Seriya MA ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il, reystr nömrəsi **********69 və eləcə də qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il, reystr nömrəsi **********31 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakan Dövlət reyestrindən çıxarış»larla sübut olunur.Tərəflər arasında mübahisələndirilən, lakin İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olmaqla hazırda Cavabdeh istifadəsində olan 1 ha torpaq sahəsi həmin ərazidə aqrar islahatı aparılandan əvvəl «Xanlar» adına kolxozun tütün əkilən sahəsi olmuşdur. Həmin torpaq sahəsi kolxozun üzvü olan Cavabdeh tərəfindən əvvəlcə tut ağacları əkilməklə, daha sonra isə fındıq tingləri əkilərək fındıq bağına çevrilmişdir. İşin qeyd olunan bu halı iş üzrə şahidlər tərəfindən verilən ifadələrlə də təsdiq edilmiş, ilkin iddia üzrə İddiaçı tərəfindən etiraf edilməklə tərəflər arasında mübahisələndirilməmişdir. Bir sözlə, tərəflər rəsmi mülkiyyət sənədləri ilə xüsusi mülkiyyətlərindəki torpaq sahələrinin qarşılıqlı razılıq əsasında rəsmi sənəddə olmadığı kimi - dəyişik olaraq bir-birinin istifadə etmələrini etiraf etmişlər. Tərəflərin qarşılıqlı razılığı əsasında Cavabdeh qardaşı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətindəki 1,3 ha torpaq sahəsinin 1 hektarına sahiblik etməklə istifadə etmiş, əkdiyi və becərdiyi fındıq kollarının məhsulunu yığmışdır. O cümlədən də İddiaçı qardaşı Cavabdeh arvadı, qarşılıqlı iddia üzrə iddiaçı X4 mülkiyyətindəki 1,9171 hektar torpaq sahəsində fındıq kolları əkmişdir. Yəni, torpaqlardan istifadə və sahiblik heç də tərəflərin hazırda iddia etdikləri kimi qanunsuz və özbaşına zəbtlə həyata keçirilməmişdir. Mübahisələndirilən 1,3 hektar torpaq sahəsinin və 1 hektarında olan fındıq ağaclarının məhsuldar olması, lakin 1,9171 hektar sahədə əkilmiş fındıq ağaclarının isə hələ tam məhsuldar olmadığı məhkəmə tərəfindən keçirilən baxış zamanı sübutunu tapmışdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin qeyd olunan hallarını və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia torpaq sahəsinin boşaldılması və maneələrə son qoyulması hissəsində və qarşılıqlı iddia torpaq sahəsinin boşaldılması hissəsində əsaslıdır və təmin olunmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçılar 1,9171 hektar torpaq sahəsi üzərində müvafiq icazə olmadan, qanunazidd qaydada, özbaşına quraşdırmış (Tofiq Hacıevə münasibətdə) olduğu elektrik dirəklərinin, həmin dirəklərlə keçirmiş olduğu və bu günə kimi onun istifadəsində olan elektrik xəttinin sökülərək çıxarılması tələbini qoymuşdur. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında mübahiələndirilən 1,9171 ha torpaq sahəsi X4 mülkiyyətində olsa da qarşılıqlı iddia üzrə iddiaçılar həmin torpaq sahəsində elektrik dirəklərinin və xəttinin İddiaçı tərəfindən aparıldığına dair heç bir sübutu onlarda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə işin qeyd olunan faktiki hallarını, sadalanan hüquq normalarının tələbləri ilə müqayisəli və obyektiv şəkildə araşdırmaqla qiymət verərək hesab edir ki , Gülnarə Hacıyevanın öz hərəkətlərinə hüquqi ixtiyarı olsa da, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı irəli sürülən iddia tələbinə münasibətdə tələb etmək hüququ (yüksək gərginlikli elektrik xəttinin və onun aparıldığı dirəklərin torpaqdan çıxarılmasına dair) olmadığı üçün həmin tələb ona yönəldilə bilməz və bir sözlə İddiaçı münasibətdə onun belə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Buna görə də iddia tələbi həmin hissədə əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Onu da nəzərə almaq lazımdır ki, MPM-nin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Mülki işin məhkəmə araşdırılması zamanı yuxarıda qeyd etdiyimiz kimi müəyyən edilmişdir ki, tərəflər arasında xüsusi mülkiyyətlərindəki torpaq sahələrindən istifadə olunmasına dair aralarında qarşılıqlı razılaşma mövcud olmuş, buna görə də hal-hazırkı iddiaya qədər istifadə etdikləri torpaq sahələrindən yığılan fındıq məhsuluna görə maddi ziyan və ya kompensasiya ödənilməsini qarşılıqlı olaraq tələb etməmişlər. Məhkəmə bununla qeyd etməyi zəruri hesab edir ki, torpaq sahələrindən istifadə və sahiblik, eləcə də həmin torpaqda əkilən kənd təsərrüfatı məhsullarından bərələnmə hər iki tərəfin könüllü iradə ifadələri olaraq razılıqları əsasında olmuşdur. İşin qeyd olunan halını tərəflərin özlər də məhkəmə araşdırılması zamanı verdikləri izahatlarında etiraf etmişlər. Bundan başqa, tərəflər maddi ziyanla bağlı tələb etdikləri məbləğlərə, yəni iddia tələblərinin əsaslandıqlıra hallara dair lazımi və iş üçün əhəmiyyət kəsb edəcək - mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə, mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunan hallarını və qanunvericiliyin yuxarıda sadalanana müddəalarını, qanunvericiliyin tələblərinə görə sübutetmə vəzifəsinin tərəflərin üzərinə qoyulduğunu nəzərə alaraq hesab edir ki, həm ilkin iddianın Cavabdeh 32.825 manat dəymiş ziyan tələbinə və həm də qarılıqlı iddianın İddiaçı 1,9171 hektarından 5 ildə istifadəyə görə 50.000 manat məlbəğində maddi ziyan tələbinə dair hissələri əsasızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsində İddiaçı əqarşı həm də 2010-cu ildən ona məxsus 1 hektar torpaq sahəsi üzərində, 1991-92-ci ildə əkibbecərmiş olduğu və bu günə kimi qulluq etdiyi 167 (bir yüz altmış yeddi) ədəd fındıq ağaclarının ümumi dəyəri 25.000 (iyirmi beş min) manat pul məbləğinin onun xeyrinə ödənilməsi, ödəməkdən imtina etdiyi halda həmin ağacların çıxarılıb özünə qaytarılması barədə tələb qoymuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh 167 ədəd fındıq acağının dəyərinin 25.000 manat təşkil etdiyini göstərsə də həmin tələblə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər bir tərəfdən isə onunla İddiaçı arasında mübahisələndirilən 1 hektar torpaq sahəsi onun deyil, məhz sonununun mülkiyyətində olduğu üçün öz hərəkətlərinə hüquqi ixtiyar sahibi deyildir. Buna görə də onun belə tələb irəli süməyə subyektiv hüququ yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər məhkəməyə verdiyi izahatlarda da qeyd olunan fındıq ağaclarının 1991-1992-ci illədrdə əkildiyini bildirmişlər. Həmin dövrdə isə qeyd olunan torpaq sahələrini hazırkı tərəflərə məxsus olmamış və kolxoz mülkiyyəti kimi qeydiyyatda olmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, fındıq ağaclarının dəyəri sübut olunmadığından və həmin tələblə ağacların çıxarılıb özünə qaytarılması tələbi arasında səbəbli əlaqə olduğundan birinci tələb təmin olunmadığı halda həmin tələb də təmin olunmamalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli,İlkin iddia üzrə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilməlidir. İlkin iddia üzrə cavabdeh Hacıyev X17 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılmalı və onun tərəfindən törədilən maneələrə son qoyulmalıdır.İlkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən edilməlidir. İlkin iddia üzrə iddiaçı Hacıyev X18 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olan 1,9171 ha torpaq sahəsindən çıxarılmalıdır.Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İlkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İlkin iddia üzrə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh Hacıyev X17 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılsın və onun tərəfindən törədilən maneələrə son qoyulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən edilsin. İlkin iddia üzrə iddiaçı Hacıyev X18 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olan 1,9171 ha torpaq sahəsindən çıxarılsın. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar