Məhkəmə qərarları › İş №2(025)-873/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-873/2020

12.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-873/2020 12.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X10rşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X10rşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qanunsuz əldə olunmuş Cavabdeh5 adına verilmiş xx.xx.2007-ci il tarixli Seriya MH ******* nömrəli Çıxarışın, Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli Seriya MH ******* nömrəli Çıxarışın, Cavabdeh2 adına verilmiş xx.xx.2008-ci il tarixli Seriya MH ******* nömrəli Çıxarışın və Cavabdeh3 adına verilmiş xx.xx.2012-ci il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 saylı qətnaməsi ilə iddiaçılar kimi onun və Paşazadə (Mamedova) Natavan Əlağa qızının cavabdehlər X13, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qəbələ rayon notariat kontoruna qarşı “torpaq sahəsinin alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları təmin edilərək JN 048A nömrəli, kod 40600048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx xxxxxxx 2007-ci il tarixdə X19, İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.08 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; JN 048A nömrəli, kod 40600048 saylı şəhadətnamə əsasında xx xxxxxxx 2007-ci il tarixdə X19, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.22 ha. torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********38 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarış əsasında xx xxxxxx 2008-ci il tarixdə X19 ilə Cavabdeh2 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.187 ha. torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********28 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarış əsasında xx xxxxxxx 2009-cu il tarixdə X19, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.3631 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməsi, tərəflər ilkin vəziyyətə gətirilməsi, X9 Cavabdeh1 xeyrinə 4000 manat, X9 Cavabdeh5 xeyrinə 2000 manat, X9 Cavabdeh2 xeyrinə 3600 manat və X9 Cavabdeh3 xeyrinə 2000 manat məbləğində pul tutulması qət edilmişdir. Qeyd olunan qətnaməyə əsasən Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqavilələri etibarsız hesab olunaraq ləğv edilmiş, lakin ona və digər ailə üzvlərinin adına olan Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisindəki 0,50 ha torpaq sahəsinə verilmiş JN 048A nömrəli, kod 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisindəki 0,3631 ha torpaq sahəsinə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********28 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarış ilkin vəziyyətə gətirilərək hüquqi qüvvəsini almalı olduğu halda bunun hal-hazıradək baş tutmaması ona məlum olmuşdur. Səbəb kimi cavabdehlər Qəbələ rayon notariat kontorunda qanunsuz alqı-satqı müqavilələri bağladıqdan sonra öz adlarına mülkiyyət sənədi əldə etmələri olmuşdur.Belə ki, Qəbələ rayonu, Vəndam qəsəbəsindəki mübahisəli 0,50 ha və 0,3631 ha torpaq sahələrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən cavabdehlər - Cavabdeh5 xx.xx.2007-ci il tarixdə 0,08 ha torpaq sahəsinə reyestr nömrəsi **********37, qeydiyyat nömrəsi 190704974, Seriya MH ******* nömrəli Çıxarış, Cavabdeh1 xx.xx.2007-ci il tarixdə 0,22 ha torpaq sahəsinə reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi 190704975, Seriya MH ******* nömrəli Çıxarış, Cavabdeh2 xx.xx.2008-ci il tarixdə 0,187 ha torpaq sahəsinə reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi 190804910, Seriya MH ******* nömrəli Çıxarış və Cavabdeh3 xx.xx.2012-ci il tarixdə 0,3631 ha torpaq sahəsinə reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi **********, Seriya RX ******* nömrəli Çıxarış öz adlarına əldə etmişlər. Onun isə onların özünə və ailə üzvlərinə məxsus torpaq sahələrinə mülkiyyət sənədi almalarrından xəbəri olmamışdır. Ona görə də o, cavabdehlərin adlarına olan həmin mülkiyyət sənədlərinin etibarsız hesab olunaraq ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi torpaq sahələrinin əldə olunmasına dair cavabdehlərin Qəbələ rayon notariat kontorunda torpaq sahəsinin alqı-satqısına dair müqavilələr Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 saylı qətnaməsi ilə etibarsız hesab edilərək ləğv edildiyindən, cavabdehlərin həmin müqavilələr əsasında əldə etdikləri Çıxarışlar da ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, eyni zamanda göstərdi ki, iddia tələbinin Cavabdeh3 aid hissədə təmin edilməsinə, digər cavabdehlərə aid hissədi isə təmin edilməməsinə etiraz etmir. İş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X14 nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X14 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)- 395/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, JN 048A nömrəli, kod 40600048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx xxxxxxxx 2007-ci il tarixdə X19, İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.08 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; JN 048A nömrəli, kod 40600048 saylı şəhadətnamə əsasında xx xxxxxxx 2007-ci il tarixdə X19, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.22 ha. torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********38 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarış əsasında xx xxxxxx 2008-ci il tarixdə X19 ilə Cavabdeh2 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.187 ha. torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********28 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarış əsasında xx xxxxxxx 2009-cu il tarixdə X19, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.3631 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməsi, tərəflər ilkin vəziyyətə gətirilməsi, X9 Cavabdeh1 xeyrinə 4000 manat, X9 Cavabdeh5 xeyrinə 2000 manat, X9 Cavabdeh2 xeyrinə 3600 manat və X9 Cavabdeh3 xeyrinə 2000 manat məbləğində pul tutulması qət edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2015-ci il tarixli 2(107)-116/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsinin Cavabdeh1 aid hissəsi dəyişdirilmədən, cavabdeh X1 nümayəndəsi allahverdiyev Mirzə Vahid oğlunun apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli 2(102)-4160/2015 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh1 oğlu və vəkili Məmmədov Şahmar Elbrus oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2015-ci il tarixli 2(107)-116/2015 nömrəli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx xxxx 2018-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X11 tərəfindən 7E-8024 reyetr nömrəsi ilə qeydə alınmış «ərizə»dən görünür ki, İddiaçı Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)- 395/2014 nömrəli qətnaməsi üzrə Cavabdeh2 qarşı heç bir şikayət, iddia və tələbi olmadığını, bu məsələ ilə bağlı gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X11 tərəfindən 7E-8022 reyetr nömrəsi ilə qeydə alınmış «ərizə»dən görünür ki, İddiaçı Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)- 395/2014 nömrəli qətnaməsi üzrə Cavabdeh1 qarşı heç bir şikayət, iddia və tələbi olmadığını, bu məsələ ilə bağlı gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X11 tərəfindən 7E-8023 reyetr nömrəsi ilə qeydə alınmış «ərizə»dən görünür ki, İddiaçı Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)- 395/2014 nömrəli qətnaməsi üzrə Cavabdeh5 qarşı heç bir şikayət, iddia və tələbi olmadığını, bu məsələ ilə bağlı gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X22 tərəfindən verilmiş 08 iyuı 2020-ci il tarixli, **********59 nömrəli məktubdan görünür ki, Cavabdeh5 adına olan 0,08 ha torpaq sahəsinə aid qeydiyyat nömrəsi ********* olan çıxarışın özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə idarədə məlumat yoxdur. Cavabdeh1 adına olan 0,22 ha torpaq sahəsinə aid qeydiyyat nömrəsi ********* olan çıxarış qüvvədədir. Cavabdeh2 adına 0,187 ha torpaq sahəsinə aid qeydiyyat nömrəsi ********* olan çıxarış qüvvədədir. Cavabdeh3 adına olan 0,3631 torpaq sahəsinə aid olan qeydiyyat nömrəsi ********** olan çıxarış qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* №li Çıxarışın surətinə görə Qəbələ rayonu, Vəndam kəndində 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 104 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* №li Çıxarışın surətinə görə Qəbələ rayonu, Vəndam kəndində 0.22 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 103 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* №li Çıxarışın surətinə görə Qəbələ rayonu, Vəndam kəndində 0.187 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 105 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş RX seriyalı ******* №li Çıxarışın surətinə görə Qəbələ rayonu, Vəndam kəndində 0.3631 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu 8 təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. “S.Bayramovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının XXXX-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun XXXX-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququ hamılıqla qəbul olunan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən hüquqi dövlətin və demokratik cəmiyyətin təməl daşlarından biri hesab olunur. Göründüyü kimi, Qəbələ rayon X5 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə X12, İddiaçı, X2, X7 və X6 ümumi mülkiyyətinə 1,05 ha pay torpağı, 0,50 ha mülkiyyət torpağı olmaqla cəmi 1,55 ha torpaq sahəsi verilmişdir. X4 Rayon X5 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə JN- 048 A nömrəli, kod 40600048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X12, İddiaçı, X2, X7 və X6 ümumi mülkiyyətinə verilmiş 0,50 ha torpaq sahəsindən 0,08 ha torpaq sahəsini xx xxxxxxxx 2007-ci il tarixdə Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş torpaq sahəsinin alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh5 və 0,22 ha torpaq sahəsini xx xxxxxxxx 2007-ci il taixdə torpaq sahəsinin alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh1, DƏDRX-nin ******* saylı, **********38 reyestr nömrəli çıxarış əsasında 0,187 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh2 və DƏDRX-nin ******* saylı, **********8 reyestr nömrəli çıxarış əsasında 0,3631 ha torpaq sahəsini xx xxxxxxx 2009-cu il tarixdə Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş torpaq sahəsinin alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh3 satmışdır. Lakin İddiaçı və X3 tələbləri əsasında Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 nömrəli qətnaməsinə əsasən JN 048A nömrəli, kod 40600048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx xxxxxxx 2007-ci il tarixdə X19, İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.08 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; JN 048A nömrəli, kod 40600048 saylı şəhadətnamə əsasında xx xxxxxxx 2007-ci il tarixdə X19, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.22 ha. torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********38 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarış əsasında xx xxxxxx 2008-ci il tarixdə X19 ilə Cavabdeh2 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.187 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********28 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarış əsasında xx xxxxxxx 2009-cu il tarixdə X19, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.3631 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir. Lakin, mülkiyyət hüququnun yaranması üçün əsas olmuş alğı-satqı müqavilələri ləğv edilməsinə baxmayaraq, cavabdehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışlar indiyədək ləğv edilməmişdir. Bu səbəblə iddiaçı adına olan torpaq sahəsini öz adına rəsmiləşdirə bilmir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın verilməsinə səbəb olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********28 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarış əsasında xx xxxxxxx 2009-cu il tarixdə X19, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.3631 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 nömrəli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Eyni zamanda Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2015-ci il tarixli 2(107)-116/2015 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli 2(102)-4160/2015 nömrəli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, həmin qərar hazırda qüvvədə olmaqla mübahisə tərəfləri üçün məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1 və 139-1.1.4 -cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Beləliklə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 nömrəli qətnaməsi ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********28 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarış əsasında xx xxxxxxx 2009cu il tarixdə X19, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.3631 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə etibarsız edildiyindən, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış da ləğv edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qanunsuz əldə olunmuş Cavabdeh5 adına verilmiş xx.xx.2007-ci il tarixli Seriya MH ******* nömrəli Çıxarışın, Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli Seriya MH ******* nömrəli Çıxarışın, Cavabdeh2 adına verilmiş xx.xx.2008-ci il tarixli Seriya MH ******* nömrəli Çıxarışın da ləğv edilməsi tələbini qoymuşdur. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 nömrəli qətnaməsinə əsasən JN 048A nömrəli, kod 40600048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx xxxxxxx 2007-ci il tarixdə X19, İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.08 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin, JN 048A nömrəli, kod 40600048 saylı şəhadətnamə əsasında xx xxxxxxx 2007-ci il tarixdə X19, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.22 ha. torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********38 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarış əsasında xx xxxxxx 2008-ci il tarixdə X19 ilə Cavabdeh2 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.187 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin də etibarsız hesab edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2015-ci il tarixli 2(107)-116/2015 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli 2(102)-4160/2015 nömrəli qərarı ilə də sözügedən qətnamə qüvvədə qalmışdır. Lakin Cavabdeh2 vəkili Vəkil1 məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli vəsatətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx xxxx 2018-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X11 tərəfindən qeydə alınmış «ərizə»lərə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşısında Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 nömrəli qətnaməsi üzrə heç bir şikayət, iddia və tələbi olmadığını, bu məsələ ilə bağlı gələcəkdə məhkəməyə müraciət etməyəcəyi barədə öhdəlik götürmüşdür. Həmçinin İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 ilə barışıq sazişi imzalamışlar. Həmin barışıq sazişinə əsasən tərəflər barışıq sazişini imzalamaqla aralarında yaranmış mülki mübahisənin həll edilməsi barədə razılığa gəlmişlər və qeyd olunan mübahisənin barışıq sazişində göstərilən şərtlərlə həll edilməsinə öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdehlərin iddiaçının mülkiyyətinə qanunsuz müdaxiləsi sübuta yetirilir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf İddiaçı xx xxxx 2018-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X11 tərəfindən qeydə alınmış «ərizə»lərə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşısında Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 nömrəli qətnaməsi üzrə heç bir şikayət, iddia və tələbi olmadığını, bu məsələ ilə bağlı gələcəkdə məhkəməyə müraciət etməyəcəyi barədə götürmüş olduğu öhdəliyin əksini sübut edəcək halları məhkəməyə təqdim etməmiş və bu halları mübahisələndirməmişdir. Həmçinin iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi məhkəmə zamanı verdiyi ifadəsində iddia tələbinin Cavabdeh3 aid hissədə təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar