Məhkəmə qərarları › İş №2(025)-894/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-894/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-894/2023 13.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun, yəni X4 22 mart 1962-ci ildə Qəbələ rayonu Yeni Dızaxlı kəndində doğulması hüquqi əhəmiyyətə malik faktının müəyyən edilməsi, doğum tarixinin “doğum haqqında şəhadətnamə”də 22 mart 1962-ci il, doğulduğu yer olaraq Qəbələ rayonu Dizaxlı kəndinin, ata qrafasında X3 və ana qrafasında X7 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, ərizədə adını “Sarya” kimi qeyd etmişdir. Lakin adı “Sariya”dır. Həmçinin ərizənin xahiş etdi hissəsində soyadını yalnışlıqla “Eyyubova” kimi qeyd etmişdir. “Eyyubova” soyadı onun nikahdan sonrakı soyadıdır. Nikahdan öncə soyadı “Əmiraslanova” olmuşdur. Həmçinin doğum yeri Qutqaşen (indiki Qəbələ) rayonu, Dızaxlı kəndi olmuşdur. Ona görə də qətnamə qəbul olunarkən, adının “Sariya”, soyadının “Əmiraslanova”, ata adının “Zaməddin qızı”, doğulduğu yerin “Qutqaşen (indiki Qəbələ) rayonu, Dızaxlı kəndi” olmasının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 22 mart 1962-ci ildə Qəbələ rayonu Yeni Dızaxlı kəndində doğulmuşdur. Hazırda həmin ünvanda yaşayır. 01 sentyabr 1984-cü ildə Qəbələ rayon Dızaxlı kəndində yaşayan X11 ilə ailə qurmuşdur. Nikahları 01 sentyabr 1984-cü il tarixində nikahın qeydi kitabına 14 nömrə ilə qeydə alınmış və İİİ-JQ 395352 saylı “nikah haqqında şəhadətnamə” verilmişdir. Fərdi əməklə məşğul olmuşdur. Qəbələ rayonu Dızaxlı kəndi üzrə nümayəndəliyinin 2010-2015-ci illərə dair təsərrüfat üzvlərinin siyahısında 214 şəxsi hesabda ərinə dair məlumatlarla birlikdə ona aid məlumatlar da qeyd edilmişdir. Həmin məlumatlardan onun doğum tarixinin 22 mart 1962-ci il olduğu məlum olur. Yaxın müddətdə ailələrinin mülkiyyətində olan torpaq sahələrinə görə müəyyən hərəkətlərin görülməsinə zərurət yaranmışdır. Bu zaman ona məxsus “doğum haqqında şəhadətnamə” tələb edilmişdir. Qəbələ rayon Polis şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə ona verilmiş seriya AZE 0******* saylı “şəxsiyyət vəsiqəsi”ndı onun doğum tarixi “XX.XX.1962” olaraq qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin alınması məqsədi ilə xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsnə müraciət etmişdir. Şöbənin həmin tarixli 3-16-5/8-15-Ə-xx-xx/2023 saylı məktubu ilə ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtina məktubunda “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında doğum haqqında akt qeydinin aşkar edilmədiyi göstərilməklə, bu məsələ ilə bağlı olaraq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Buna görə də məsələnin hüquq müstəvəsində nail olmaq üçün məhkəməyə müraciət etməyi qərarlaşdırmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınmaqla ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan xx.xx.1984-cü il tarixli, İİİ-ЖГ seriyalı, 395352 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X2 01 sentybar 1984-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 14 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Eyyubov, arvada Eyyubova soyadı verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1962-ci il tarixdə Qəbələ rayonu Dızaxlı kəndində doğulmuş, Qəbələ rayonu Dızaxlı kəndində qeydiyyatdadır. İşdə olan Qəbələ rayonu Dızaxlı kəndi üzrə nümayəndəliyinin 2010-2015-ci illərə dair təsərrüfat üzvlərinin siyahısında 214 şəxsi hesabdan çıxarışın surətindən görünür ki, Ərizəçi doğum tarixi “xx.xx.1962-ci il” kimi göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli, 3-16-5/8-15-Ə-xxxx/2023 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X2 doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq X2 ata adı “X3”, ana adı “X7” kimi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Dızaxlı kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 74 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Yeni Dızaxlı kənd sakinidir və hal-hazırda həmin kənddə yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin ifadəsindən və işdə olan sənədlərlə müəyyən olundu ki, ərizəçi Əmiraslanova (Eyyubova) Sariya Zaməddin qızı 22 mart 1962-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Dızaxlı kəndində doğulmuşdur. X1, anası X5r. Lakin ərizəçi Əmiraslanova (Eyyubova) Sariya Zaməddin qızının ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Əmiraslanova (Eyyubova) Sariya Zaməddin qızının 22 mart 1962-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Dızaxlı kəndində doğulması, atasının X3, anasının X7 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar