Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-9/2024 27.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və nümayəndəsi X8, cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı dəymiş zərərəin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı dəymiş zərərəin ödənilməsi tələbi barədə iddia qaldıraraq istifadəsində olan JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 674A saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində görülən yaxşılaşdırma işləri, çəkilən xərclər və çoxillik əkmələr (fındıq, şabalıd, qoz, alma, armud, gilas, əzgil və alça ağacları ilə) hesabına meyvə bağının salınmasına sərf edilən 1440,0 manat məbləğində maddi vəsaitin cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və X1 tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən bələdiyyə fonduna daxil olan istifadəyə yararsız 0,70 ha boş torpaq sahəsini 30 il bundan qabaq tutmuş, həmin vaxtdan etibarən ərazidə davamlı surətdə görülən yaxşılaşdırma işləri və çəkilən xərclər hesabına torpaq sahəsini istifadəyə yararlı vəziyyətə gətirilərək çoxillik əkmələr (fındıq, şabalıd, qoz, alma, armud, gilas, əzgil və alça ağacları ilə) yetişdirməklə meyvə bağı salmış, o cümlədən həndəvərində 41 ədəd qovaq ağacı əkmişdir. Həmin ərazidə meyvə bağının salınmasından ötrü cəmi 14.400,0 manat məbləğində maddi vəsait sərf edilmiş, lakin əkilmiş ağaclar bəhərverən həddə çatmadığından indiyədək fayda götürülməmişdir. Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən istifadəyə yararsız 0,70 ha boş torpaq sahəsi islahat nəticəsində paylanan torpaqlara daxil olmadığından X4 ailə üzvlərinin mülkiyyətinə verilməmişdir. JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı sonradan qanunsuz yolla əldə edilmişdir. Həmin Dövlət atının saxta olmasına baxmayaraq təxminən 30 il müddətində ailə üzvlərinin istifadəsində olan Qəbələ Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd torpaq sahəsi (674A saylı planda göstərilən 0,70 ha torpaq sahəsi) Qəbələ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)49/2022 saylı qətnaməsi ilə onlardan alınmışdır. Ona görə də, JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 674A saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində görülən yaxşılaşdırma işləri, çəkilən xərclər və çoxillik əkmələr (fındıq, şabalıd, qoz, alma, armud, gilas, əzgil və alça ağacları ilə) hesabına meyvə bağının salınmasına sərf edilən 1440,0 manat məbləğində maddi vəsaitin cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və X1 tutularaq onun xeyrinə ödənilməsi haqqında iddia qaldırmışdır. İddiaçının nümayəndəsi X2 Akif Zahid oğlunun izahatında göstərilən xüsusatları eyni ilə təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və X3 nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, İslahat nəticəsində dörd nəfərdən ibarət olan ailə üzvlərinin (X6, Cavabdeh1, Cavabdeh2 və X3) ümumi birgə mülkiyyətinə Qəbələ Mıxlıqovaq kəndində yerləşən 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına göstərilən 674 A və 674 saylı plan əsasında təhkim edilmişdir. Həmin torpaq sahəsinin 674 A saylı planda sərhədləri göstərilən 0,70 ha hissəsi islahatdan sonra İddiaçı tərəfindən zəbt olunmuş və ətrafı çəpərlənərək özünə məxsus olan torpaq sahəsinə qatılmışdır. Torpaq sahəsində meyvə ağacları əkilmiş və ərazisindən özbaşınalıqla istifadə edilərək mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı torpaq sahəsindən istifadəsinin qanunsuz olduğu dəfələrlə izah edilsə də, onun ərazidən çıxarılması üçün göstərilən səylər nəticə verməmiş və mübahisə məhkəmə qaydasında həll edilmişdir. Qəbələ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)49/2022 saylı qətnaməsi ilə JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 674A saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı qanunsuz sahibliyindən azad edilərək onlara qaytarılmışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan Qəbələ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)49/2022 saylı qətnaməsinin surətinə əsasən X6, Cavabdeh1, Cavabdeh2 və X3 mülkiyyətində olan JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 674A saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,6873 ha hissəsi cavabdeh İddiaçı qanunsuz sahibliyindən azad edilərək onların özünə təhvil verilmişdir. İşdə olan AR KTN Qəbələ Dövlət AİM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MİHO/1.2.47-2- 202-22 saylı məlumatda göstərilmişdir ki, İddiaçı istifadəsində olan Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilərkən ərazidə olan meyvə ağaclarına qulluq göstərildiyi və bağın mühafizə olunduğu müəyyən edilmişdir. Bağda fındıq, şabalıd, qoz, alma, armud, gilas və alça ağacları əkilmişdir. Bağda əkilmiş 100 ədəd fındıq ağacı cəmi 8700,0 manat dəyərində, 26 ədəd şabalıd ağacı cəmi 2500,0 manat dəyərində, 37 ədəd qoz ağacı cəmi 2260,0 manat dəyərində, 14 ədəd alma ağacı cəmi 560 manat dəyərində, 6 ədəd gilas ağacı cəmi 180,0 manat dəyərində, 4 ədəd alça ağacı cəmi 100,0 manat dəyərində, 4 ədəd əzgil ağacı, cəmi 100,0 manat dəyərində və 1 ədəd armud ağacı 40,0 manat dəyərində qiymətləndirilir. Qeyd olunan meyvə ağaclarının dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq ümumilikdə 14440,0 manat təşkil edir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X6, Cavabdeh1, Cavabdeh2 və X3 ümumi birgə mülkiyyətində olan JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 674A saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,6873 ha hissəsini İddiaçı qanunsuz olaraq zəbt etmiş və ərazidə 100 ədəd fındıq, 26 ədəd şabalıd, 37 ədəd qoz, 14 ədəd alma, 6 ədəd gilas, 4 ədəd alça, 4 ədəd əzgil və 1 ədəd armud ağacı əkərək istifadə etmişdir. AR Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması ( zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı X6, Cavabdeh1, Cavabdeh2 və X3 ümumi birgə mülkiyyətində olan JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 674A saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə girmək və ərazidən hər hansı bir məqsədlə istifadə etmək hüququ olmamışdır. Ona görə də, İddiaçı həmin torpaq sahəsində görülən yaxşılaşdırma işləri, çəkilən xərclər və çoxillik əkmələr (fındıq, şabalıd, qoz, alma, armud, gilas, əzgil və alça ağacları ilə) hesabına meyvə bağının salınmasına sərf etdiyi maddi vəsaitin əvəzinin ödənilməsini tələb etmək hüququ yoxdur. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(025)-9/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-9/2024
27.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver