Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-913/2020 24.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin direktoru X8 tərəfindən onun işdən azad edilməyi barədə verilmiş xx xxxx 2020-ci il tarixli, 731/X nömrəli əmrin etibarsız hesab olunaraq ləğv edilməsi və həmin oteldə işlədiyi mühasib vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx xxxxx 1985-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Vəndam kəndində anadan olmuşdur. xx.xx.2007-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “Ümumi iqtisadiyyat” ali peşə istiqamətinin mühasibat uçotu və audit ixtisası üzrə ali təhsil almışdır. Əmək fəaliyyəti kimi xx.xx.2008-ci il tarixində “xxxxx” MMC-nin “X15” mehmanxanasında anbardar vəzifəsinə qəbul olunmuş, xx.xx.2011-ci il tarixində ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2012-ci il tarixində Qəbələ Turizm və Otelçilik üzrə X10 istehsalat təlim ustası işinə qəbul olunmuş, xx.xx.2012-ci il tarixində müddətli əmək müqaviləsi sona çatdığına görə işdən azad olunmuşdur. xx.xx.2013-cü il tarixində “X13” MMC-də operator vəzifəsinə qəbul olunmuş, xx.xx.2013-cü il tarixində ərizəsinə əsasən işdən azad olunmuşdur. “X14” MMC BOKT-nm Göyçay filialının İsmayıllı nümayəndəliyinə mühasib köməkçisi, sonradan mühasib təyin olunmuş, xx.xx.2016-cı il tarixində ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilib. xx.xx.2016-cı il tarixindən “xxxxxxxxxxxxxxxxx” MMC-nə ödəniş və əsas vəsaitləri üzrə mühasib vəzifəsinə qəbul olunmuş, xx.xx.2017-ci il tarixində ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2017-ci il Cavabdeh MMC-nin ödəniş və əsas vəsaitlər üzrə mühasib vəzifəsinə qəbul olunmuş, xx.xx.2019-cu il tarixində ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2019-cu il tarixində “X7” MMC-yə mühasib vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixində ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2020-ci il tarixində Cavabdeh MMC-yə mühasib vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixində 731/x saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləmə xitam verilmişdir. Ona xx.xx.2020-ci il tarixli, 731/x saylı əmr müraciətinə əsasən xx.xx.2020-ci il tarixində şəxsən təqdim olunmuşdur. Qeyd olunan əmr ilə razı deyil və hesab edir ki, qanunsuz və əsassızdır. Belə ki, 10 ildən də artıq (4 ilə yaxın adları müxtəlif olsa da eyni oteldə və eyni vəzifədə) əmək fəaliyyəti dövründə rəhbərlik tərəfindən hər hansı nizam-intizam pozuntusuna görə, fərdi əmək funksiyalarının öhdəsindən gəlməməkdə, müvafiq sahədə bilik və bacarığının olmaması, vəzifə səlahiyyətlərinin düzgün yerinə yetirilinəməsinə, nöqsanlara yol verilməsinə görə barəsində məzəmmət, xəbərdarlıq və ya töhmət kimi intizam tənbehi tədbiri görülməmişdir. O, 2016-cı ilin avqust ayından etibarən “xxxxxxxxxxxxxxxxx” MMC, Cavabdeh MMC, “X7” MMC adlandırılan eyni otelin mühasibatlıq şöbəsində xərclər üzrə mühasib vəzifəsində çalışmış, bu müddət ərzində hər hansı ciddi nöqsana yol vermədən vəzifə öhdəliklərini yerinə yetirmişdir. Son rəhbərlik dəyişikliyindən sonra 3 ay müddətinə (sınaq müddəti təyin edilməklə) əmək müqaviləsi bağlanıldı və xx.xx.2020 tarixində onun əmək müqaviləsinə xitamla bağlı xəbərdarlıq təqdim olunsa da, onun tərəfdən qəbul edilməyərək, ona qarşı etiraz olaraq rəhbərliyə məktub vasitəsilə müraciət etdi. Məktubunda 2016-cı ildən faktiki olaraq çalışdığı müəssisədə sonuncu dəfə xx.xx.2020 tarixində bağlanmış müqavilənin tələblərinə görə “vəzifə təlimatlarını yerinə yetirməmək” iddiası ilə verilən xəbərdarlığı doğru qəbul etməmişdir. İxtisaslı mühasibat uçotu vəzifəsində uzun müddət işləmiş işçiyə sınaq müddətinin təyin olunması və həmin sınaq müddətində özünü döğrultmaması fəaliyyət qiymətləndirilməsi isə gülünc doğurur. Ona görə ki, artıq o həmin vəzifə üzrə 4 ilə yaxın fəaliyyət göstərmiş və otelçilikdə təcrübəli mühasibatçı olaraq 4 il ərzində eyni müəssisədə eyni vəzifə təlimatlarını yerinə yetirmiş, rəhbərliyin barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun heç bir yazılı və ya şifahi intizam tənbehi tətbiq olunmamışdır. İlk dəfə vəzifəsi üzrə əmək fəaliyyətinə başlamadığına görə və yuxarıda qeyd olunanlara əsasən son əmək müqaviləsində sınaq müddətinin təyin olunmasını məntiqə uyğun hesab etmir. Həmçinin, əmək fəaliyətinə xitam verilməsinə əsas olmuş “işçi dəyərləndirmə forması” barədə isə ümumiyyətlə məlumatsız olmuş, tələb etdikdə isə “daxili sənəd olduğuna görə işçiyə təqdim olun bilməz” bildirilmişdir. Bunun isə nə dərəcədə qanunauyğun olmasını, bu barədə ona niyə məlumat verilmədiyini isə hüquqlarının pozulması hesab edir. xx.xx.2020-ci il tarixli, 731/x saylı Əmrdə də konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərəfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi xəbərdarlıq bildirişi, işçi dəyərləndirmə forması göstərilmişdir ki, həmin sənədlər də ona rəsmi qaydada təqdim olunmamışdır. Həmin xəbərdarlıq bildirişinin, işçi dəyərləndirmə formasının nömrəsi, tarixi barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı xx.xx.2020-ci il tarixli, EA-020\2020 saylı əmr ilə ’’Cavabdeh” MMC-ə Mühasib vəzifəsinə bir ay sınaq müddəti ilə 3 ay müddətinə müddətli müqavilə ilə təyin edilmişdir. İşlədiyi ilk ayda yəni sınaq müddəti ərzində İddiaçı texniki, ünsiyyət, təşkilati bacarıqları, davamiyyəti, təşəbbüskarlığı və s keyfiyyətləri qiymətləndirilmiş və buna müvafiq olaraq “Sınaq müddətinin qiymətləndirilməsi forması” hazırlanmışdır. Ayın sonunda isə İddiaçı sınaq müddətini uğurla keçmədiyindən onunla bağlanmış müqaviləyə xitam verilməsi qərara alınmışdır. Bu barədə iddiaçıya “’Cavabdeh” MMC əvvəlcədən xəbərdarlıq bildirişi də təqdim olunmuşdur, lakin, o, bu bildirişi imzalamaqdan imtina etmişdir. xx.xx.2020-ci il tarixli, 731/X saylı əmr ilə isə müəssisədə Mühasib işləmiş İddiaçı müddətli əmək müqaviləsinə uyğun olaraq AR ƏM-nin 70-ci maddəsinin “d” bəndinə əsasən yəni sınaq müddəti ərzində işçi özünü doğrultmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin istifadə edilməmiş əsas məzuniyyət günü üçün son hesabın aparılması barədə maliyyə şöbəsinə göstəriş verilmişdir. Yuxarıda göstərilənlər birmənalı şəkildə deməyə əsas verir ki, İddiaçı işə bərpa olunma barədə yazmış olduğu iddia, həmçinin iddia ərizəsində qeyd etdiyi digər məsələlər tam əsassızdır. Sonda isə cavabdehin nümayəndəsi məhkəmədən iddia əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2008-ci il tarixdə doldurulmuş ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli, EA-020\2020 saylı əmr ilə "Cavabdeh" MMC-ə Mühasib vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli, 731/X saylı əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilmişdir. İşdə olan Cavabdeh direktoru X6 xx xxxx 2020-ci il tarixli 705/Q saylı Əmri ilə İddiaçı 1 ay sınaq müddəti ilə əsas iş yeri olaraq Mühasib vəzifəsinə işə qəbul edilmiş. Aylıq əmək haqqı bütün tutulmalar və vergilər daxil olmaqla 1168 AZN məbləğində təyin edilmişdir. İşdə olan Cavabdeh direktoru X6 xx xxxx 2020-ci il tarixli 731/X saylı Əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək istifadə edilməmiş əsas məzuniyyət günü pul əvəzi ödənilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, bu müqavilə tərəflər arasından xx.xx.2020-ci ildən başlayaraq 1-ci ayı sınaq müddəti hesab edilməklə 3 (üç) ay müddətinə bağlanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh tərəfindən İddiaçı sınaq müddəti ərzində özünü doğrultmadığı üçün onunla bağlanmış xx xxxx 2020-ci il tarixli əmək müqaviləsinin 2-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, xx xxxx 2020-ci il tarixdən etibarən əmək müqaviləsinə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 70-ci maddəsinin d bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xitam veriləcəyi barədə xəbədarlıq edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən işdən olunmasını xahiş etmişdir. İşdə olan İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış məktubdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli “öz xahişi ilə işdən azad olunma” barədə ərizəsini geri götürmək istədiyini bildirmişdir. İşdə olan “Sınaq müddətinin qiymətləndirilməsi forması”-dan görünür ki, İddiaçı texniki, ünsiyyət, təşkilati bacarıqları, davamiyyəti, təşəbbüskarlığı və s keyfiyyətlər qiymətləndirilmiş və yekun nəticə olaraq qeyd olunmuşdur ki, İddiaçı sınaq müddətini keçməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, EA-020\2020 saylı Əmri ilə İddiaçı Cavabdehnə Mühasib vəzifəsinə təyin edilmiş, həmin tarixdə müəssisə direktoru və iddiaçı arasında 1-ci ayı sınaq müddəti hesab edilməklə 3 (üç) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Cəmiyyətin rəhbərinin xx.xx.2020-ci il tarixli, 731/X saylı Əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi Əmək Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılmış, daha sonra isə sınaq müddəti ərzində işçinin özünü doğrultmamağı ilə əlaqədər əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-913/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-913/2020
24.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver