Məhkəmə qərarları › İş №2(025)-917/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-917/2020

17.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-917/2020 17.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Cavabdeh" MMC-nin xx xxxxxx 2020-ci il tarixli, ƏMR №X-20/16 saylı əmrinin ləğv edilməsi və mənim "Cavabdeh" MMC-də çalışdığı Təchizat və planlama şöbəsinin anbar bölümünün Baş anbardar vəzifəsinə işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin həcminin artırılması barədə ərizə təqdim edərək, "Cavabdeh" MMC-nin xx xxxxxx 2020-ci il tarixli, №X-20/16 saylı əmrinin ləğv edilməsi və onun "Cavabdeh" MMC-də çalışdığı Təchizat və planlama şöbəsinin anbar bölümünün Baş anbardar vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.1988-ci ildə Qəbələ rayonu Şəfili kəndində anadan olmuşdur. Ailəlidir iki övladı var. 2011-ci ildən Qəbələ Konserv zavodun ərazisində yerləşən Qəbələ Şərab zavodunda mühasib-anbardar vəzifəsində çalışmışdır. 2019-cu ilin sentyabr ayında öz xahişi ilə Qəbələ Şərab zavodundan işdən ayrılmışdır. 2019-cu ilin 4-noyabr tarixində Qəbələ Limonad, Pepsi istehsal sahəsinə Anbar şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. On illik iş stajı olan şəxs kimi, işlədiyi dövrdə hər iki müəssisədə nizam intizamlı və məsuliyyətli işçi olmuşdur. Kollektivdə hər kəsin sevgisini, hörmətini qazanmışdır. Qəbələ Konserv zavodunda işlədiyi dövrdə Rəhbərliyin 2019-cu ilin dekabrında istehsalatda mal-material anbarında əskik malmaterial verilməsinə, 2020-ci ilin aprel ayında Rayon satış nümayəndəliyindən son istifadə tarixi keçmiş hazır məhsulun geri gətirilərək sənədsiz onları istehsalata verərək, son istehsal tarixini silərək yenidən tarix vuraraq son istifadə müddətini artıraraq yenidən satışa verilməsinə bir işçi kimi, bir vətandaş kimi rəhbərliyə bunu etməməsini bildirdi. Pandemiya dövründə insanların sağlamlığını təhlükəyə atmamağı bildirərək etiraz etdi. Onun etirazından sonra, Rəhbərlik bildirdi ki, “mən bunu özüm tapşırmışam və heç kəsdən qorxmuram, çəkinmirəm get nə istəyirsən onuda et”. Ona da bildirdi ki, onunla işləməyəcək və onu işdən çıxartdıracaq. Öz işini məsuiyyətli, dəqiq gördüyü təqdirdə onu ləkələyərək işdən çıxarmağa çalışırdılar. 2020-ci ilin iyul ayında yenidən tarixi keçmiş konsentrat və aromaları istehsal olunurdu. O, yenidən buna etiraz etdiyi üçün onu, xx xxxxxx 2020 ci il tarixdə işdən azad etdilər. Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə etdi, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı xx.xx.2019-cu il tarixində ’’Cavabdeh” MMC-nin Təchizat və planlama şöbəsinin anbar bölümünün baş anbardar vəzifəsinə bir ay sınaq müddəti ilə 3 ay müddətinə müddətli müqavilə ilə təyin edilmişdir. Sonra isə müqavilənin müddəti daha 3 ay olmaqla iki dəfə uzadılmışdır. İşlədiyi qısa müddət ərzində İddiaçı işində yol verdiyi nöqsanlara görə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə iki dəfə töhmət almışdır. Lakin Cavabdeh MMC-nin rəbərliyi humanistlik edərək həmin töhmətlərə görə İddiaçı tutduğu vəzifəsindən azad etməmişdr. Lakin xx.xx.2020-ci il tarixində isə müəssisədə Təchizat və planlama şöbəsinin anbar bölümünün Baş anbardar işləmiş İddiaçı müddətli əmək müqaviləsinə uyğun olaraq AR ƏM-nin 68.2-ci maddəsinin “B” bəndinə əsasən əmək müqaviləsinə (Əmək müqaviləsinin müddətinin bitməsinə görə) xitam verilmişdir. Həmçinin 24 gün istifadə edilməmiş əsas məzuniyyət günü üçün pul ödənilmişdir. Yuxarıda göstərilənlər birmənalı şəkildə deməyə əsas verir ki, İddiaçı İşə bərpa olunma barədə yazmış olduğu iddia, həmçini iddia ərizəsində qeyd etdiyi digər məsələlər tam əsassızdır. Belə ki, iddiada adı çəkilən müddəti keçmiş konsentrat və aromaların istehsalı ilə bağlı qeyd edilir ki, istehsalatın tələbnaməsi əsasında anbar, istehsalatı xammal ilə təmin edir. Tələb əsasında təmin edilmiş xammallara aid tələbnamə həm istehsalat rəisi həm də baş anbardar tərəfindən imzalanır. İddiaçı tələbnamələrin hər birində imza ataraq malların anbardan çıxışına dair təsdiqini vermişdir. Əgər həmin xammallar ilə bağlı hər hansı problem olubsa nə üçün o tələbnamələrə imza etməkdən imtina etməmiş, həmin tələbnamələri imza etmiş və malların anbardan istehsalata buraxılmasını təsdiq etmişdir? Sonda isə cavabdehin nümayəndəsi məhkəmədən iddia əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2011-ci il tarixdə doldurulmuş ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı Cavabdeh direktoru E.N.Paşayevin xx.xx.2019-cu il tarixli, K-263/19 saylı əmri ilə "Cavabdeh" MMC Təchizat və planlama şöbəsinin Anbar təsərrüfatı bölümünə baş anbardar vəzifəsinə təyin edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli, X- 20/16 saylı əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşdə olan Cavabdeh direktoru E.N.Paşayevin xx xxxxxx 2019-cu il tarixli 263/29 saylı Əmri ilə İddiaçı 1 ay sınaq müddəti ilə 3 aylıq müddətli müqavilə ilə Cavabdeh Təchizat və planlama şöbəsinin Anbar təsərrüfatı bölümünə baş anbardar vəzifəsinə təyin edilmişdir. İşdə olan Cavabdeh direktoru E.N.Paşayevin xx xxxxxx 2020-ci il tarixli 20/16 saylı Əmri ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin B bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək istifadə edilməmiş əsas məzuniyyət günü pul əvəzi ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, bu müvaliə tərəflər arasından xx.xx.2019-cu ildən başlayaraq 1-ci ayı sınaq müddəti hesab edilməklə 3 (üç) ay müddətinə bağlanmışdır. İşdə olan Cavabdeh direktoru E.N.Paşayevin xx xxxx 2020-ci il tarixli Z-59/20 saylı və xx xxxxx 2020-ci il tarixli, Z-86/20 saylı əmrlərlərindən görünür ki, vəzifə öhdəliklərini yerinə yetirərkən tapşırılara düzgün əməl etmədiyinə və həmçinin işinə məsuliyyətsiz yanaşdığına görə İddiaçı həmin tarixlərdə Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən töhmət elan edilmişdir. İşdə olan “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”dən görünür ki İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə 3 ay müddətinə uzadılmış və xx.xx.2020-ci il müqavilə müddətinin bitmə tarixi olaraq qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx xxxxxx 2019-cu il tarixli 263/29 saylı Əmr ilə İddiaçı Cavabdeh Təchizat və planlama şöbəsinin Anbar təsərrüfatı bölümünə baş anbardar vəzifəsinə təyin edilmiş, həmin tarixdə müəssisə direktoru və iddiaçı arasında müddətli əmək müqaviləsi bağlanmış, sonuncu dəfə əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə 3 ay müddətinə - xx.xx.2020-ci il tarixədək artırılmışdır. Cəmiyyətin rəhbərinin xx xxxxxx 2020-ci il tarixli 20/16 saylı Əmri ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi Əmək Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılmış, daha sonra isə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədər əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar