Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-930/2023 11.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Nümayəndə Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi və digər ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Nümayəndə Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları Ərizəçilər Ərizəçi1 və Nümayəndə Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, övladları X2 28 dekabr 2015-ci ildə Qəbələ rayonunda ev şəraitində doğulması, atasının Ərizəçi1, anasının Nümayəndə olması, hüquqi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi1 ilə X8 08 iyul 2005-ci il tarixdə nikah bağlamışdılar. Nikah bağladıqdan sonra ərizəçi X8 digər ərizəçi olan əri Ərizəçi1 soyadını - “Kərimxanova” soyadını qəbul etmşdir. Birgə nikahdan 17 may 2006-cı ildə X5, 09 oktyabr 2007-ci ildə X6, xx.xx.2015-ci ildə X7 üç övladları doğulmuşdur. Rəşad və Rəvan adlı övladlarına doğum haqqında Şəhadətnamələrini almışdılar. Lakin sonuncu övladları olan X3 Doğum haqqında Şəhadətnamə almamışdılar. Belə ki, Ramil doğulan zaman onların ailədə müəyyən problemləri var idi, həmin ərəfədə atası dünyasını dəyişmişdi, o bu hadisədən mənəvi və psixoloji sarsıntı keçirmişdi. Hamiləliyin son dövründə baş vermiş bu hadisə nəticəsində və keçirdiyi sarsıntılardan övladı doğularkən həkimə müraciət etməmişdi və uşaq evdə doğulmuşdu. Daha sonra həkimə müraciət etsək də, doğum evdə baş verdiyindən heç bir sənədləşmə işi apara bilmədilər. Sonradan dəfələrlə uşağa doğum haqqında Şəhadətnamə almaq istəsəsələr də, şifahi qaydada bundan imtina etmişdilər. Üşaq məktəbə getməlidir, lakin sənədi olmadığına görə məktəbə yazdıra bilmirilər. İstənilən bir sənədləşmə işi aparmaq istəyəndə onlardan uşağın Doğum haqqında Şəhadətnaməsini tələb edirlər. Doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etiblər. Qeydiyyat şöbəsinin 02 may 2023-cü il tarixli, 3-16-5/8-15-K- 87/2023 saylı məktubu ilə ona cavab verilmişdir ki, övlaları X7 barəsində doğum akt qeydi aşkar edilməmişdir və tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət edək. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ərizəçi və digər ərizəçinin nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş üzrə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, ərizəçi Nümayəndə onun qızıdır. Yoldaşı dekabr ayının 15-i rəhmətə gedib. Maddi imkan pis olduğuna görə həkimə gedə bilməmişdilər. X1 28 dekabr 2015-ci il tarixdə Qəbələ rayonunda, ev şəraitində doğulmuşdur İş üzrə şahid qismində dindirilmiş X10 ifadə verərək göstərdi ki, ərizəçi Nümayəndə onun qonşusudur. Dekabr ayının axırlarında Nümayəndə anası X4 ona zəng edərək qızının narahat olmasını demişdir. Dərhal ora gedərək doğuş prosesinin şahidi və iştirakçısı olmuşdur. Uşaq Qəbələ rayonunda ev şəraitində doğulmuşdur Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-15-K-87/2023 saylı 02 may 2023-cü il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X7”nun adına doğumu haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Hacallı kənd İ.Ə.N-yi tərəfindən 27 iyun 2006cı il tarixdə verilmiş AZ-İ № 774104 saylı doğum haqqında şəhadatnamədən görünür ki, X11 17 may 2006-cı ildə Qəbələ şəhərində anadan olmuşdur.. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Hacallı kənd İ.Ə.N-yi tərəfindən 18 oktyabr 2007-cı il tarixdə verilmiş AZ-İ № 998968 saylı doğum haqqında şəhadatnamədən görünür ki, X12 09 oktyabr 2007-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu, Hacallı kənd İ.Ə.N-yi tərəfindən 08 iyul 2005ci il tarixdə verilmiş AZ-İ № 164037 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X8 arasında 08 iyul 2005-ci ildə nikah bağlanmış, nikahdan sonra ərə Kərimxanov, arvada Kərimxanova soyadı verilmişdir.. İş materiallarına əlavə olunmuş Qəbələ şəhər İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən 02 may 2023-cü il tarixdə verilmiş № 1020 saylı arayışdan görünür ki, Nümayəndə ünvan 1 ünvanda yaşayır. İş materiallarına əlavə olunmuş Qəbələ şəhər İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən 01 may 2023-cü il tarixdə verilmiş 5-59-21/2-151/2023 saylı arayışdan görünür ki, Ərizəçi1 Qəbələ rayon Hacalılı kəndində yaşayır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X7 28 dekabr 2015-ci il tarixdə Qəbələ rayonunda doğulmuşdur. Məhkəmə hesab edir ki, X2 28 dekabr 2015-ci il tarixdə Qəbələ rayonunda ev şəraitində doğulması, atasının Ərizəçi1, anasının Nümayəndə olması hüquqi faktı müəyyən edilməli və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X2 28 dekabr 2015-ci il tarixdə Qəbələ rayonunda, ev şəraitində doğulması, atasının Ərizəçi1, anasının Nümayəndə olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-930/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-930/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver