Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-934/2020 21.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi X3 iştirakı ilə Ərizəçi X3 Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi X6 məhkəməyə ərizə ilə müraciət edərək, mərhum atası X1 xx xxxxxxx 1924-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Zalam kəndində doğulması, X16 və anası Cavadova Fatma olmaqla doğulması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X6 tələbini müdafiə edərək göstərdi ki, o, xx xxxxxxx 1958-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonu, Zalam kəndində anadan olmuşdur. Atası X4 ilə anası X11 olmuş, onlar 1957-ci il tarixdə evlənib ailə qurmuş, atası xx xxx 2000-ci il tarixdə ürək çatışmamazlığı xəstəliyindən, anası X11 isə xx xxxxxx 2009-cu ildə ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişlər. Hal-hazırda notariat ofisində notariat əməliyyatı xəstəliyindən vəfat etmişlər. Hal-hazırda notariat ofisində notariat əməliyyatı aparılmasına görə atasının doğumunu təsdiq edəcək sənəd doğum haqqında şəhadətnamə tələb olunsa da, həmin sənəd aşkar olunmamışdır. Belə ki, atası xx xxxxxxx 1924-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu Zalam kəndində ev şəraitində doğulmuş və doğuş ixtisaslı həkim tərəfindən keçirilmədiyindən bu barədə həkim arayışı alınmamışdır. Hazırda atasının doğumundan 96 il ötmüşdür. Həmçinin, atasının atası yəni – babası Cavadov Camaləddin və atasının anası, yəni – nənəsi Cavadova Fatma olmuş, babası və nənəsi də vəfat etmişlər. Mərhum atasının doğum haqqında şəhadətnaməsinin mövcud olması barədə Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-154/13 saylı arayışından görünür ki, Maraqlı şəxs arxivində doğum haqqında akt qeydləri və avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yoxlanılmış, lakin atası X1 doğum haqqında akt qeydi aşkar olunmamış, bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Ona görə də atası X1 doğum faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunur və atasının doğum faktı məhkəməyə təqdim olunmuş arxiv çıxarışında və digər sənədlərdə öz əksini tapır. Odur ki, X6 ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, ərizəçi onun dayısı oğludur. X4 isə onun dayısı olmuşdur və mərhum dayısı xx xxx 2020-ci il tarixdə vəfat etmişdir. Daysının ad gününü xx xxxxxxx 1924-cü il tarixdə qeyd etmələrini xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, mərhum Məhyəddin Cavadov onun dayısıdır. Dayısı ağciyər-ürək, tənəffüs çatışmamazlığından 2000-ci il tarixdə vəfat etmiş və Qəbələ rayonu Zalam kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 055394 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 “ağ ciyər ürək çatmamazlığı” xəstəliyindən xx.xx.2000-ci il tarixdə Qəbələ rayonu Zalam kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci ildə 05 № ilə qeyd edilmişdir. İşdə olan Zalam kənd soveti tərəfindən xx xxxxxxx 1958-ci il tarixdə verilmiş İ-ИЕ №615882 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1958-ci il tarixdə Qutqaşen rayonu, Zalam kəndində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 63 nömrə ilə qeyd aparılmışdır. Anası X13, atası X2r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 05/Q-154/13 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X3 doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nin Zalam kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 105 nömrəli arayışdan görünür ki, mərhum X4 xx.xx.1924-cü il tarixdə Qəbələ rayon Zalam kəndində anadan olmuşdur. xx.xx.2000-ci il tarixdə vəfat edən günədək Qəbələ rayon Zalam kəndində yaşamışdır. Mərhumun atası Cavadov Cəmaləddin, anası Cavadova Fatma olmuşdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Qəbələ rayonu Zalam kənd sakini olmuş X5 özünü dediyinə görə xx xxxxxxx 1924-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Zalam kəndində anadan olmuşdur. X16 və anası Cavadova Fatma olmuş və onlar vəfat etmişlər. X5 isə xx xxx 2000-ci il tarixində ağciyər-ürək, tənəffüs çatışmamazlığı xəstəliyindən vəfat etmiş və Qəbələ rayonu Zalam kənd qəbirstanlığında dəfn olunmuşdur. Onun dəfn və yas mərasimləri oğlu X6 tərəfindən təşkil olunmuş və onlar həmin mərasimlərdə iştirak etmişlər. İşdə olan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi “Şəxsiyyət vəsiqəsi”-nin surətindən görünür ki, X6 xx.xx.1958-ci il tarixdə Qəbələ rayonu Zalam kəndində doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinin tələbinə görə isə, qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, ərizəçi X10 mərhum atası X4 xx xxxxxxx 1924cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu Zalam kəndində doğulmuşdur. X17, anası Fatma Cavadovadır. Lakin ərizəçi X3 mərhum atası X1 ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X3 mərhum atası X1 xx xxxxxxx 1924-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu Zalam kəndində doğulması, atasının Cavadov Camaləddin, anasının Cavadova Fatma olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-934/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-934/2020
21.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver