Məhkəmə qərarları › İş №2(025)-935/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-935/2020

23.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-935/2020 23.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum bibisi X1 xx xxxx 1933-cü il tarixdə Qəbələ rayonu, Zalam kəndində atası Cavadov Camaləddin, anası Cavadova Fatma olmaqla doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o - Ərizəçi xx xxxxxxx 1958-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonu, Zalam kəndində anadan olmuşdur. Atası X2 ilə anası X4 olmuş, onlar 1957-ci il tarixdə evlənib ailə qurmuş, atası xx xxx 2000-ci il tarixdə ürək çatışmamazlığı xəstəliyindən, anası isə X4 isə xx xxxxxx 2009-cu ildə ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişlər. Həmçinin, subay, ailə qurmamış bibisi X3 da valideynləri ilə birlikdə yaşamış və xx xxxxxx 2003-cü il tarixində qan dövranı çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Hal-hazırda notariat ofisində notariat əməliyyatı aparılmasına görə bibisinin doğumunu təsdiq edəcək sənəd doğum haqqında Şəhadətnamə tələb olunsa da, həmin sənəd aşkar olunmamışdır. Belə ki, bibisi xx xxxx 1933-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Zalam kəndində ev şəraitində doğulmuş və doğuş ixtisaslı həkim tərəfindən keçirilmədiyindən bu barədə həkim arayışı alınmamışdır. Hazırda, bibisinin doğumundan 87 il ötmüşdür. Həmçinin, bibisinin atası yəni - babası Cavadov Camaləddin və bibinin anası yəni nənəsi Cavadova Fatma olmuş, babası və nənəsi də vəfat etmişlər. Mərhum bibisinin doğum haqqında şəhadətnaməsinin mövcud olması barədə Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq, Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-l55/13 saylı arayışından görünür ki, Maraqlı şəxs arxivində doğum haqqında akt qeydləri və avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yoxlanılmış, lakin bibisi X1 doğum haqqında akt qeydi aşkar olunmamış, bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Ona görə də bibisi X1 doğum faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunur və doğum faktı məhkəməyə təqdim olunmuş arxiv çıxarışında və digər sənədlərdə öz əksini tapır. Həmçinin, ərizədə qeyd olunan fakt məhkəmə iclasına dəvət ediləcək şahidlər vasitəsi ilə də təsdiq oluna bilər. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, mərhum X3 onun xalası, ərizəçinin atası Məhyəddin isə onun dayısıdır. Onların atası Camaləddin Cavadov, anası isə Fatma Cavadova olmuşdur. X3 xx xxxx 1933-cü ildə Zalam kəndində anadan olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, mərhum X3 onun xalası olmuşdur. O, xx xxxx 1933-cü il tarixdə Qəbələ rayonu, Zalam kəndində anadan olmuşdur. İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-155/13 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “Avtomatlaşdırılmış qeydiyyat və informasiya sistemində” və arxiv məlumatlarında “X3”-nın doğum haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Zalam kənd İ.Ə.N tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 106 saylı arayışdan görünür ki, mərhum X3 xx xxxx 1933-cü ildə Qəbələ rayon Zalam kəndində anadan olmuş, xx xxxxxx 2003-cü il tarixdə vəfat edən günədək həmin kənddə yaşamışdır. Mərhumun atası Camaləddin Cavadov, anası Fatma Cavadova olmuşdur. İşdə olan Qəbələ rayon Zalam kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2003-cü il tarixli AZ-İ 059125 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki X3 xx xxxxxx 2003cü il tarixdə Qəbələ rayonu, Zalam kəndində vəfat etmişdir və bu barədə Qəbələ rayon Zalam kənd İ.Ə.N-də 09 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X3 xx xxxx 1933-cü il tarixdə Qəbələ rayonu, Zalam kəndində doğulmuşdur. Məhkəmə hesab edir ki, X1 xx xxxx 1933-cü il tarixdə Qəbələ rayonu, Zalam kəndində doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə “ata” qrafasında “Camaləddin Cavadov”, “ana” qrafasında “Fatma Cavadova” yazılaraq, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi mərhum bibisi – X1 xx xxxx 1933-cü il tarixdə Qəbələ rayonu, Zalam kəndində doğulması, atasının Camaləddin Cavadov, anasının Fatma Cavadova olması hüquqi fakt müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar