Məhkəmə qərarları › İş №2(025)-936/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-936/2020

21.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-936/2020 21.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Ərizəçi X1 maraqlı şəxs Dövlət X3 Qəbələ rayon şöbəsinə qarşı “işləmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdi: Ərizəçi X2 maraqlı şəxs Dövlət X3 Qəbələ rayon şöbəsinə qarşı “işləmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımı sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, Qəbələ rayon Dövlət Arxivi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş 80 saylı arxiv arayışına əsasən X1 1973-1975, 1977-1979, 1981-1982, 1985, 1991-1992 və 1995-ci illərdə İ.Qayıbov adına kolxozda, 1975-ci il tarixdən 1981-ci il tarixədək Qəbələ rayon Əhaliyə Məişət Xidməti kombinatında işləməsi qeyd olunmuşdur. Belə olan halda həmin şəxsin qeyd edilən müəssisələrdə işləməsi faktının yenidən müəyyən edilməsi əsassızdır və yolverilməzdir. Ona görə də iddiaçı X2 həmin məsələ ilə bağlı ilk növbədə Dövlət X3 Qəbələ rayon şöbəsinə müraciət etməlidir. Həmin orqan tərəfindən ona imtina olcağı təqdirdə isə o,müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi X1 maraqlı şəxs Dövlət X3 Qəbələ rayon şöbəsinə qarşı “işləmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddəinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar