Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-95/2025 27.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X12 Mərkəzinin nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X12 Mərkəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “meşə fondu torpağından istifadəyə qadağa qoyulması, həmin torpaq sahəsində olan bütün tikili və qurğuların cavabdehlərin vəsaiti hesabına sökülməsi və ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X12 Mərkəzi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “meşə fondu torpağından istifadəyə qadağa qoyulması, həmin torpaq sahəsində olan bütün tikili və qurğuların cavabdehlərin vəsaiti hesabına sökülməsi və ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Vəndam qəsəbə sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən 15 saylı RMTM-in Vəndam meşəbəyliyinin 99-cu kvartalının 16-cı bölməsində 752398, ******* koordinatlarda yerləşən 0.80 ha dövlət meşə fondu torpağından istifadəyə qadağa qoyulması, həmin torpaq sahəsində olan ("Su Tayı" İstirahət Mərkəzinə aid) bütün tikili və qurğuların cavabdehlərin vəsaiti hesabına sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq 15 saylı X12 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 saylı Regional Meşə X3 meşəbəyliyinin 99-cu kvartalının 16-cı bölməsində 752398, ******* koordinatlarda yerləşən 0.80 ha dövlət meşə fondu torpağını əhatə edən ərazi ("Su Tayı" İstirahət Mərkəzi) turizm-rekreasiya məqsədilə istifadə edilmişdir. X2, Qəbələ X12 Mərkəzinə yazdığı xx.xx.2020-ci il tarixli (Daxil olma - 112, xx.xx.2020-ci il) ərizədən və ərizəyə əlavə olunmuş (icraata başlamaq haqqında qərar və İqtisad Məhkəməsinin qətnamələri) Qəbələ rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli e193504/2019-11-2 nömrəli məlumatına əlavə olunmuş icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclu Rəhimov Ramil Vəli oğluna, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin, X19 və Bərpası Müəssisəsinə, 10 gün müddətində icranın könüllü olaraq təmin edilməsi, icra könüllü təmin edilmədikdə, borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması göstərilmişdir. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 273A/lİ-94 nömrəli qətnaməsi ilə qət edilmişdir: Azərbaycan Respublikası 2 saylı yerli İqtisad Məhkəməsinin 157/2-83 aprel 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti və X19 və Bərpası Müəssisəsinin apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 273A/İİ-94 qətnaməsi ilə qət edilmişdir: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X19 və Bərpası Müəssisəsinin tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə gətirilərək boşaldılmasına dair ilk iddia tələbi rədd edilsin, X15 qarşılıqlı iddia tələbi isə ödənilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin 22 sentyabr 2006-cı il tarixli 421/ü saylı əmri ləğv edilsin və sahibkar X21 ilə X19 və Bərpası Müəssisəsi arasında bağlanmış icarə müqaviləsi 10 (on) il müddətinə uzadılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin üzərində saxlanılsın. Qətnamədən 1 (bir) ay müddətində Azərbaycan Respublikası 2 saylı yerli İqtisad Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ rayon məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(025)- 792/2018 nömrəli qətnaməsi ilə iddiaçı X15 iddiası təmin edilmiş, onunla cavabdeh Qəbələ rayon Meşələrin Mühafizəsi və Bərpası Mərkəzi arasında bağlanmış 0.80 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilərək həmin əraziyə qardaşı Rəhimov Ramil Vəli oğlunun adına yeni icarə müqaviləsinin bağlanması, habelə gələcəkdə həmin əraziyə və ərazidə olan onun tərəfindən aparılmış mövcud tikililərə heç bir iddiasının olmayacağı barədə adından yazılaraq Bakı şəhəri 51 nömrəli notariat kontorunda təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizə, habelə həmin ərizə əsasında onunla bağlanmış xx.xx.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və cavabdeh Rəhimov Ramil Vəli oğlu ilə yeni icarə müqaviləsinin bağlanması barədə Meşələrin İnkişafı Departamentinin xx.xx.2013-cü il tarixli, 453/ü nömrəli əmri və həmin əmrə əsasən cavabdeh Qəbələ rayon Meşələrin Mühafizəsi və Bərpası Mərkəzi ilə Rəhimov Ramil Vəli oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 03 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 iddiasının təmin edilməsi, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən X11 məxsus obyekt ("Su Tayı" İstirahət Mərkəzi) və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsinin cavabdeh Rəhimov Ramil Vəli oğlunun qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli 2(107)-2411/2018 nömrəli qətnaməsi ilə cavabdeh Rəhimov Ramil Vəli oğlu və vəkili X16 apellyasiya şikayəti təmin edilməmiş və Qəbələ rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(025)-792/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qərarı ilə cavabdeh Rəhimov Ramil Vəli oğlunun və vəkili Bağırov Amid Vahab oğlunun kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən- üçüncü şəxs X8 Rəhimov Ramil Vəli oğlu və X17 qarşı obyektin qeyri-qanuni sahiblikdən geri tələb edilməsi iddiasının təmin edilməsi hissəsində ləğv edilərək, mülki işin həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması, qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2(107)-1772/2019 nömrəli qətnaməsi ilə cavabdeh Rəhimov Ramil Vəli oğlu və vəkili X16 apellyasiya şikayəti qismən təmin edilərək Qəbələ rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(025)-792/2018 saylı qətnaməsi qismən, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiasının təmin edilərək Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən obyekt ("Su Tayı" İstirahət mərkəzi) və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsinin cavabdeh Rəhimov Ramil Vəli oğlunun qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi hissəsində ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərarı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 və cavabdeh Rəhimov Ramil Vəli oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 30 may 2019-cu il tarixli 2(107)-1772/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmşdir. 01 iyul 2020-ci il tarixində səhər saat 07:00 radələrində Rəhimov Ramil Vəli oğlu, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində yerləşən, istifadə və sahiblik edilməsi üstündə qardaşı X21 ilə aralarında uzun sürən münaqişəyə səbəb olmuş "Su Tayı" adlanan istirahət mərkəzinə gələrək, orada qardaşı Azər Rəhimovla yenidən qeyd olunan mülk üstündə mübahisə edərək, aralarında olan şəxsi münaqişə zəminində qəsdən həyatdan məhrum etmək məqsədi ilə ov tüfəngindən sonuncunun kürək nahiyyəsinə atəş açaraq arxadan önə doğru dəlib-keçən odlu silah yaralanması xəsarətini yetirmiş, nəticədə Azər Rəhimov aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Bu hərəkətləri ilə Rəhimov Ramil Vəli oğlu, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş, şübhəli şəxs qismində tutulmuş və 02 iyul 2020-ci il tarixində təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin fakta dair başlanmış ********* saylı cinayət işi üzrə Qəbələ rayon prokurorluğunun 28 iyul 2020-ci il tarixli "zərərçəkmiş şəxsin hüquqi varis qismində tanınma haqqında" qərarına əsasən, Cavabdeh1, mərhum Azər Rəhimovun yaxın qohumu (oğlu) kimi onun hüquqi varisi qismində tanınmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 01 iyul 2020-ci il tarixli 2-1(116)-1158/2020 nömrəli qərardadı ilə iddiaçı Rəhimov Ramil Vəli oğlunun cavabdeh Qəbələ X1rşı "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X26 X3 meşəbəyliyinin son 15 ildən artıq müddətdə istifadəsində və sahibliyində olan 99-cu kvartalının 16-cı bölməsində yerləşən 0.80 hektar sahənin istirahət rekreasiya məqsədilə istifadəsinə verilməsinə dair müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Rəhimov X25 İnzibati Məhkəməsinin 01 iyul 2020-ci il tarixli 2-1(116)-1158/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmiş, lakin Rəhimov Ramil Vəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli 2-1(107)-370/2020 saylı qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 01 iyul 2020-ci il tarixli 2-1(116)-1158/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 09 fevral 2023-cü il tarixli, 2-2(117)-225/2020 nömrəli qərardadla Şəki Kommersiya Məhkəməsi iddiaçı Cavabdeh2 ərizəsi əsasında Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(117)-225/2020 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsini və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(117)- 225/2020 nömrəli qərardadından iddiaçının nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş şikayətin geri qaytarılmasını qərara almışdır. Odur ki, X21, qardaşı Rəhimov Ramil Vəli oğlu tərəfindən qətl edildikdən sonra qardaş övladları arasında ədavətin qan davasına çevrilərək davam etməsinin qarşısının alınması məqsədilə Meşələrin İnkişafı Xidməti və 15 saylı X12 Mərkəzi tərəfindən münaqişə tərəfləri ilə hər-hansı icarə müqaviləsinin bağlanılması məqsədəmüvafiq hesab edilməmişdir. Bu səbəblə törədilmiş cinayət hadisəsinə və Məhkəmə qətnamələrinə əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən obyekt ("Su Tayı" istirahət mərkəzi) və obyektin yerləşdiyi 0.80 ha dövlət meşə fonduna aid torpaq sahəsi hazırda qanunsuz istifadədədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkilləri və etibarnamə üzrə nümayəndələri Nümayəndə2 xx.xx.2025-ci il tarixdə məhkəməyə vəsatət təqdim edərək göstərmişdir ki, iddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 İnkişafı Xidmətinin 15 saylı X12 Mərkəzinin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı "torpaq sahəsinin boşaldılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə Qəbələ rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 İnkişafi Xidmətinin 15 saylı X14 Mərkəzinin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı "torpaq sahəsinin boşaldılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı Qəbələ X12 Mərkəzi cavabdehlər X6 qarşı torpaq sahəsinin boşaldılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən Vəndam meşəbəyiliyinin 07 saylı dolayının 99-cu kvartalının 16-cı bölməsində zəbt etdiyi 1.05 ha meşə fondu torpağının boşaldılması və ərazinin Qəbələ X12 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 may 2021-ci il tarixdə iddiaçı Qəbələ X12 Mərkəzi iddia tələbinin həcminin artırılması harədə ərizə təqdim edərək iş üzrə cavabdeh X5 qardaşı Cavabdeh3 ikinci cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Tələbi təmin edilməmişdir. Qəbələ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(025)-468/2021 saylı (hakim E.İsayev) qətnaməsi ilə iddia verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı Qəbələ X12 Mərkəzi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1452/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Qəbələ X12 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Qəbələ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(025)-468/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi eyni tərəflər eyni predmet və eyni əsaslarla mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Bu səbəbdən iddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 İnkişafı Xidmətinin 15 saylı X14 Mərkəzinin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı "torpaq sahəsinin boşaldılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X12 Mərkəzinin nümayəndəsi Nümayəndə1 xx.xx.2025ci il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkilləri və etibarnamə üzrə nümayəndələri Nümayəndə2 “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” vəsatətinə etiraz təqdim edərək göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1452/2021 nömrəli 06 oktyabr 2021-ci il tarixli Qətnaməsinin Apellyasiya şikayəti üzrə izahatlar hissəsində, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı Qəbələ X12 Mərkəzinin (indiki adı - 15 saylı X24fatı Mərkəzi) nümayəndəsi X22, apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2, apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin və üzərində yerləşən obyektin ona heç bir aidiyyəti yoxdur. O və qardaşı Natiq heç vaxt həmin obyekti işlətməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 da apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin və üzərində yerləşən obyektin ona heç bir aidiyyəti yoxdur. O, heç vaxt həmin obyekti işlətməmişdir. Həmin obyekt əvvəllər atası tərəfindən işlədilsə də, sonradan əmisi ilə atası arasında münaqişə olduğundan (01 iyul 2020-ci il tarixində səhər saat 07:00 radələrində Rəhimov X18 rayonu Vəndam qəsəbəsi ərazisində yerləşən, istifadə və sahiblik edilməsi üstündə qardaşı X21 ilə aralarında uzun sürən münaqişəyə səbəb olmuş "Su Tayı" adlanan istirahət mərkəzinə gələrək, orada qardaşı Azər Rəhimovla yenidən qeyd olunan mülk üstündə mübahisə edərək, aralarında olan şəxsi münaqişə zəminində qəsdən həyatdan məhrum etmək məqsədi ilə ov tüfəngindən sonuncunun kürək nahiyyəsinə atəş açaraq arxadan önə doğru dəlib keçən odlu silah yaralanması xəsarətini yətirmiş, nəticədə Azər Rəhimov aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir) atası həbs olunmuşdur. O vaxtdan əmlak tam fəaliyyətsizdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki,
1. Hər-hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. 2. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin məhz cavabdehlər tərəfindən zəbt edildiyi bildirilsə də, bununla bağlı hər-hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehlər həmin obyektin onlara heç bir aidiyyətinin olmadığını, icarə müqaviləsinin (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2019-cü il tarixli qərarından görünür ki, Qəbələ rayon məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(025)-792/2018 nömrəli qətnaməsi ilə iddiaçı X15 iddiası təmin edilərək, onunla cavabdeh Qəbələ rayon Meşələrin Mühafizəsi və Bərpası Mərkəzi arasında bağlanmış 0.80 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilərək həmin əraziyə qardaşı Rəhimov Ramil Vəli oğlunun adına yeni icarə müqaviləsinin bağlanması, habelə gələcəkdə həmin əraziyə və ərazidə olan onun tərəfindən aparılmış mövcud tikililərə heç bir iddiasının olmayacağı barədə adından yazılaraq Bakı şəhəri 51 nömrəli notariat kontorunda təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizə, habelə həmin ərizə əsasında onunla bağlanmış xx.xx.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və cavabdeh Rəhimov Ramil Vəli oğlu ilə yeni icarə müqaviləsinin bağlanması barədə Meşələrin İnkişafı Departamentinin xx.xx.2013-cü il tarixli 453/ü nömrəli əmri və həmin əmrə əsasən cavabdeh Qəbələ rayon Meşələrin Mühafizəsi və Bərpası Mərkəzi ilə Rəhimov Ramil Vəli oğlu arasında bağlanmış xx.xx.2013- cü il tarixli 03 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilmişdir) ataları Ramil İsmayılovla (qətnamədə səhv - Rəhimov yazılmalı idi) bağlanıldığını, atalarının da barəsində həbs qətimkan tədbiri seçildiyindən neçə vaxtdır ki, istintaq təcridxanasında olduğunu bildirmişlər. 3. Mübahisəsi gedən obyekt və torpaq sahəsinin tamamilə fəaliyyətsiz vəziyyətdə olmaqla, heç kim tərəfindən istifadə olunmadığı. 4. Hazırkı mübahisə üzrə cavabdehlərin mübahisəli torpaq sahəsinə heç bir aidiyyəti və bağlılığı mövcud deyildir. Ona görə də cavabdehlər törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Lakin şikayətin dəlilləri ilə bağlı bildirirlər ki, X9 və ailə üzvləri 19 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin ünvanına müraciət ünvanlayaraq, Rəhimov Ramil Vəli oğlunun övladları olan Cavabdeh2, X7, Cavabdeh3 və X10 "Su Tayı" istirahət mərkəzindən qanunsuz olaraq istifadə etdiklərini və onların həmin istirahət mərkəzinə girmələrinə maneəçilik törətdiklərini bildirmişdir. Həmçinin 2024-cü ilin mart ayında X2 ailə üzvləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə müraciət edərək, Rəhimov Ramil Vəli oğlunun övladları Cavabdeh2 və Cavabdeh3 "Su Tayı" istirahət mərkəzində olan tikililərdən heç bir müqavilə və qanuni sənəd olmadan istifadə etdiklərini bildirmiş və 2007-ci ilin məhkəmə qərarı ilə tikililərin mərhum ataları X17 məxsus olduğunu qeyd edərək, Azər Rəhimovun ailə üzvləri ilə müqavilə bağlanmasını və ya həmin tikililərin sökülərək, ərazinin əvvəlki vəziyyətə gətirilməsini xahiş etmişlər. Rəhimov Ramil Vəli oğlunun etibarnamə üzrə nümayəndəsi Qəbələ rayon Vəndam qəsəbəsində yaşayan Cavabdeh2 da 2024-cü ilin mart ayının 13-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə ərizə ilə müraclət edərək, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.80 ha torpaq sahəsini xx.xx.2013-cü il tarixində müqavilə əsasında istirahətrekreasiya məqsədi ilə icarəyə götürərək turizm məqsədilə istifadə etdiklərini, müqavilə müddəti bitdiyi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Bu müraciətlərdən görünür ki, "Su Tayı" istirahət (0.80 ha dövlət meşə fondu torpağında yerləşən) mərkəzi, Ramil Rəhimovun övladları Cavabdeh2 və digərlərinin qanunsuz istifadəsindədir. Bütün bu qeyd edilənləri və əvvəldə qeyd etdikləri kimi - 01 iyul 2020-ci il tarixində səhər saat 07:00 radələrində Rəhimov Ramil Vəli oğlu, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində yerləşən, istifadə və sahiblik edilməsi üstündə qardaşı X21 ilə aralarında uzun sürən münaqişəyə səbəb olmuş "Su Tayı" adlanan istirahət mərkəzinə gələrək, orada qardaşı Azər Rəhimovla yenidən qeyd olunan mülk üstündə mübahisə edərək, aralarında olan şəxsi münaqişə zəminində qəsdən həyatdan məhrum etmək məqsədi ilə ov tüfəngindən sonuncunun kürək nahiyyəsinə atəş açaraq arxadan önə doğru dəlib-keçən odlu silah yaralanması xəsarətini yetirmiş, nəticədə Azər Rəhimov aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Bu hadisə qohumlar arasında böyük bir (qan davası) uçuruma gətirib çıxarmışdır. Belə ki, Cavabdeh1 şifahi olaraq 15 saylı X12 Mərkəzinə müraciət edərək, oğul övladları böyütdüyünü, "Su Tayı" istirahət (0.80 ha dövlət meşə fondu torpağında yerləşən) mərkəzi mübahisə predmeti olduqca, gələcəkdə 2020-ci ildə baş vermiş hadisənin təkrarlana biləcəyindən qorxduğunu və qeyd edilən səbəbə görə tərəflər arasında mübahisə predmeti olan "Su Tayı" istirahət (0.80 ha dövlət meşə fondu torpağında yerləşən) mərkəzində olan tikililərin sökülərək, ərazinin 15 saylı X1ytarılmasının ən uyğun həll olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X12 Mərkəzinin nümayəndəsi Nümayəndə1 Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkilləri və etibarnamə üzrə nümayəndələri Nümayəndə2 tərəfindən verilmiş vəsatətin təmin edilməməsini, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkilləri tərəfindən verilmiş vəsatətin təmin edilməsini xahiş etdilər. Məhkəmə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkilləri və etibarnamə üzrə nümayəndələri Nümayəndə2 vəsatətini, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını, iddia ərizəsini, mülki işin sənədlərini, o cümlədən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli 2(107)-1452/2021 nömrəli qətnaməsini nəzərdən keçirib hesab edir ki, vəsatət qismən təmin edilməli, mülki işin icraatına xitam verilməlidir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)- 468/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Qəbələ X12 Mərkəzinin cavabdehlər X6 və Cavabdeh3 qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-1452/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Qəbələ X12 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(025)-468/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-468/2021 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı Qəbələ X12 Mərkəzi cavabdehlər X6 və Cavabdeh3 qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə 2021-ci ildə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən Vəndam meşəbəyiliyinin 07 saylı dolayının 99-cu kvartalının 16-cı bölməsində zəbt etdiyi 1.05 ha meşə fondu torpağının boşaldılması və ərazinin Qəbələ X12 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-468/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Daha sonra Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-468/2021 nömrəli qətnaməsindən iddiaçı Qəbələ X12 Mərkəzi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-1452/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Qəbələ X12 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(025)- 468/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-1452/2021 nömrəli qətnaməsində iddia tələbinin rədd edilmə əsası kimi göstərilmişdir ki, “iş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin məhz cavabdehlər tərəfindən zəbt edildiyi bildirilsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehlər həmin obyektin onlara heç bir aidiyyətinin olmadığını, icarə müqaviləsinin ataları Ramil İsmayılovla bağlanıldığını, atalarının da barəsində həbs qətimkan tədbiri seçildiyindən neçə vaxtdır ki, istintaq təcridxanasında olduğunu bildirmişlər. Bundan əlavə xx.xx.2021-ci il tarixdə məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilərkən həqiqətən müəyyən edilmişdir ki, mübahisəsi gedən obyekt və torpaq sahəsi tamamilə fəaliyyətsiz vəziyyətdə olmaqla, heç kim tərəfindən istifaə olunmur. Kollegiya belə qənaətə gəlir ki, hazırki mübahisə üzrə cavabdehlərin mübahisəli torpaq sahəsinə heç bir aidiyyəti və bağlılığı mövcud deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.” Göründüyü kimi iddiaçı iddia ərizəsində və məhkəmə araşdırması zamanı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-1452/2021 nömrəli qətnaməsində iddianın rədd edilməsinə əsas olan dəyişməsi barədə hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı hazırda boşaldılmasını tələb etdiyi torpaq sahəsinin cavabdehlər tərəfindən zəbtinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə sökülməsi tələb edilən obyektin hazırda fəaliyyət göstərməsinə dair də hər hansı sübut təqdim edilməmişdir. Daha sonra məhkəmə qeyd etməyi lazım bilir ki, Cavabdeh1 əvvəlki iş üzrə cavabdeh olmasa belə iddiaçı tərəfindən Cavabdeh1 həmin obyekti zəbt edərək istifadə edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin obyekt hal-hazırda fəaliyyət göstərmir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh1 məhkəmədə verdiyi izahatında qeyd edilən obyektə heç bir aidiyyatının olmadığını, onu isitfadə etmədiyini bildirmişdir. Göründüyü kimi tərəfləri eyni olan hər iki iş üzrə iddianın predmeti və əsasları eynidir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-468/2021 nömrəli qətnaməsindən və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-1452/2021 nömrəli qətnaməsindən və iddiaçının hazırki tələbindən görünür ki, iddiaçı artıq bu tələblə cavabdehlərə qarşı iddia qaldırmış və məhkəmələr tərəfindən hazırkı tələbə, yəni “meşə fondu torpağından istifadəyə qadağa qoyulması, həmin torpaq sahəsində olan bütün tikili və qurğuların cavabdehlərin vəsaiti hesabına sökülməsi və ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbinə münasibət bildirilmiş və təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; 2) iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir. Həmçinin iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olmasına baxmayaraq yenidən həmin tələblə məhkəməyə müraciət etmişdir. Halbuki qanunvericilik eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduqda tərəfin həmin tələblə bağlı yenidən iddia qaldırmasını qadağan edir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X12 Mərkəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “meşə fondu torpağından istifadəyə qadağa qoyulması, həmin torpaq sahəsində olan bütün tikili və qurğuların cavabdehlərin vəsaiti hesabına sökülməsi və ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası üzrə iddiaya artıq Qəbələ Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi tərəfindən baxılmaqla qətnaməlar qəbul edildiyindən, həmin qətnamələr qanuni qüvvəsini aldığından, vəsatət qismən təmin edilməli, hazırki tələbə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, X2 ailə üzvlərinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə Cavabdeh2 və Cavabdeh3 “Su Tayı” istirahət mərkəzindən istifadə etmələri barədə müraciətləri sözügedən torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 istifadəsində olmasını sübut edən hal deyildir. Həmçinin o halı da nəzərə almaq lazımdır ki, Cavabdeh1 da X15 ailə üzvüdür. Əksinə məhkəmə zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə digər Cavabdeh1 ədavət vardır və bu onların bir-birləri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə əsassız şikayət etmələrinə səbəb ola bilmək ehtimalını çoxaltmaqdadır. Həmçinin Cavabdeh2 sözügedən torpaq sahəsini icarəyə götürmək istəməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciəti də, sözügedən torpaq sahəsinin və obyektin onların zəbtində və istifadəsində olmasını təsdiqləyən sübut deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkilləri və etibarnamə üzrə nümayəndələri Nümayəndə2 vəsatətində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasını əsaslandırmaqla mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olması mülki işin icraatına xitam verilməsi üçün əsasdır və vəsatətdə göstərildiyi kimi mülki işin baxılmamış saxlanma əsası deyildir. Bu səbəbdən vəsatət qismən təmin edilməli, mülki işin baxılmamış saxlanılması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkilləri və etibarnamə üzrə nümayəndələri Nümayəndə2 vəsatəti qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X12 Mərkəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “meşə fondu torpağından istifadəyə qadağa qoyulması, həmin torpaq sahəsində olan bütün tikili və qurğuların cavabdehlərin vəsaiti hesabına sökülməsi və ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Vəsatət qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abbas Əliyev