Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-955/2021 04.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Ayşən Əfqan qızının katibliyi, Ərizəçi və ərizəçinin vəkili X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun yəni-Əliyeva (Əhmədova) Şirin Əkbər qızının 15 may 1972-ci il tarixində Ermənistan SSR-nin Amasiya rayonu, Güllücə kəndində X3 və anası X11 olmaqla doğulmağı faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, Əliyeva (Əhmədova) Şirin Əkbər qızı 15 may 1972-ci ildə Ermənistan SSR- nin Amasiya rayonu, Güllücə kəndində anadan olmuşdur. X3 və anası X11 olmuş, onlar 15 fevral 2009-cu ildə və 08 noyabr 1991-ci ildə vəfat etmişlər. 1990-cı ildə X8 ilə nikaha daxil olduqdan sonra ərinin soyadı olan “Əhmədova” kimi qeyd etdirmişdir. O, valideynləri ilə birlikdə Ermənistan SSR-dən 1988-ci il tarixində məcburi qaydada çıxarıldıqdan sonra Bakı şəhərində məskunlaşmışaraq yaşamış və sonradan ailə quraraq Qəbələ rayonu, Mirzəbəyli kəndində yaşamışdır. O, Ermənistan SSR-də anadan olduğundan doğumun barədə qeydlər həmin ölkədə aparılmışdır. Hazırda onun doğumundan 49 il ötmüşdür. X3 və anası X11 isə vəfat etmişlər. Şəxsiyyət vəsiqəsi alınmasından ötrü onun adına doğum haqqında şəhadətnamənin mövcud olması və ya bərpası barədə Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs 13 avqust 2020-ci il tarixli 05/Q- 214/13 saylı məktubundan görünür ki, o, Ermənistan SSR-nin Amasiya rayonu, Güllücə kəndində anadan olduğundan və şəxsiyyətini təsdiq edən hər hansı sənəd olmadığından doğum haqqında akt qeydini bərpa etmək mümkün deyildir. Həmçinin, Maraqlı şəxsndən ona məhkəməyə müraciət etməyi bildirmişlər. Hazırda doğum haqqında şəhadətnamə olmadığından, şəxsiyyət vəsiqəsinin alınması da mümkün deyildir. Onun doğum faktı məhkəməyə təqdim olunmuş arayışlarda və digər sənədlərdə öz əksini tapır. Həmçinin, ərizədə qeyd olunan fakt məhkəmə iclasına dəvət ediləcək şahidlər vasitəsi ilə də təsdiq oluna bilər Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili X2 ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı 15 may 1972-ci ildə Ermənistan SSR-nin Amasiya rayonu, Güllücə kəndində anadan olub onların mərhum analarının adı X11, mərhum atalarının adı X7 olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacıları və özü Ermənistan SSR-nin Amasiya rayonu, Güllücə kəndində anadan olmuşlar. Onların mərhum analarının adı X11, mərhum atalarının adı X7 olmuşdur. Şirinin təvəllüdü 15 may 1972-ci ildir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-214/13 saylı 13.08.2020-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, Ermənistan SSR-nin Amasiya rayonu, Güllücə kəndindəanadan olmuş Ərizəçi şəxsiyyətini təsdiq edən hər hansı sənəd təqdim edilmədiyindən doğum akt qeydinin bərpa edilməsi mümkün olmamışdır və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qutqaşen rayon Mirzəbəyli kənd soveti tərəfindən 06 noyabr 1990-cı il tarixdə verilmiş V-JQ № 285877 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 arasında 06 noyabr 1990-cı ildə nikah bağlanmış, nikahdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. Həmin şəhadətnamədə doğum qrafasında ərizəçinin doğum tarixi “15 may 1972-ci il” olaraq, doğulduğu yer qrafasında “Ermənistan SSR-nin Amasiya rayonu, Güllücə kəndi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 27 fevral 2009cu il tarixdə verilmiş AZ-İ № 340172 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 15 fevral 2009-cu ildə Bakı şəhərində vəfat etmişdir. Həmin şəhadətnamədə ərizəçinin mərhum atasının tam adı “X7” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 08 noyabr 1991-ci il tarixdə verilmiş İV-JQ № 341817 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 19 oktyabr 1991-ci ildə Bakı şəhərində vəfat etmişdir. Həmin şəhadətnamədə ərizəçinin mərhum anasının tam adı “X11” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Mirzəbəyli kənd İ.Ə.N tərəfindən Ərizəçi 16 oktyabr 2020-ci il tarixdə verilmiş Təsərrüfat kitabından 518 saylı Çıxarışdan görünür ki, burada ərizəçinin doğum tarixi “15 may 1972-ci il” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Mirzəbəyli kənd İ.Ə.N tərəfindən 12 oktyabr 2020-ci il tarixdə təsdiq edilmiş Aktdan görünür ki, Qəbələ rayonu, Mirzəbəyli kənd sakini Əhmədova (Əliyeva) Şirin Əkbər qızı 15 may 1972-ci ildə Ermənistan SSR-nin Amasiya rayonu, Güllücə kəndində anadan olmuşdur. X3 15 fevral 2009-cu ildə ağ ciyərin xərçəngi xəstəliyindən və anası X11 08 noyabr 1991-ci ildə kəskin ürək çatışmamazlığından vəfat etmişlər. X9 06 noyabr 1990-cı ildə X8 ilə nikaha daxil olduqdan sonra ərinin soyadı olan “Əhmədova” soyadını qəbul etmişdir. Aktın doğruluğunu həmçinin İ.Ə.Əliyev, M.Ə.Əliyeva və F.N.Əmiraslanova öz imzaları ilə təsdiq etmişdirlər. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Əhmədova (Əliyeva) Şirin Əkbər qızı 15 may 1972-ci il tarixdə Ermənistan SSR-nin Amasiya rayonu, Güllücə kəndində doğulmuşdur. Məhkəmə hesab edir ki, Əhmədova (Əliyeva) Şirin Əkbər qızının 15 may 1972-ci il tarixdə Ermənistan SSR-nin Amasiya rayonu, Güllücə kəndində doğulması, atasının X7, anasının X11 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Əhmədova (Əliyeva) Şirin Əkbər qızının 15 may 1972-ci il tarixdə Ermənistan SSRnin Amasiya rayonu, Güllücə kəndində doğulması, atasının X7, anasının X11 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-955/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-955/2021
04.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver