Məhkəmə qərarları › İş №2(025)-974/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-974/2023

06.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-974/2023 06.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi X10 maraqlı şəxslər X11, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs1 və Qəbələ Regional Maraqlı şəxs2ndə Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - mirasın qəbul edilməsi və vərəsəliyin aşılma yerin müəyyən edilməsi faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi X10 iştirakı ilə, Ərizəçi X10 maraqlı şəxslər X11, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi X17 maraqlı şəxslər X11, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional Maraqlı şəxs2ndə Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə miras qoyan X6 mülkiyyətinə verilmiş, sahəsi 0.10 ha olan torpaq sahəsinin ərizəçi X17 tərəfindən miras əmlak olaraq faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X17 ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə sahəsi 0.10 ha olan torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. Miras qoyan X12 xx.xx.2000-ci ildə vəfat etmişdir. X16, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs3 və X3 Boyat Zərbalı qızının övladlarıdır. Digər övlad X20 vəfat etmişdir. X17 anası - miras qoyan X12 xx.xx.2000-ci ildə vəfat etdikdən sonra həmin torpaq sahəsi və yaşayış evində faktiki idarəçi və sahib olmuş, miras əmlakı faktiki idarə etməklə, sahiblik etmişdir. Qanunvericiliyə əsasən, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ərizəçi X17 iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs (ərizəçinin bacısı) Maraqlı şəxs4 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, qardaşı X17 tərəfindən verilmiş ərizənin təmin edilməsinə etirazı yoxdur. Həmçinin, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə miras qoyan X6 mülkiyyətinə verilmiş, sahəsi 0.10 ha olan torpaq sahəsinin qardaşı X17 tərəfindən miras əmlak olaraq qəbul edilməsinə etiraz etmir. İş üzrə maraqlı şəxs (ərizəçinin qardaşı) Maraqlı şəxs3 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, qardaşı X17 tərəfindən verilmiş ərizənin təmin edilməsinə etirazı yoxdur. Həmçinin, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə miras qoyan X6 mülkiyyətinə verilmiş, sahəsi 0.10 ha olan torpaq sahəsinin qardaşı X17 tərəfindən miras əmlak olaraq qəbul edilməsinə etiraz etmir. X7 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi Tahir Qasımov onun qohumudur. Onların dörd qardaş və üç bacı olduqlarını, bir qardaşlarının rəhmətə getdiyini, Tahir Qasımovun mərhum anasından qalan evdə yaşadığını bildirmişdir. Tahirin anası rəhmətə getdikdən sonra, Tahiri sifarişi əsasında, o, həmin evdə və həyətdə usta kimi işləmiş, həyətdə hasar, quraqlıq və tövləni tikmişdir. X13 ona pul göndərərək həyətdə işləri ona gördürmüşdür. Bacısının biri Vəndamda olur, bir bacısı Türkiyyədə, digər bacı isə Şamaxıda yaşayır. X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi Tahir Qasımov onun qonşusudur, aralarında 150 (bir yüz əlli) metr məsafə vardır. Tahir Qasımovgilin həyətində fəhlə işi olduqda ona gördürmüş və zəhmət haqqını vermişdir. Ata, ana rəhmətə gedəndən sonra bütün həyətə Tahir Qasımov baxmış, Tahir Rusiyada olduqda isə, həyətə nəzarət etməyi ona tapşırmışdır. Tahir anası ilə birlikdə Rusiyanın Omsk şəhərində yaşamış, anası elə orada rəhmətə getmiş, elə həmin vaxtı Tahir oradan qayıdaraq anasını Vəndamda dəfn etmişdir. O gündən indiyə kimi sözügedən həyətdə X17 yaşayır. Maraqlı şəxslər X11, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5.-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (1964-cü ildən qüvvədə olan): 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nədə vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daim yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. 530-cu maddəsinə əsasən aşağıdakılar vərəsə ola bilərlər: - qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; - vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. 532-ci maddəsinə əsasən qanun üzrə vərəslikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlıqa götürənlər) , ər (arvad) və ölənin valideyinləri (övladlıqa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəslik açılan zaman onların vərəsə qoyan bilən valideyinləri ölmüş olsun ; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki sürətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirasi qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən 6 ay müdətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəslik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbələri üzürlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda mirası qəbul etmək müddətini keçmiş vərəsəyə yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün də tədbirlər görür. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-763A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən, X6 mülkiyyətinə Qəbələ rayonu, Vəndam kəndində 0.10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional Maraqlı şəxs2ndə Notariat Ofisinin № 1789 saylı, 25 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, “Sizin, xx.xx.2000-ci ildə vəfat etmiş ananız X5 miras qalmış əmlakları üzərindəki vərəsəlik hüququnuzun rəsmiləşdirilməsi bağlı xx.xx.2020-ci il tarixdə Qəbələ regiona! 'Maraqlı şəxs2ndə notariat ofisində daxil olmuş ərizəsinə baxılmışdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, siz qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmısınız, o cümlədən, notariat ofisinə mirasın faktiki qəbulu və ona sahiblik etməsi barədə sübutlar təqdim edilməmişdir. Bildirirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134-cü, 1243-cü və 1322-ci maddələrinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mirasın açıldığı gündən altı ay keçdikdən sonra vərəslər mirası açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi barədə ərizə verdikdə, yaxud mirasa sahiblik vəya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirdikdə verilir. Əgər vərəsə qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv hüququ) həyata keçirməsə onda o, həmin hüququ itirir. Belə ki, mirasın qəbul edilməsi müddətinin ötürülməsi (buraxılması) vərəsə üçün vərəsəlik hüququnun itirilməsinə səbəb olur. Yuxanda qeyd olunan qanunvericiliyin tələbinə əsasən sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil, məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional Maraqlı şəxs2ndə Notariat Ofisinin № 2457 saylı, 09 iyun 2023-cü il tarixli 2(025)-974/2023 saylı 22 may 2023-cü il tarixli sorğuya cavabından görünür ki, Rusiya Federasiyası vətəndaşı Tahir Qasımov mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında, ölümü xx.xx.2000-ci il tarixdə qeydə alınmış, 1930-cu il təvəllüdlü X5 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Qəbələ regional Maraqlı şəxs2ndə notariat ofisinə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Miras qoyanın adına vərəsəlik işi açılmamış və vərəsəlik hüququnun rəsmiləşdirilməsindən imtina barədə xx.xx.2020-ci il tarixli 1789 nömrəli məktubla vətəndaşın müraciəti cavablandırılmışdır.” İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional Maraqlı şəxs2ndə Notariat Ofisinin № 2964 saylı, 19 iyul 2023-cü il tarixli 2(025)-974/2023 saylı 10 iyul 2023-cü il tarixli sorğuya cavabından görünür ki, “ölümü xx.xx.2000-ci il tarixdə qeydə alınmış, 1930-cu il təvəllüdlü X6 adına vərəsəlik işi açılmasına dair Rusiya Federasiyası vətəndaşı Tahir Qasımov tərəfindən təqdim olunmuş, o cümlədən informasiya sistemlərindən və müvafiq qurumlardan əldə edilmiş sənədlərin surəti Qəbələ regional Maraqlı şəxs2ndə notariat ofisinin 2457 saylı xx.xx.2023cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmişdir. Vərəsəlik hüququnun rəsmiləşdirilməməsi səbəbindən vərəsələrin dairəsi barədə məlumatların verilməsi mümkün olmamışdır.” İşdə olan Türkiyə Respublikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 00453№-li etibarnamədən görünür ki, X16 (ərizəçinin bacısı) türk vətəndaşı olaraq, onu bütün orqanlarında təmsil etmək, əmlakı idarə etmək və s. ərizəçi X14 xx.xx.2031-ci il tarixədək etibarnamə vermişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbəsi İ.Ə.N-yi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli AZ-T № 228798 saylı doğum haqqında şəhadatnamənin sürətindən görünür ki, X17 xx.xx.1965-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuşdur. X2, anası X9r. İşdə olan Qəbələ rayon Vəndam qəsəbəsi İ.Ə.N-yi tərəfindən verilmiş 21 dekabr 2019-cu il tarixli AZ-İİ № 055311 saylı ölüm haqqında şəhadatnamədən görünür ki, X12 04 fevral 200-ci il tarixdə Rusiya federasiyasının Omsk şəhərində vəfat etmişdir. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə ərizəçinin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olubolmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, qeyd edilən hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X12 04 fevral 2000-ci il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, miras qoyan şəxs – X12 2000-ci il tarixdə vəfat etdiyindən hazırki miras hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR-in Mülki Məcəlləsinin (1964-cü ildən qüvvədə olan) müddəaları əsasında həll olunmalıdır. Məhkəmə hesab edir ki, miras qoyan X12 04 fevral 2000-ci il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras qoyan Qəbələ rayon, Vəndam qəsəbəsində yaşadığından və daşınmaz əmlak Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşdiyindən mirasın açıldığı yer Qəbələ rayonu Vəndam qəsəbəsidir. Miras əmlaka X12 öldüyü məqamadək malik olduğu Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən yaşayış evi, bütün tikililəri və adına olan torpaq sahələri daxildir. Təqdim olunmuş sənədlərdən, eləcə də maraqlı şəxsin etirafından müəyyən edildi ki, ərizəçi miras qoyanın ölümündən sonra mübahisəli miras əmlakı idarə etməklə faktiki qaydada qəbul etmiş, lakin öz adına rəsmiləşdirməmiş, bununla bağlı notariat kontoruna müraciət etdikdə isə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizənin qanuni əsası olduğundan təmin edilməli, X10 anası - xx.xx.2000-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə dair mirası faktiki qəbul etməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X10 anası - xx.xx.2000-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə (JN-763A KOD 40600048 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə) dair mirası faktiki qəbul etməsi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar