Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-980/2024 10.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X5 ərizəçi İddiaçı mirasın qəbul edilmə faktının müəyyən edilməsi və üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı mirasın qəbul edilmə faktının müəyyən edilməsi və üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə ərizə verib vərəsəlik üzrə anası X1 babası X4 qalmış mirası (Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən iki otaqlı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi) faktiki surətdə qəbul etməsi faktının müəyyən edilməsi və həmin daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə ərizə icraata qəbul edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqa xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən AR Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən edilmiş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət inzibati icraat qaydasında aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmə hesab edir ki, mirasın faktiki surətdə qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizəyə məhkəmə icraatı qaydasında, daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə ərizələrə isə inzibati icraat qaydasında baxıldığından həmin tələblərlə bağlı məsələlərin eyni icraatda həll edilməsi mümkün deyil. Ərizəyə əlavə edilmiş AZE 13990352 nömrəli AR X2 surətinə əsasən İddiaçı Bakı şəhəri, Ş.Allahverdiyev küçəsi, D3, ev 6-da daimi qeydiyyatdadır. AR MPM-nin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyilsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizəçi Bakı şəhəri, Ş.Allahverdiyev küçəsi, D3, ev 6-da daimi qeydiyyatda olduğundan və mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbini daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun tanınması tələbi ilə birləşdirdiyindən İddiaçı mirasın qəbul edilmə faktının müəyyən edilməsi və üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263,264,266,267və268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı mirasın qəbul edilmə faktının müəyyən edilməsi və üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi : Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(025)-980/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-980/2024
10.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver