Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-984/2023 25.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni X4 xx xxxxx 1962-ci ildə Qəbələ rayonu, Yenikənd kəndində doğulmağı, atasının X11, anasının X7 olması hüquqi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxxx 1962-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuşdur. 22 iyun 1987-ci ildə X8 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə-nikahdan Poladov, Tərlan, Poladov Orxan və Poladov Rəvan adlı övladları doğulmuşdur. O doğulduğu dövr Sovet dönəminə düşür. Ona məlum olmayan səbəblərdən valideynləri ona doğum haqqında şəhadətnamə almamışdırlar. O birinci sinifə gedən dövrdə doğum haqqında şəhadətnamə tələb olunmurdu. Sadəcə valideynlərinin sözlərinə görə o xx xxxxx 1962-ci ildə anadan olmuşdur. Ona məxsus şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnamədə doğum tarixi xx xxxxx 1962-ci il kimi qeyd edilmişdir. Onun sovet dövründə pasportu olub, həmin pasportda, nikah şəhadətnaməsində, uşaqlarının doğum şəhadətnamələrində, ona məxsus diplomda, hərbi biletdə və digər sənədlərində adı X2 qeyd olunub. Sonradan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi alarkən ona məlum olmayan səbəbdən soyadı Şahnəzərov kimi qeyd olunub. Bu yaxınlarda ona ailə üzvlərinə verilmiş torpaq sahələrini adlarına rəsmiləşdirib, Çıxarış almaq istəyərkən ona məlum olmuşdur ki, onun doğum haqqında şəhadətnaməsi yoxdur. Ona məxsus bütün sənədlərdə adı X9, doğum tarixi xx xxxxx 1962-ci il, atası X11, anası X5r. Doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etiblər. Qeydiyyat şöbəsinin 03 may 2023-cü il tarixli, 3-16-5/8- 15-Ş- 637/2023 saylı məktubu ilə ona cavab verilmişdir ki, onun barəsində doğum akt qeydi aşkar edilməmişdir və tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş üzrə şahid qismində dindirilmiş X12 ifadə verərək göstərdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşının 1962-ci il tarixdə anadan olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X13 ifadə verərək göstərdi ki, ərizəçi X14 onun böyük qardaşıdır. Qardaşı 1962-ci il tarixdə anadan olmuşdur. Atalarının adı Ağalı, analarının adı Məryəm olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-15-Ş-637/2023 saylı 03 may 2023-cü il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X9”nun adına doğumu haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qutqaşen rayonu, Zalam kənd İ.Ə.N-yi tərəfindən 08 avqust 1988-ci il tarixdə verilmiş Хİİİ-ЖГ № 830053 saylı doğum haqqında şəhadatnamədən görünür ki, X15 14 iyul 1988-ci ildə Qutqaşen rayonu, Yenikənd kəndində anadan olmuşdur. X1r. İş materiallarına əlavə olunmuş Qutqaşen rayon, Zalam kənd İ.Ə.N-yi tərəfindən 03 iyul 1990-cı il tarixdə verilmiş Xİİİ-ЖГ № 420299 saylı doğum haqqında şəhadatnamədən görünür ki, X16 21 iyun 1990-cı ildə Qutqaşen rayonu Yenikənd kəndində anadan olmuşdur. X1r. İş materiallarına əlavə olunmuş Qutqaşen rayon, Zalam kənd İ.Ə.N-yi tərəfindən 10 noyabr 1994-ci il tarixdə verilmiş XVİİİ-ЖГ № 424684 saylı doğum haqqında şəhadatnamədən görünür ki, X17 26 oktyabr 1994-cü ildə Qəbələ rayonu Yenikənd kəndində anadan olmuşdur. X1r. İş materiallarına əlavə olunmuş Qutqaşen rayonu, Zalam kənd İ.K-si tərəfindən 22 iyun 1987ci il tarixdə verilmiş İV-ЖГ № 307878 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 qızı arasında 22 iyun 1987-ci ildə nikah bağlanmış, nikahdan sonra ərə Şahnazarov, arvada Şahnazarova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Yenikənd kəndi tərəfindən 19 aprel 2023-cü il tarixdə verilmiş № 5-59-29/2-156-2023 saylı arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi Qəbələ rayon Yenikənd kəndində yaşayır. İş materiallarına əlavə olunmuş ******* №-li hərbi biletin surətindən görünür ki, X9 xx xxxxx 1962-ci il tarixdə Qutqaşen rayonu Zalam kəndində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilimiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1962-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Texniki klub tərəfindən verilimiş sürücünün imtahan vərəqəsinin surətindən görünür ki, X9 xx xxxxx 1962-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X9 xx xxxxx 1962-ci il tarixdə Qəbələ rayonu Yenikənd kəndində doğulmuşdur. Məhkəmə hesab edir ki, X4 18 prel 1962-ci il tarixdə Qəbələ rayonu Yenikənd kəndində doğulması, atasının X11, anasının X3 olması hüquqi faktı müəyyən edilməli və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X4 xx xxxxx 1962-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində doğulması, atasının X11, anasının X3 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-984/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-984/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver