Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-99/2025 13.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçınun doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək xx xxxxxx 1942-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam kəndində anadan olub X26 və X14 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı izahatında göstərmişdir ki, o, xx xxxxxx 1942-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam kəndində anadan olub X26 və X14 törəmişdir. X28 onun doğma qardaşıdır. Barəsində doğum akt qeydi aparılmadığından doğum haqqında şəhadətnamə ala bilməmiş və bu səbəbdən vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İş üzrə şahid X15 göstərmişdir ki, o, 02 mart 1979-cu il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub İddiaçı və X5 törəmişdir. X16 adında babası, X23 adında nənəsi və X28 adında dayısı olmuşdur. İşdə olan AA ******* nömrəli Ş/V-nin surətinə əsasən AR vətəndaşı İddiaçı xx.xx.1942-ci ildə anadan olmuşdur. İşdə olan Qəbələ RİHB-nin Vəndam qəsəbə İƏD üzrə İN tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 5-59-15/2-1091/2024 saylı arayışda göstərilmişdir ki, İddiaçı Qəbələ rayon Vəndam qəsəbəsində qeydiyyatdadır və Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır. İşdə olan Vİ-JQ 323633 nömrəli “doğum haqqında şəhadatnamənin” surətinə əsasən İddiaçı doğulmuş xx.xx.1979-cu il təvəllüdlü X4 Xalizət Calal oğlundan törəmişdir. İşdə olan AZ ******* nömrəli “doğum haqqında şəhadatnamənin” surətinə əsasən İddiaçı doğulmuş xx.xx.1965-ci il təvəllüdlü X1 Xalizət Calal oğlundan törəmişdir. İşdə olan İ-JQ 493219 nömrəli “doğum haqqında şəhadatnamənin” surətinə əsasən İddiaçı doğulmuş xx.xx.1965-ci il təvəllüdlü X2 Xalizət Calal oğlundan törəmişdir. İşdə olan İİİ-JQ 492236 nömrəli “doğum haqqında şəhadatnamənin” surətinə əsasən İddiaçı doğulmuş xx.xx.1976-cı il təvəllüdlü X3 Xalizət Calal oğlundan törəmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli 3-16-5/8-15/1- 294/2024 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında İddiaçı doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 nömrəli məlumata əsasən X17 doğum və ölüm haqqında akt qeydi, X18 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Maraqlı şəxs xx.xx.1955-ci il tarixli 178 nömrəli doğum haqqında akt qeydinə əsasən xx.xx.1936-cı il tarixdə, Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş X9 Şaban Əsgər oğlu və X14 törəmişdir. İşdə olan Maraqlı şəxs xx.xx.1988-ci il tarixli 03 nömrəli ölüm haqqında akt qeydinə əsasən X23 xx.xx.1988-ci il tarixdə, Qəbələ rayonu Vəndam qəsəbəsində ölmüşdür. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı xx xxxxxx 1942-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub X26 və X14 törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx xxxxxx 1942-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində (Qutqaşen rayonu, Vəndam kəndində) anadan olub X26 və X14 törəmiş İddiaçı doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. İddiaçı doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Qutqaşen (iniki Qəbələ) rayonu, Vəndam kəndi; doğum tarixi – xx.xx.1942-ci il; anası X23; atası X26 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(025)-99/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-99/2025
13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver