Məhkəmə qərarları › İş №2(025)-997/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-997/2025

13.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-997/2025 13.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X5, ərizəçi İddiaçı üçüncü şəxs AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı vərəsəlik hüququnun və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı üçüncü şəxs AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı vərəsəlik hüququnun və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə ərizə verərək 1952-ci ildə vəfat etmiş babası X4 miras qalıb anası X1 Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mülkü (həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) vərəsəlik üzrə əldə etməsi və üzərində mülkiyyət hüququnun tanınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. AR Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. İddiaçı 1952-ci ildə vəfat etmiş babası X4 miras qalıb anası X1 Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mülkü (həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) vərəsəlik üzrə əldə etməsi və üzərində mülkiyyət hüququnun tanınmasını tələb etməsinə baxmayaraq həmin daşınmaz əmlak obyekti üzərində X6 və X2 əmlak hüquqlarını təsdiq edən sənədi və adına verilmiş vərəsəlik şəhadətnaməsini təqdim etməmişdir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqa xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən AR Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.2-ci maddəsinə əsasən notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericilikdə müəyyən edilmiş digər sənədlər daşınmaz əmlak üzərində hüquqların.... dövlət qeydiyyatı üçün əsasdır. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli ( struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən edilmiş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət inzibati icraat qaydasında aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən vərəsəlik yolu ilə əldə edilmiş daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun qeydə alınması barədə ərizələrə həmin daşınmaz əmlak obyektinin hüquqi statusuna dair sənədlər əlavə edilməklə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında inzibati icraat qaydasında inzibati orqanlar tərəfindən baxılır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı üçüncü şəxs AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı vərəsəlik hüququnun və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə ərizəsi məhkəmədə baxılmalı olmadığından qəbul edilməsindən imtina edilməli və ona daşınmaz əmlak obyektinin hüquqi statusuna dair sənədlər və vərəsəlik hüququ haqqında şəhadətnamələr təqdim etməklə tələb üzrə AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı üçüncü şəxs AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı vərəsəlik hüququnun və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin və ona tələb üzrə AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar