Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-1/2024 16.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı və Cavabdeh2 Abbas oğlunun iştirakı ilə İddiaçı Bakı şəhər sakinləri X10, Cavabdeh2 və Qobustan rayonunun Cəngi qəsəbə sakini Cavabdeh3 qarşı Qobustan rayon İcra Hakimiyyəti Başçısının 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı ilə ona icarəyə verilmiş “Uzundərə” qış otlaq sahəsindən çıxarılmaları, 10000 manat dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X10, Cavabdeh2 və Cavabdeh3 qarşı Qobustan rayon İcra Hakimiyyəti Başçısının 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı ilə ona icarəyə verilmiş “Uzundərə” qış otlaq sahəsindən çıxarılmaları, 10000 manat dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhərində yaşayır. Özünə məxsus iri və xırda buynuzlu heyvanların saxlanılması ilə məşğuldur. Qobustan rayon İcra Hakimiyyəti Başçısının 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı ilə ona dövlət qış otlaq fonduna daxil olan 2 M saylı “Uzundərə” qış otlaq sahəsindən xırda buynuzlu heyvanlarını saxlamaq üçün 10 il müddətinə 1017 hektar qış otlaq sahəsi ayrılmışdır. Bakı şəhər sakinləri X10 və Cavabdeh2 Abbas oğlu özlərinə məxsus xırda buynuzlu heyvanları Qobustan rayon Cəngi kənd sakini Cavabdeh3 təhkim edərək ona icarəyə verilmiş örüş sahəsini qanunsuz tutaraq orada saxlayırlar və dəfələrlə deməsinə baxmayaraq onun icarəsində olan qış-otlaq sahəsindən könüllü çıxarmaq istəmirlər. Ona məxsus xırda buynuzlu heyvanlar qardaşı Əlibəy Abduləzizov və kürəkəni X2 məxsus qış otlaq sahələrində qışlayırlar. Heyvan çox olduğundan 150 baş xırda buynuzlu heyvanları tələf olmuşdur və baladan çıxmışlar. Həmin icarəyə götürdüyü qış-otlaq sahəsinin icarə haqqını o ödəsə də cavabdehlərə məxsus heyvanlar həmin qış-otlaq sahəsində saxlanılır və otarılır. Ona görə də cavabdehlər X10, Cavabdeh2 Abbas oğlu və Cavabdeh3 Qobustan rayon İcra Hakimiyyəti Başçısının 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı ilə ona icarəyə verilmiş “Uzundərə” qış otlaq sahəsindən çıxarılmaları və cavabdehlərdən 10000 manat dəymiş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, hazırda çıxarılmaları iddia olunan qış-otlaq sahəsini X3 1990-cı ildə Xızı rayon İcra Hakimiyyətindən almış və həmin torpaq sahəsində heyvan saxlamaq üçün tövlələr və çoban evləri tikdirərək heyvanlarını saxlamışlar. Lakin sonradan həmin qış-otlaq sahələri Xızı rayonunun tərkib hissəsindən ayrılaraq Qobustan rayonunun tərkib hissəsinə verildiyini bilmədiklərindən torpağın icarə müddətinin uzadılması üçün Qobustan rayon İcra Hakimiyyətinə müraciət etməmişlər. 2012-ci ildə çobanı Elnur ona zəng vuraraq qış-otlaq sahəsinə Əlizadə adlı bir nəfərin gələrək torpağın ona aid olduğunu və heyvanlarının çıxarılmasını ondan tələb etdiyini demişdir. Məsələnin aydılmaşdırılması üçün əraziyə gəlmiş və qış-otlaq sahəsinin atası Abbasa Xızı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə verildiyini demişdir. İddiaçı isə ona sərəncam göstərərək torpağın ona məxsus olduğunu və heyvanlarının çıxarılmasını bildirmişdir. Həmin vaxtdan da heyvanlarını oradan aparmış və qış-otlaq sahəsindən istifadə etməmişdir. İddiaçı öz heyvanlarını otardığı üçün dövlətə vergi ödəmişdir. X3 cavabdeh Qobustan Rayon İcra Hakimiyyətinə qarşı Qobustan Rayon İcra Hakimiyyəti Başçısının “Uzundərə” otlaq sahəsinin Bakı şəhər sakini İddiaçı şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Daha sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qobustan Rayon İcra Hakimiyyəti başçısının “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini İddiaçı şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamın, X13 şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 400 ha qış otlaq sahəsinin 15 il müddətinə ayrılması haqqında 01 may 2014-cü il tarixli 068 saylı sərəncamın, X4 600 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair 24 sentyabr 2002-ci il tarixli 131 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair 28 sentyabr 2012-ci il tarixli 156 saylı sərəncamın, X7ma 500 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair 26 aprel 2010-ctı il tarixli 024 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair 28 sentyabr 2012-ci il tarixli 155 saylı sərəncamın ləğv edilməsi istənilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(85)-22/2017 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Qobustan Rayon İcra Hakimiyyəti Başçısının “Uzundərə” otlaq sahəsinin Bakı şəhər sakini İddiaçı şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı X5 mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan X11 tərəfindən apelyasiya şikayəti verilmiş, iş Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında olarkən X3 vəfat emişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 15 mart 2018-ci il tarixli 2-1(105)-17/2018 saylı qərardadı ilə apelyasiya şikayəti üzrə icraata xitam verilmişdir. X1 qanun üzrə vərəsələri o və Salamova Dilarə Saday qızı Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh Qobustan rayon Hakimiyyətinin “Uzundərə” dövlət qış otlaq fondundan İddiaçı şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının, X13 şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 400 ha qış otlaq sahəsinin 15 il müddətinə ayrılması haqqında 01 may 2014-cü il tarixli 068 saylı sərəncamının, X4 600 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair 24 sentyabr 2002-ci il tarixli 131 saylı sərəncamın və həmin sərəncamının 10 il müddətinə uzadılmasına dair 28 sentyabr 2012-ci il tarixli 156 saylı sərəncamının, X7ma 500 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair 26 aprel 2010-cu il tarixli 024 saylı sərəncamının və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair 28 sentyabr 2012-ci il tarixli 155 saylı sərəncamının, o cümlədən İddiaçı adına verilmiş 19 oktyabr 2017-ci il tarixli 102 saylı “Uzundərə” qış otlaq ərazisində çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsinə dair sərəncamının ləğv edilməsi barədə iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2-1(118)-14/2020 saylı qərarı ilə Qobustan rayon İcra Hakimiyyəti Başçısının “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini İddiaçı şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı, X5 mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissədə ləğv edilmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3 və X10 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının və Cavabdeh2 izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon İcra Hakimiyyəti tərəfindən 23 noyabr 2012-ci il tarixdə 199 saylı sərəncamdan çıxarışın surətindən görünür ki, Qobustan rayonunun ümumi qış-otlaq fonduna daxil olan 2 M nömrəli “Uzundərə” qışlağından 1017 ha qış otlaq sahəsi, 1200 baş xırda buynuzlu heyvanların saxlanılması üçün 10 (on) il müddətinə İddiaçı verilməsi, otlaq sahəsindən istifadə qaydalarına əməl edilməklə müvafiq vergilərin vaxtında ödənilməsi və ayrılmış torpaq sahəsində çobanların yaşaması və heyvanların saxlanılması üçün qanuna müvafiq qaydada tikinti işlərinin aparılmasına icazə verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 dekabr 2012-ci il tarixli kt 024 saylı müqavilədən görünür ki, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tərəfindən 03 noyabr 2012-ci il tarixli 199 nömrəli sərəncam əsasında Qobustan rayonunun ümumi qış-otlaq fonduna daxil olan 2 M nömrəli “Uzundərə” qışlağından 1017 ha qış otlaq sahəsi xırda buynuzlu heyvanların saxlanılması üçün 10 (on) il müddətinə, icarə haqqı 1 hektar üçün 70 qəpik icarə haqqı ödənilmək şərtilə İddiaçı icarəyə verilmişdir. Qobustan rayonunun “Uzundərə” qış otlaq sahəsi adlanan ərazidə İddiaçı məxsus fermer təsərrüfatı üçün tikiləcək binalara memarlıq planlaşdırma layihəsindən ötrü 091006 nömrəli lisenziya verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 iyun 2016-cı il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisindən X6 1407 ha torpaq sahəsi istifadəyə verilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində 29 iyun 2018-ci il tarixlə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 22 noyabr 2017ci il tarixdə ölmüş X5 vərəsəsi –arvadı Salamova Dilarə Saday qızı- oğlu- Cavabdeh2 elan edilməklə onlar hər biri miras əmlakdan 4/6 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDT-in yanında DƏRDX-in 14 saylı Ərazi idarəsi tərəfindən 22 iyun 2016-cı il tarixdə X6 verilmiş **********09-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1187,8 kv/m olan əmlak kompleksi kimi müəssisəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 14 saylı Ərazi İdarəsi tərəfindən 11 iyun 2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş texniki pasportun surətindən görünür ki, X6 ünvan 1i ərazisində “Uzundərə” adlanan qış otlaq sahəsindən 1187,8 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(85)-22/2017 saylı qərarından görünür ki, Qobustan Rayon İcra Hakimiyyəti Başçısının “Uzundərə” otlaq sahəsinin Bakı şəhər sakini İddiaçı şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı X5 mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissədə ləğv edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 15 mart 2018-ci il tarixli 2-1(105)-17/2018 saylı qərardadı ilə apelyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli 2-1(102)-1073/2023 saylı qərardadından görünür ki, iddiaçının varisləri Salamova Dilarə Saday qızı və Cavabdeh2 tərəfindən verilmiş müddətin bərpası barədə ərizə rədd edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 mart 2018ci il tarixli 2-1(105)-17/2018 saylı qərardadından iddiaçının hüquqi varisləri tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və icraata qəbulundan imtina edilmişdir. Müəyyən olundu ki, Qobustan rayon İcra Hakimiyyəti Başçısının 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı ilə İddiaçı xırda buynuzlu heyvanlarının saxlanılması üçün dövlət qış otlaq fonduna daxil olan 2 M saylı “Uzundərə” qış otlaq sahəsindən xırda buynuzlu heyvanlarını saxlamaq üçün 1017 hektar qış otlaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. İddiaçı tərəfindən cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh3 özbaşına tutduqları torpaq sahəsindən çıxarılmalarını və cavabdehlərin qanunsuz onun icarəsində olan qış-otlaq sahəsinin zəbt etməsi nəticəsində ona 10000 manat ziyan dəyməsini təsdiq edən əsaslı sübut məhkəməyə təqdim olunmadığı üçün iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh3 özbaşına tutduqları torpaq sahəsindən çıxarılmalarını və cavabdehlərin qanunsuz onun icarəsində olan qış-otlaq sahəsinin zəbt etməsi nəticəsində ona 10000 manat ziyan dəyməsini təsdiq edən əsaslı sübut məhkəməyə təqdim olunmadığı üçün iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-1/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-1/2024
16.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver