Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-106/2020 14.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi x1 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı 15750 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 15750 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2015-ci ildən Cavabdeh ilə şərikli xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olurlar. Sonuncu dəfə Cavabdeh heyvanları nisyə satdığını deyərək 15750 manat pulu ona ödəməmişdir. Cavabdeh ondan aldığı 2500 manat pulu bu günə kimi ona ödəməmişdir. Cavabdeh dəfələrlə ona dəymiş ziyanı ödəməsini tələb etsə də o qərəzli şəkildə imtina etmişdir. Cavabdeh 15750 manat məbləğində dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi x2 iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Babaverdi oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, təxminən 2012-ci ildən İddiaçı ilə xırda buynuzlu heyvanların ticarəti ilə məşğul olmuşlar, aralarında olan hesab nağd olmuşdur. Afiqlə xırda buynuzlu heyvan alveri edərkən Afiq onun yanında olub pulları Afiq almış, Afiq həmin puldan ona vermişdir.Afiqə heç bir borcu yoxdur. Bir-birilərinə borcları qalmamışdır.İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid ifadə verərək göstərdi ki,İddiaçı ilə Cavabdeh uzun müddətdir ki tanıyır və onların birlikdə xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğunu da bilir. Əkbərin Afiqə borcu yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, şahidin ifadəsini dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Müəyyən olundu ki, İddiaçı 2015-ci ildən Cavabdeh ilə birlikdə ortaqlı xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmuşlar. Lakin Cavabdeh İddiaçı borcu olması məhkəmə iclası zamanı öz təsdiqini tapmadı, buna dair məhkəməyə sübutlar təqdim edilmədi. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 15750 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh 15750 manat dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-106/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-106/2020
14.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver