Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-107/2025 05.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi “14 iyun 1994-cü ildə Qobustan rayonunun Xilmilli kəndində doğulması faktının müəyyən edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi və vəkili Vəkil xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, şəxsiyyət vəsiqəsi ilə təmin edilmədiyindən ötrü, özünün xx xxxx 1994-cü ildə Qobustan rayonunda doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1994-cü ildə Qobustan rayonunda anadan olmuşdur. Atası 01 iyul 1952-ci il təvəllüdlü, Qobustan rayonu, Xilmilli kəndində qeydiyyatda olmaqla yaşamış X18r və o, 25 yanvar 2017-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndində vəfat etmişdir. Anası 28 iyun 1959-cu il təvəllüdlü, Qobustan rayonu, Xilmilli kəndində qeydiyyatda olmaqla yaşayan X4r. Qardaşı 14 fevral 2002-ci il təvəllüdlü, Qobustan rayonu, Xilmilli kəndində qeydiyyatda olmaqla yaşayan X10r. Ərizəçi anadan olandan sonra doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almamışdır. Buna səbəb isə ailəsinin müxtəlif rayonlarda çobanlıq etməsi olmuşdur. Lakin o, X22 ilə X3 birgə nikahından doğulmuşdur. Hazırda Kürdəmir RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Kürdəmir Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə iclasında iştirak edən Ərizəçi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək bildirdilər ki, ərizədə texniki səhvə yol verilmişdir. Ərizəçi xx xxxx 1994-cü il tarixdə yox, 14 iyun 1994-cü il tarixdə Qobustan rayonunun Xilmilli kəndində doğulmuşdur. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Onun X12, anası X4r. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, 14 iyun 1994-cü il tarixində Qobustan rayonunun Xilmilli kəndində doğulmuşdur. X12, anası X4r. Onlar 6 qardaş və 1 bacıdırlar. Atası iki qadınla nikahda olmuşdur, X28un anası Ulduzə Əhmədova ilə nikahından 4 uşağı olmuşdur: onun özü, Zöhrab, Ehram və Əlcuvan. Atasının digər qadından isə Alik və Mehrab adlı uşaqları olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili Vəkil ərizəçinin bildirdikləri ilə razılaşıb əlavə olaraq qeyd etdi ki, ərizəçi barəsində Kürdəmir RPŞ-nin İB-də istintaqı aparılan cinayət işi mövcuddur. Ərizəçinin isə indiyədək doğumu barədə hər hansı qeyd aparılmamışdır. Hazırda təsdiq olunması tələb olunan fakt məhz ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd əldə edə bilməsi və sözügedən cinayət işi üzrə sonrakı prosessual hərəkətlərin aparılması üçün zəruridir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X6 bildirdi ki, onun əri X22 olmuşdur və hazırda vəfat etmişdir. X25 nikahından Zöhrab, Ehram, Şəmi və Əlcuvan adlı dörd uşağı olmuşdur. Mərhum ərinin digər arvadından isə Alik, Mehrab və Samirə adında uşaqları olmuşdur. Oğlu Şəmi 14 iyun 1994-cü ildə Qobustan rayonunun Xilmilli kəndində doğulmuşdur. Şəminin doğumu barəsində hər hansı bir sənəd YOXDUR, onun doğumuna kənddəki qonşular kömək etmişdir. Oğlunun təvəllüdünü özü də evdə dəftərinə qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki, o, Qobustan RİHB-nin Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir. Özü rayonun qonşu Təklə kəndində yaşayır. 2010-cu ildən 2013-cü ilədək və 2016-cı ildən sonra Xilmilli kəndində işləyir. Ərizəçinin ailəsini tanıyır, onun anası Ulduzə Əhmədova, X28dur. Ərizəçi çobanlıqla məşğul olduğundan kənddə çox yaşamamışdır. Onun təvəllüdü barədə məlumatı olmasa da, təsdiq edir ki, o, Ulduzə Əhmədova və Adnalı Muradovun oğludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, o, Qobustan rayonunun Şıxlar kəndində doğulmuşdur, 1980-ci ildən isə rayonun Xilmilli kəndində yaşayır. Ərizəçini həmkəndlisi kimi tanıyır, onun X28dur, anası isə Ulduzədir. Bildiyinə görə, ərizəçi çobanlıqla məşğul olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, o, 15 oktyabr 1965-ci ildə Şamaxı rayonunun Şıxlar kəndində doğulmuşdur, 1985-ci ildən isə Qobustan rayonunun Xilmilli kəndində yaşayır. Ərizəçini Ərizəçi kimi tanıyır, onun atası Adnalı, anası Ulduzədir. Ərizəçi çobanlıqla məşğul olur. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında işinin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəkdir. İclasda iştirak etməməsinin üzrlü hesab olunmasını xahiş edir və Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, maraqlı şəxsin ərizəsini nəzərə alıb, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Azərbaycan Respublikası vətəndaşının AZE 15452354 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 28 iyun 1959-cu ildə Şamaxı rayonunun Sabirli kəndində doğulmuşdur. İşdə surəti olan Maraqlı şəxs tərəfindən Kürdəmir RPŞ-yə ünvanlanmış 10 dekabr 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Ərizəçi (Şəmistan) Adnalı oğlunun doğum haqqında akt qeydi “X9” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Qardaşı 14 fevral 2002-ci il təvəllüdlü X7 doğum haqqında akt qeydi 03 iyun 2017-ci il tarixli, 178 nömrəli Maraqlı şəxs arxivində tərtib edilmişdir. Atası 01 iyul 1952-ci il təvəllüdlü X22 25 yanvar 2017-ci ildə Qobustan rayonu, Xilmilli kəndində vəfat etmişdir. Anası 28 iyun 1959-cu il təvəllüdlü X4r. İşdə surəti olan Qobustan RİHB-nin Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kürdəmir RPŞ-yə verdiyi 25 dekabr 2024-cü il tarixli arayışından görünür ki, anası X6 şəkilə baxıb oğlu Ərizəçi tanımışdır. İşdə surəti olan Qobustan RİHB-nin Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Xilmilli kəndi üzrə 01 nömrəli təsərrüfatbaşına kitabından 317 nömrəli çıxarışdan görünür ki, 28 iyun 1959-cu il təvəllüdlü X1 rayonunun Xilmilli kəndində qeydiyyatdadır və onun aşağıda göstərilən ailə üzvləri var: 14 fevral 2002-ci il təvəllüdlü oğlu X15, 01 sentyabr 1977-ci il təvəllüdlü ögey oğlu X20, 20 may 1996-cı il təvəllüdlü nəvəsi X21. İşdə surəti olan Qobustan RİHB-nin Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 dekabr 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi və ya Muradov X8 rayonu, Xilmilli kəndində qeydiyyatda deyil, heç vaxt olmamış, faktiki olaraq Qobustan rayonu, Xilmilli kəndində yaşamamışdır. Ərizəçi anası 28 iyun 1959-cu il təvəllüdlü X6 Xilmilli kəndində qeydiyyatdadır və hal-hazırda kənddə yaşayır. Mərhum atası Qobustan rayon Xilmilli kənd sakini olmuş X22 2017-ci ildə vəfat etmişdir. Qardaşı 14 fevral 2002-ci il təvəllüdlü X2 rayonu, Xilmilli kəndində qeydiyyatdadır və hal-hazırda kənddə yaşamır. İşdəki Kürdəmir RPŞ-nin 07 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Kürdəmir RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə aparılmış istintaq zamanı xx xxxx 1994-cü ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Xilmilli kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Kürdəmir Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş Ərizəçi yaşadığı dövr ərzində ümumiyyətlə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə almadığı müəyyən edilmişdir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və X9nı qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun X9nı qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Məhkəmə işin hallarını və yuxarıda göstərilən hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, ərizəçinin tələbinin əsası kimi istinad etdiyi hallar, yəni onun X22 ilə X3 faktiki nikahından 14 iyun 1994-cü il tarixində Qobustan rayonunun Xilmilli kəndində tibb müəssisəsindən kənarda, yəni ev şəraitində anadan olması, doğuşa kömək göstərmiş həkimin olmaması, yalnız qonşuların köməyi ilə uşağın doğulması, 14 iyun 1994-cü ildə doğulmuş Ərizəçi anasının Ulduzə Əhmədova və atasının Adnalı Muradov olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. İlk öncə qeyd etmək lazımdır ki, ərizəçinin müəyyən edilməsini istədiyi faktı məhkəmədənkənar qaydada müəyyənləşdirməyin başqa yolunun olması hazırda müəyyən edilmir. Həmçinin, müəyyən olunur ki, ərizəçiyə doğum faktının müəyyən edilməsi şəxsiyyət vəsiqəsi əldə edə bilməsi və barəsində aparılan cinayət işi üzrə sonrakı hərəkətlərin həyata keçirilməsi üçün lazımdır. Ərizəçinin tibb müəssisəsində doğulması və doğuş tibb müəssisəsindən kənarda olsa da, həkimin kömək göstərməsi iş materialları ilə müəyyən edilmir. Belə olan halda Ailə Məcəlləsinin 44.1-ci və MPM-in 307.2.11-ci maddələrinə görə ərizəçinin 14 iyun 1994-cü il tarixdə Qobustan rayonu, Xilmilli kəndində doğulması faktı yalnız şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, məhkəmə hazırkı vəziyyətdə müəyyən edilməsi tələb olunan fakt ilə bağlı istənilən sübutun mötəbərliyini nəzərə almağı zəruri hesab edir. Ərizəçinin 14 iyun 1994-cü il tarixdə Qobustan rayonu, Xilmilli kəndində doğulması faktı məhkəmə iclasında iştirak edən ərizəçinin anasının ifadəsi ilə təsdiq olunur. Belə ki, müəyyən olunur ki, ərizəçi 14 iyun 1994-cü il tarixində Qobustan rayonunun Xilmilli kəndində X22 ilə X3 faktiki nikahından ev şəraitində doğulmuş, lakin ailəsinin çobanlıqla məşğul olması səbəbindən doğumun qeydə alınması mümkün olmamışdır. X28 və anası Ulduzə Əhmədova olan Ərizəçi Qobustan rayonunun Xilmilli kəndində doğulması şahid ifadələri ilə də öz təsdiqini tapır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, atası 01 iyul 1952-ci il təvəllüdlü X22 və anası 28 iyun 1959-cu il təvəllüdlü X6 olan Ərizəçi 14 iyun 1994-cü il tarixdə Qobustan rayonu, Xilmilli kəndində doğulması faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Atası 01 iyul 1952-ci il təvəllüdlü X22 və anası 28 iyun 1959-cu il təvəllüdlü X6 olan Ərizəçi 14 iyun 1994-cü il tarixdə Qobustan rayonu, Xilmilli kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-107/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-107/2025
05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver