Məhkəmə qərarları › İş №2(026)-112/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-112/2022

16.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-112/2022 16.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı Ərizəçi maraqlı tərəf Hacıqabul rayon qeydiyyat şöbəsinə qarşı 1930-cu ildə Qobustan rayonunun Cəyirli kəndində anadan olmuş, 01 aprel 1986-cı ildə vəfat etmiş X1 onun atası olması faktının tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Hacıqabul rayon qeydiyyat şöbəsinə qarşı 1930-cu ildə Qobustan rayonunun Cəyirli kəndində anadan olmuş, 01 aprel 1986-cı ildə vəfat etmiş X1 onun atası olması faktının tanınması tələbinə dair ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Tərəflər 04 may 2022-ci il tarixə saat 11:30-a və 16 may 2022-ci il tarixə saat 12-00-a təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün deyil. Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi maraqlı tərəf Hacıqabul rayon qeydiyyat şöbəsinə qarşı 1930-cu ildə Qobustan rayonunun Cəyirli kəndində anadan olmuş, 01 aprel 1986-cı ildə vəfat etmiş X1 onun atası olması faktının tanınması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar