Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-123/2020 10.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Ərizəçi və onun vəkili x2, Maraqlı şəxs rəisi x1 iştirakı ilə, Ərizəçi 25 may 1988-ci ildə doğulması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 25 may 1988-ci ildə doğulması faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, 25 may 1988-ci ildə Qobustan rayonunun Ərəbşalbaş kəndində anadan olmuş, anası x11, atası isə x4r. Anası Qobustan rayonunun Ərəbşalbaş kəndində, atası isə Bakı şəhərində anadan olmuşdur. Nə doğulduqdan sonra, nə də sonradan valideynləri onun üçün doğum haqqında şəhadətnamə almamışlar. Bir neçə ildən sonra doğum şəhadətnaməsi almaq üçün dövlət orqanlarına müraciət edilmiş, bunun məhkəmə qaydasında həll olunması onlara bildirilsə də, onlar məhkəməyə müraciət etməmişlər. Onun 10 yaşı olanda anası vəfat etmiş, o dayısının himayəsində böyümüşdür. Hazırda ailəlidir, lakin heç bir sənədi olmadığına görə nikahını rəsmiləşdirə bilmir. Hazırda hamilədir və xəstəxanaya qeydiyyata düşmək üçün doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi vacibdir. Ona görə də 25 may 1988-ci ildə Qobustan rayonunun Ərəbşahverdi kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi x5 izahatında göstərdi ki, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair iş üzrə ərizənin təmin edilməsinə etirazı yoxdur. Şahid x6 izahatında göstərdi ki, Ərizəçi yaxşı tanıyır, Ülkər 1988-ci ilin may ayında Qobustan rayonunun Ərəbşalbaş kəndində ev şəraitində doğulmuş və Ülkərin doğumunda o da iştirak etmişdir. Ülkərin anası Tahirə Şükür adlı kişi ilə qısa müddətdə faktiki evli olmuşdur. Ülkərin atasının hazırda həyatda olub-olmaması barədə məlumatı yoxdur. Şahid x9 izahatında göstərdi ki, Ülkər onun bacısı Tahirənin qızıdır. Ülkər 25 may 1988ci il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndində ev şəraitində doğulmşdur. Ülkərin anası Tahirə Şükür adlı kişi ilə qısa müddətdə faktiki evli olmuşdur, nikahları olmamışdır. Bacısı Tahirə 1998-ci ildə vəfat etmiş və həmin vaxtdan da Ülkəri o saxlamışdır. Ülkərin atasının hazırda həyatda olub-olmaması barədə məlumatı yoxdur. Şahid x8 izahatında göstərdi ki, Ərizəçi yaxşı tanıyır, Ülkər 1988-ci ilin may ayında Qobustan rayonunun Ərəbşalbaş kəndində ev şəraitində doğulmuşdur. Ülkərin anası Tahirə vəfat edəndən sonra onu dayısı Qəhrəman saxlamışdır. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Qobustan rayon Ərəbşalbaş kəndi üzrə ərazi nümayəndəliyi tərəfindən verilmiş 25 fevral 2020-ci il tarixli 61 saylı şəkilli arayışda Ərizəçi 25 may 1988-ci ildə Qobustan rayonunun Ərəbşalbaş kəndində ev şəraitində anadan olması, anası x12, atası x10 olduğu göstərilmişdir. İş materiallarında olan Qobustan rayonunun Ərəbşalbaş kənd sakinləri x9, x13, x6 və x3 28 fevral 2020-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nın Ərəbşalbaş kən inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, x11 1964-cü ildə anadan olmuş, 1998-ci ildə vəfat etmişdir. Onun adı el arasında həm Tahirə, həm də Pəri kimi çağırılmışdır. x7 x10 ilə birgə münasibətdən 25 may 1988-ci ildə ev şəraitində bir qızları anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlandığı 12 mart 2020-ci il tarixli 58 saylı arayışdan görünür ki, Qobustan rayonunun Ərəbşalbaş kənd icra nümayəndəliyində Ərizəçi doğum haqqında akt qeydi aşkar olunmadığı üçün ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x18 Təcrübi və Tədris Birliyi “x27” in verdiyi 19 iyun 2020-ci il tarixli 279 saylı ekspert rəyində göstərilir ki, Ərizəçi məhkəmə-tibbi ekspertizasına, tibbi sənədlərə əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq Ərizəçi müəyyən edilmiş yaşının 30-35 ilə uyğun gəlməsi nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi 25 may 1988-ci il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndində doğulması faktı müəyyən edilməlidir. Ülkərə doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 25 may 1988-ci il, soyadı Hüseynova, adı Ülkər, doğum yeri Qobustan rayonu Ərəbşalbaş kəndi, anası qrafasında x11 yazılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Qobustan rayonunun Ərəbşalbaş kəndində 25 may 1988-ci il tarixdə doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 25 may 1988-ci il, soyadı Hüseynova, adı Ülkər, doğum yeri Qobustan rayonu Ərəbşalbaş kəndi, anası qrafasında x11 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-123/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-123/2020
10.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver