Məhkəmə qərarları › İş №2(026)-124/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-124/2020

24.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-124/2020 24.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, ərizəçilər Ərizəçi2, x11 və Maraqlı şəxs rəisi x4 iştirakı ilə, ərizəçilər Ərizəçi2 və x11 övladları Kamilin xx xxxxx 2015-ci il tarixdə Qobustan rayonunun Çalov kəndində doğulması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və x24 övladları Kamilin xx xxxxx 2015-ci il tarixdə Qobustan rayonunun Çalov kəndində doğulması faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişlər. Ərizəçi2 məhkəmə iclasında göstərdi ki, x24 ilə xx xxxxxxx 2010-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər, hazırda da Qobustan rayonunun Çalov kəndində birlikdə ər-arvad kimi yaşayırlar. Onlar birgə nikahdan xx xxxxxx 2011-ci il tarixdə Xəqani, xx xxxxx 2015-ci il tarixdə Kamil, xx xxxxxxxx 2017-ci il tarixdə Məryəm adlı üç uşaqları anadan olmuşdur. xx xxxxx 2015-ci il tarixdə anadan olmuş övladları Kamil ev şəraitində doğulduğundan onun üçün doğum şəhadətnaməsi ala bilməyiblər. Hazırda Kamilin 5 yaşı var, məktəbə hazırlığa getməlidir. Kamil üçün doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, lakin ona bunun məhkəmə qaydasında həll olunmasını bildirmişlər. Ona görə də Kamil üçün doğum haqqında şəhadətnamə alınmasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Oğlu Kamilin xx xxxxx 2015-ci ildə Qobustan rayonunun Çalov kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. x24 məhkəmə iclasında göstərdi ki, Ərizəçi2 ilə xx xxxxxxx 2010-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər, hazırda da Qobustan rayonunun Çalov kəndində birlikdə ər-arvad kimi yaşayırlar. Onlar birgə nikahdan xx xxxxxx 2011-ci il tarixdə Xəqani, xx xxxxx 2015-ci il tarixdə Kamil, xx xxxxxxxx 2017-ci il tarixdə Məryəm adlı üç uşaqları anadan olmuşdur. xx xxxxx 2015-ci il tarixdə anadan olmuş övladları Kamil ev şəraitində doğulduğundan onun üçün doğum şəhadətnaməsi ala bilməyiblər. Hazırda Kamilin 5 yaşı var, məktəbə hazırlığa getməlidir. Kamil üçün doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, lakin ona bunun məhkəmə qaydasında həll olunmasını bildirmişlər. Ona görə də Kamil üçün doğum haqqında şəhadətnamə alınmasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Oğlu Kamilin xx xxxxx 2015-ci ildə Qobustan rayonunun Çalov kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi x7 izahatında göstərdi ki, Ərizəçi2 və x11 övladları Kamilin doğum faktının müəyyən edilməsi tələbinə dair iş üzrə ərizənin təmin edilməsinə etirazı yoxdur. Şahid x12 izahatında göstərdi ki, Ərizəçi2 xx xxxxx 2015-ci il tarixdə Qobustan rayonunun Çalov kəndində ev şəraitində bir oğlan uşağı dünyaya gətirmişdir. Həmin vaxtı avtomaşın olmadığından onu xəstəxanaya apara bilməmişlər. Şahid x13 izahatında göstərdi ki, Ərizəçi2 və x11 xx xxxxx 2015-ci il tarixdə Çalov kəndində ev şəraitində bir oğlan övladları dünyaya gəlmişdir. Uşağın doğulmasında Gülxanım köməklik etmişdir. Həmin vaxtı yaxınlığda avtomaşın olmadığından Ramiləni xəstəxanaya aparmaq mümkün olmamışdır. Uşağa Kamil adı verilmişdir. Şahid x5 izahatında göstərdi ki, Eyvazova x9 rayonunun Çalov kəndində ev şəraitində xx xxxxx 2015-ci il tarixdə bir oğlan uşağı dünyaya gətirmişdir. Uşağın doğulmasında o, Məryəm və Aybəniz iştirak etmişdir. Həmin vaxtı avtomaşın olmadığından Ramiləni xəstəxanaya aparmaq mümkün olmamışdır. Uşağa Kamil adını vermişlər. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Qobustan rayon Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 1997-ci il tarixli Vİİ-JQ seriyalı 269808 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, x1 Nüşabə Qarakişi qızı ilə xx xxxxxx 1997-ci il tarixdə nikahlarını 14 sayla qeyd etdirməklə evlənmişlər. İşdə olan Qobustan rayon İHB-nın Cəyirli kəndi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2010-cu il tarixli AZ-İ seriyalı 611455 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, x2 Ramilə Nurulla qızı ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli AZ-İİİ seriyalı 950629 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x21 xx xxxxxx 2011-ci il tarixdə doğulmuşdur. Atası x24, anası Ərizəçi2dır. Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli AZ-İV seriyalı 251670 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x22 xx xxxxxxxx 2017-ci il tarixdə doğulmuşdur. Atası x24, anası Ərizəçi2dır. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi2 ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli 42 saylı arayışdan görünür ki, xx xxxxx 2015-ci il ildə doğulmuş övladına doğum haqqında şəhadətnamə almaq üçün doğum haqqında tibbi arayış olmadığı üçün doğum haqqında şəhadətnamə vermək imkan xaricində olduğuna görə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin verdiyi xx xxxxxx 2020-ci il tarixli 18 saylı arayışdan görünür ki, xx xxxxx 2015-ci il təvəllüdlü Qobustan rayonunun Çalov kənd sakini x3 rayon MX PHŞ-in polikilinika şöbəsində həkim müayinəsindən keçmiş, praktiki sağlamdır. İş materiallarında olan Qobustan rayonunun Çalov kənd sakinləri x5, x14, x6 xx xxxx 2020-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nın Cəyirli kən inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Qobustan rayonunun Çalov kənd sakini x17 evində xx xxxxx 2015-ci il tarixdə gəlini Ərizəçi2 ev şəraitində bir oğlan uşağı doğmuşdur. Doğuş zamanı adları qeyd olunan qadınlar iştirak etmişdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi2 və x11 övladı Kamilin xx xxxxx 2015-ci il tarixdə Qobustan rayonunun Çalov kəndində doğulması faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğulduğu tarix xx xxxxx 2015-ci il, soyadı Eyvazov, adı Kamil, ata adı Şülban, doğulduğu yer Qobustan rayonu Çalov kəndi, atası qrafasında x24, anası qrafasında Ərizəçi2 yazılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. x15 xx xxxxx 2015-ci il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğulduğu tarix xx xxxxx 2015-ci il, soyadı Eyvazov, adı Kamil, atasının adı Şülban, doğulduğu yer Qobustan rayonu Çalov kəndi, atası qrafasında x24, anası qrafasında Ərizəçi2 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar