Məhkəmə qərarları › İş №2(026)-134/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-134/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-134/2021 29.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 10243,59 manat əsas, 13,82 manat faiz, 5471,59 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1397,28 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Şamaxı şəhəri Sabir qəsəbəsində yerləşən tam mülkiyyət hüququ üzrə X2 məxsus 0,257 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına yönəlməsi, əmlakın satış qiymətinin 90000 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeyri- yaşayış sahəsi boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ASC ilə arasında bağlanmış 19 fevral 2015-ci il tarixli 106LN**********0001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə 40000 manat kredit verilmişdir. Tərəflər arasında imzalanmış 19 fevral 2015-ci il tarixli 106CL**********1/c saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28 fevral 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən Şamaxı şəhəri Sabir qəsəbəsində yerləşən tam mülkiyyət hüququ üzrə X2 məxsus 0,257 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası ipotekaya qoyulmuşdur.Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********926 saylı 26 noyabr 2020-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Cavabdeh1 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1 10243,59 manat əsas, 13,82 manat faiz, 5471,59 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1397,28 manat faiz borcu və 30 manat dövlət rüsumunun İddiaçı ASC –nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Şamaxı şəhəri Sabir qəsəbəsində yerləşən tam mülkiyyət hüququ üzrə X2 məxsus 0,257 ha torpaq sahəsi və üzərində olan qeyriyaşayış binasına yönəlməsi, əmlakın satış qiymətinin 90000 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeydi yaşayış sahəsi boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Qobustan rayon məhkəməsinə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 izahatında göstərdi ki, İddiaçı ASC ilə arasında 19 fevral 2015-ci il tarixdə bağlanmış 106LN2004**********1 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, aylıq faiz dərəcəsi 6 faiz ödənilmək şərti ilə 40000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Şamaxı şəhəri Sabir qəsəbəsində yerləşən X2 məxsus 0,257 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasını ipoteka qoymuşdur. İpotekaya qoyulmuş qeyri-yaşayış binasının 90.000 manata qiymətləndirilməsinə razıdır. Bankdan götürdüyü kreditə Şamaxı rayon bazarından iri buynuzlu heyvan almış və heyvanlar müxtəlif xəstəliklərdən ölmüşlər. Banka olan borcundan 38,417 manat və sonradan 380 manat ödəniş etmişdir. Banka olan kredit borcunu hissəhissə ödəyəcəkdir. Lakin məhkəmədən cərimənin silinməsində köməklik göstərilməsini xahiş etdi. İş üzrə cavabdeh X3 izahatında göstərdi ki, Cavabdeh1 İddiaçı ASC-dən 36 ay müddətinə 40000 manat kredit götürmüşdür. Kreditin təminatı olaraq Şamaxı şəhəri Sabir qəsəbəsində yerləşən ona məxsus 0,257 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasını ipoteka qoymuşdur Vasif Banka olan borcunu əvvəllər ödəmişdir. Lakin sonradan maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Banka olan kredit borcunu hissə-hissə ödəyəcəklər. Lakin məhkəmədən cərimənin silinməsində köməklik göstərilməsini xahiş etdi. Məhkəmə cavabdehlərin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli 106LN**********0001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə 40000 manat kredit verilmişdir. Tərəflər arasında imzalanmış 19 fevral 2015-ci il tarixli 106CL**********1/c saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28 fevral 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən Şamaxı şəhəri Sabir qəsəbəsində yerləşən tam mülkiyyət hüququ üzrə X2 məxsus 0,257 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası ipotekaya qoyulmuşdur. Bank tərəfindən cavabdehlər Cavabdeh1 oğluna və Orucov Akif Yarağa oğluna borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Cavabdeh1 banka 10243,59 manat əsas, 13,82 manat faiz, 5471,59 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli 106.LN.2004.190215.00001 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh1 36 ay müddətinə illik faiz dərəcəsi 6 faiz ödəmək şərti ilə 40000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 19 fevral 2015-ci il tarixli 106.CL.190215.00001/c saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Şamaxı şəhəri Sabir qəsəbəsində yerləşən X2 məxsus 0,257 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 90000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri Sabir qəsəbəsində X1 adına məxsus 0,257 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə yüklü edilməsi 1 nömrəli reyestr kitabının 125 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin 26 noyabr 2020-ci il tarixli **********926 saylı bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən cərimə borcunun 5471,59 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir və cərimə borcunun 500 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd olunanlara əsasən Cavabdeh1 10243,59 manat əsas, 13,82 manat faiz, 500 manat cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1397,28 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb ipoteka ilə yüklü edilmiş, Şamaxı şəhəri Sabir qəsəbəsində yerləşən tam mülkiyyət hüququ üzrə X2 məxsus 0,257 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına yönəldilməli, əmlakın satış qiyməti 90000 manat müəyyən edilməli və həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışdan əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 tutulmalı, ipoteka predimeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsi boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 10243,59 manat əsas, 13,82 manat faiz, 500 manat cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1397,28 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb ipoteka ilə yüklü edilmiş, Şamaxı şəhəri Sabir qəsəbəsində yerləşən tam mülkiyyət hüququ üzrə X2 məxsus 0,257 ha torpaq sahəsi və üzərində olan qeyri yaşayış binasına yönəldilsin. Əmlakın satış qiyməti 90000 manat müəyyən edilsin. Həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 tutulsun. İpoteka predimeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsi boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar