Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-138/2021 16.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil Ağaveyis oğlunun və Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi onun 1960-cı ilin yanvar ayında Şamaxı rayonunun Mehdi Hüseynzadə adına sovxozun ərazisində “Qoltuq” qışlağında doğulmasının qeydə alınması faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 1960-cı ilin yanvar ayında Şamaxı rayonunun Mehdi Hüseynzadə adına sovxozun ərazisində “Qoltuq” qışlağında anadan olmuşdur. Valideynlərinin heyvandarlıqla məşğul olaraq ilin çox vaxtını yaylaqqışlaqda keçirmələri səbəbindən ona doğum haqqında şəhadətnamə almamışlar. Şəxsiyyət vəsiqəsində yazılmış doğum tarixi isə heç bir fakta və sübuta əsaslanmadan, ərinin yanına uyğunlaşdırılaraq, yaşca ərindən kiçik olmağının görüntüsünü yaratmaq üçün 1963-cü il 01 iyul olaraq qeyd edilmişdir. Ailələrində ondan iki yaş böyük olan bacısı X6r, onun doğum tarixi 12 fevral 1958-ci ildir. “Məhkəmə-Tibbi Ekspertiza və X8” X12 369 saylı 18may 2020-ci il tarixli rəyinə əsasən onun müəyyən edilmiş sümük yaşı təxminən 60-65 yaşa uyğun gəlmişdir. Həmin ekspertizanın 369/Ə saylı 21 iyul 2020-ci il tarixli arayışına əsasən onun yaşının təyini ilə əlaqədar 11 may 2020-ci ildə çəkilmiş skelet sümüklərinin rentgenoqramları radioloji tədqiqata təqdim edilmiş, həmin rentgenoqramların təkrar təhlilinə əsasən oynaq səthlərində qeyd edilən sümük destrutiv dəyişikliklərin, sümük artımlarının, osteofitlərin, yenicə baslanmaqla olan osteoporoz elementlərinin endostal zonalarda sümük trabekulunun sorulmasının və itməsinin elmi əsaslandırılmış son həddi 60 ilə uyğun olmuşdur. Onun doğum faktının düzgün qeyd edilməsi miras əmlakının qəbul edilməsi üçün zəruri olduğundan onun 1960-cı ilin yanvar ayında Şamaxı rayonunun Mehdi Hüseynzadə adına sovxozun ərazisində “Qoltuq” qışlağında doğulmasının qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi nümayəndəsi və vəkili Vəkil Ağaveyis oğlu izahat verərək ərizənin təmin olunması üçün yetərli sübutlar olduğunu bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X5 izahatında göstərdi ki, Ərizəçi doğum haqqında yaş bərpasına etirazı yoxdur. X4 izahatında göstərdi ki, Ərizəçi onun qohumudur və onu uşaqlıqdan tanıyır. Ərizəçi 1960-cı ildə “Qoltuq” qışlağında doğulub, həmin vaxtı onlarda qışlaqda olmuşlar.Balaxanımın atasının adı Abay, anasının adı isə Məryəmdır. X1 izahatında göstərdi ki, Ərizəçi yaxşı tanıyır, Şamaxı rayonunun Mehdi Hüseynzadə adına sovxozun ərazisində yerləşən “Qoltuq” qışlağında onlarla qonşu olublar. Balaxanım 1960-cı ildə doğulub. Onun atasının adı Abay və anasının adı isə Məryəmdir. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1963-cü ildə Şamaxı rayonunun Mərəzə qəsəbəsində doğulmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2020-ci il tarixli 2455 saylı arayışa əsasən Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1982-ci ildə 09 nömrə ilə qeydə alınmış təsərrüfatbaşına kitabından çıxarışda göstərilir ki, Ərizəçi doğum ili 1963-cü il yazılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X8” X12 verdiyi 20 may 2020-ci il tarixli 189 saylı rəyində Ərizəçi müəyyən edilmiş sümük yaşı 60-65-ə uyğun gəldiyi göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X12 Mərkəzi MTE şöbəsinin 21 iyul 2020-ci il tarixli 369/Ə saylı məhkəməyə ünvanlandığı məktubun surətində göstərilir ki, Ərizəçi yaşının təyini ilə əlaqədar 15 may 2020-ci il tarixdə çəkilmiş skelet sümüklərinin rentgenoqramları Birliyin Mərkəzi ekspertizası şöbəsinə radioloji tədqiqata təqdim edilmiş və həmin rentgenoqramların təkrar təhlilinə əsasən oynaq səthlərində qeyd edilən sümük destrutiv dəyişikliklərin, sümük artımlarının, osteofitlərin, yenicə başlanmaqla olan osteoporoz elementlərinin endostal zonalarda sümük trabekulunun sorulmasının və itməsinin elmi əsaslandırılmış son həddi 60 ilə uyğun olmuşdur. Belə ki bu hallar tibbi meyarlara əsasən kişilərdə orta hədd kimi 60-dan 65-ə qədər, qadınlarda isə 60 yaşa qədər nəzərə alınır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X12 Mərkəzi MTE şöbəsinin verdiyi 18 may 2020-ci il tarixli 369 saylı məktubunun surətində göstərilir ki, 1960-ci il təvəllüdlü Ərizəçi adına təqdim olunmuş 15 may 2020-ci il tarixdə çəkilmiş skelet sümüklərinin R-qrammalarında uzun və qısa borulu sümüklərin boyatma zonaları qapanmışdır, sinaztoz kölgəlikləri tam sorulmuşdur, oynaq səthlərində sümük destruktiv dəyişikliklər, sümük artımları, osteofitlər, osteoporoz elementləri, endostal zonalarda sümük trabekulunun sorulması, itməsi qeyd edilir. Diafizin divarında endostal kompakt maddənin hissəvi sorularaq itməsi izlənir. Müayinə olunan qadının sümük yaşı təxminən 60-65 ilə uyğundur. İşdə olan Maraqlı şəxs Ərizəçi ünvanlandığı 03 mart 2021-ci il tarixli 05/Q-42/11 saylı məktubunda göstərilir ki, Quliyeva Balaxanım Abay qızının doğum haqqında akt qeydi Maraqlı şəxs arxivində X3 aşkar olunmadığı üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis şöbəsinin Ərizəçi ünvanlandığı 08 may 2021-ci il tarixli 145-4067-1221 saylı məktubunda göstərilir ki, 12 sentyabr 2014-cü il tarixdə Ərizəçi 50 yaşı tamam olması ilə əlaqədar dəyişdirilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi 28 avqust 2008-ci ildə ona verilmiş AZE 06060277 nömrəli ilkin şəxsiyyət vəsiqəsi əsasında verilmişdir. Ərizəçi üçün ilkin hazırlanan AZE 06060277 nömrəli şəxsiyyət vəsiqəsi ilə əlaqədar toplanmış sənədlər mövcud qanunvericiliyə əsasən 19 mart 2021-ci il tarixdə yandırılaraq məhv edilmişdir. Müəyyən olundu ki, Ərizəçi adına Qobustan rayon polis şöbəsi tərəfindən 12 sentyabr 2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində onun doğum tarixinin günü və ayı yazılmasa da, doğum ili 1963-cü il yazılmışdır. Eyni zamanda Qobustan rayon İHB-nın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabından çıxarışda Ərizəçi doğum ili 1963-cü il göstərilmişdir. Ona görə də ərizə təmin edilə bilməz. Belə ki, Ərizəçi 28 yanvar 2020-ci il tarixdə məhkəməyə müraciət etdiyi doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsində ona doğum haqqında şəhadətnamə alınmasını və ona uyğun olaraq şəxsiyyət vəsiqəsinin və digər sənədlərin alınmasını, sonradan doğum haqqında şəhadətnaməsini itirdiyini, eləcə də 01 iyul 1963-cü il tarixdə doğulduğunu göstərmiş və doğum akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Hazırda doğumun qeydə alınma faktının müəyyən edilməsinə dair ərizəsində isə 1960-cı ildə doğulmasını və ona doğum haqqında şəhadətnamə alınmamasını göstərmişdir. Bundan əlavə, şahidlərin izahatları da bəsitdir, konkret hallara əsaslanmır və inandırıcı deyil. Lakin polis şöbəsi tərəfindən Ərizəçi verilmiş 12 sentyabr 2014-cü il tarixli AZE ******* saylı şəxsiyyət vəsiqəsi hüquqi sənəddir, 28 avqust 2008-ci il tarixdə verilmiş AZE seriyalı 06060277 saylı ilkin şəxsiyyət vəsiqəsi əsasında ona verilmişdir. Bundan başqa ekspert rəyində də yaş həddi təxmini hesablanma ilə göstərilmişdir. Beləliklə Ərizəçi doğum akt qeydinin bərpası üçün əsas olan hüquqi sənədlər (təsərrüfatbaşına kitabdan çıxarış, şəxsiyyət vəsiqəsi və s) vardır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi Abay qızının işdə olan sənədlərə, ekspert rəyinə və digər sənədlərə əsasən 1960-cı ildə doğulması öz təsdiqini tapmır. Şahid ifadəsi ehtimala əsaslanır, dəqiq fikir söylənilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi 1960-cı ilin yanvar ayında Şamaxı rayonunun Mehdi Hüseynzadə adına sovxozun ərazisində “Qoltuq” qışlağında doğulmasının qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Ərizəçi 1960-cı ilin yanvar ayında Şamaxı rayonunun Mehdi Hüseynzadə adına sovxozun ərazisində “Qoltuq” qışlağında doğulmasının qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-138/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-138/2021
16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver