Məhkəmə qərarları › İş №2(026)-158/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-158/2020

03.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-158/2020 03.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ondan torpağın alqı-satqısı üçün aldıqları 103 baş xırda buynuzlu heyvana görə 15450 manat, əlavə olaraq verdiyi 6000 manat və əldən çıxmış faydaya görə 50000 manat məbləğində pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan torpağın alqı-satqısı üçün aldıqları 103 baş xırda buynuzlu heyvana görə 15450 manat, əlavə olaraq verdiyi 6000 manat və əldən çıxmış faydaya görə 50000 manat məbləğində pulun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, 2008-ci ildə may ayında onunla qonşu yataqda qoyun saxlayan Cavabdeh2 ona məxsus qışlaq ərazisini satdığını eşidib və bunu dəqiqləşdirmək üçün onun yatağına getmişdir Ərazinin satması ilə maraqlananda ona bildirmişdir ki, qış otlaq sahəsini ona qaynanası Cavabdeh1 bağışlamış və nə vaxt istəsə torpaq sahəsini sata biləcəyini demişdir. Ona görə də pul lazım olduğu üçün qış otlaq sahəsini 10000 manata satdığını ona demişdir. Cavabdeh2 qış otlaq sahəsini almaq istədiyini, buna görə 500 manat beh kimi verməyi və gələn ilin yəni, 2009-cu ilin may ayında isə qalan pulunu bütöv ödəyəcəyini bildirmiş və aralarında razılığa gəlmişlər. Cavabdeh2 ondan 80 manatdan 10 ədəd quzunu beh əvəzinə istədiyinə görə onunla razılaşmışlar. Həmin günün səhəri Zeynal oğlu ilə birlikdə gəlib 10 ədəd quzu aparmışdır. 2009-cu ilin mart ayında Novruz bayramı ərəfəsində Zeynal ona zəng edərək ona 1000 manat pul lazım olduğunu bildirdiyinə görə 12 baş quzunu satıb verəcəyini bildirmişdir. Martın 24-də bacısı oğlu Qismətlə gəlib 1000 manat pul aparmışlar. Zeynala heyvanlarının arıq olduğunu kökəldib satacağını, ona görə də hələ ondan pul istəməməsini demişdir. 15 gündən sonra Zeynal ona zəng edərək “heyvanları kimə satacaqsansa pul əvəzinə mənə ver” dediyinə görə razılaşmışlar. 2009cu ilin may ayında Zeynal oğlu və qardaşı ilə gəlib 81 baş seçmə qoyun aparmışlar. Həmin vaxt Zeynaldan torpağın alqısatqısını nə vaxt edəcəklərini soruşanda isə Zeynal ondan bir ay vaxt istəmişdir. Bu minvalla 2009-cu ilin oktyabr ayına kimi vaxt uzanmışdır. Zeynaldan vaxtı niyə uzatdığını soruşanda isə Zeynal ona “torpaq şöbəsində sənədləşmə yoxdur” demişdir. 2014-cü ilin sentyabr ayına kimi uzanmışdır. Bundan sonra Zeynal ona zəng edərək Xırdalanda görüşmək istədiyini bildirmişdir. Torpaq şöbəsində Zeynal torpaqdan imtina etdiyini bildirəndə orada ona torpağın illik pulunu ödəmədiyini bildirmişlər. Əvvəlcə torpaq pulunu ödəməsini sonra işi danışıb yoluna qoyacaqlarını bildirmişlər. Zeynal torpağın sənədlərini ona verib getmişdir. O həmin torpaqdan bir il istifadə etmişdir. Həmin ilin oktyabr ayında Zeynalın yatağına yaxın bir yerə qoyunu aparıb üç gün sonra Zeynalın qardaşı onu oradan geri qaytarıb torpağın onun olduğunu bildirmişdir. 2017-ci ildə Zeynala zəng edib pulunu qaytarmasını xahiş etmişdir. Zeynal ona qaytaracağı quzusunun olmadığını və ona “sən pul tap mən də adam tapıb həmin torpağı sənin adına sənədləşdirim” dediyinə görə Zeynalla razılaşmışdır. 2018-ci ilin sonuna qədər bir dəfə 100 manat, ikinci dəfə 400 manat, daha sonra isə 5000 manat Zeynala pul vermişdir. Əlavə olaraq da bir quzu kəsib vermişdir. Zeynal ona təzə sənədlər vermiş, o da həmin sənədlərə əsaslanaraq xx xxx 2019-cu il tarixdə torpaq haqqını Şamaxı rayonunda yerləşən “Kapital” banka ödəmiş, 2019-cu ilin sentyabr ayında Zeynalın qaynı ona zəng edərək torpaqdan əl çəkməsini, torpağın onların olduğunu bildirmişdir. Həmin adama Zeynalın həmin torpağa görə ondan 102 baş quzu və 6000 manat pul aldığını bildirdikdə isə həmin adam ona “onu Zeynalnan özün bilərsən” demişdir. Dəfələrlə Zeynala və onu qohumlarına ona dəymiş ziyanı ödənilməsi üçün müraciət etməyinə baxmayaraq ona verəcəkləri pulu olmadığlarını bildirdilər. Ona görə də cavabdehlər Cavabdeh2 Əldər oğlundan və X1 ondan torpağın alqı-satqısı üçün aldığı 103 baş quzuya görə 15450 manat, əlavə olaraq verdiyi 6000 manat və əldən çıxmış faydaya görə 50000 manat pulun müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, qayınanası Cavabdeh1 ona etibarnamə əsasında verdiyi qış otlaq sahəsini 2008-ci ildə aralarında gəldikləri razılaşmaya əsasən İddiaçı Mirxan oğluna 10 illik icarəyə vermişdir. Bu barədə heç bir rəsmi sənəd olmamışdır. Torpağın icarə haqqını isə 10000 ABŞ dollarına razılaşmışlar. Həmin pulun əvəzində İddiaçı ona xırda buynuzlu heyvanlar vermişdir. İcra müddəti bitdiyi üçün İddiaçı torpaq sahəsindən çıxarılmışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, Tənzilə onun anasıdır. 05 fevral Abşeron rayonu ərazisində yerləşən 67 M saylı “Ramazan” qış otlaq sahəsindən Cavabdeh1 adına 10 il müddətinə 240 hektar otlaq sahəsi ayrılaraq icarəyə verilmişdir. Cavabdeh2 onun bacısının əridir. Zeynal anasını notariat kontoruna apararaq öz adına etibarnamə almış və həmin etibarnamədən də istifadə edərək qış otlaq sahəsini İddiaçı aralarında olan razılaşmaya əsasən icarəyə vermiş və icarə haqqını da özü almışdır. Cavabdeh2lə İddiaçı arasında qış otlaq sahəsinin icarəyə verilməsi barədə heç bir rəsmi sənəd olmamışdır. Məhkəmə iclasında şahid Köçəriyev Rəşad Ərəstun oğlu ifadə verərək göstərdi ki, 2018-2019-cu illərdə Bəxtiyar adlı şəxsin heyvanlarına getmişdir. Həmin heyvanları İddiaçı otlaq sahəsində otarmışdır. Bəxtiyar İddiaçı torpaq sahəsindən istifadəyə görə hər il 1000 manat olmaqla, iki il üçün 2000 manat pul ödəmişdir. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərdi ki, qardaşı Cavabdeh2 tərəfindən Cavabdeh1 məxsus qış otlaq sahəsini 2009-cu ildə İddiaçı icarəyə verimişdir. Əzizxana həmin torpaq sahəsinə görə hər il icarə haqqı verilirdi. 2015-2016-2017-ci illərdə Əzizxandan həmin torpaq sahəsini o icarəyə götürmüş və icarə haqqı kimi üç il üçün Əzizxana 3600 manat pul və bir baş keçi vermiş, 240 hektar torpaq sahəsində heyvanlarını otararaq saxlamışdır. İddiaçı Cavabdeh2 icarəyə götürdüyü həmin torpaq sahəsini ondan əvvəl bir il Ağairza Dəmirova və bir il də Ağayar Dəmirova icarəyə vermişdir. 2018-2019-cu illərdə isə həmin torpaq sahəsini Bəxtiyar Ərküşad oğluna icarəyə vermişdir. Məhkəmə iclasında şahid Köçəriyev Eldəniz Ərəstun oğlu ifadə verərək göstərdi ki, 2016 və 2017-ci illərdə Bəxtiyarın İddiaçı icarəyə götürdüyü torpaq sahəsində Bəxtiyar üçün xırda buynuzlu heyvanlar saxlamışdır. Bəxtiyar bir dəfə ona 800 manat pul verərək İddiaçı verməsini dediyinə görə həmin pulu İddiaçı vermişdir. Ondan əvvəl isə qardaşı Rəşad Bəxtiyarın heyvanlarını otarmışdır. Məhkəmə iddiaçının, cavabdehin, cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Müəyyən olundu ki, xx xxxxxx 2018-ci il tarixli 37 saylı müqaviləyə əsasən Abşeron rayonu ərazisində yerləşən 67 M saylı “Ramazan” qış otlaq sahəsindən 240 hektar Qobustan rayonunun Təklə-Mirzəbaba kənd sakini Cavabdeh1 10 il müddətinə icarəyə verilmiş, Cavabdeh1 xx xxxxxxxx 2009-cu il tarixdə Qobustan rayon notariat kontorunda 7E nömrəli reyestrlə 2001-ci il tarixə kimi etibarnamə vermişdir. İddiaçı və Cavabdeh2 arasında razılaşmaya görə etibarnamə əsasında İddiaçı 10 il müddətinə istifadəyə verilmiş, həmin müddət ərzində həmin otlaq sahəsindən İddiaçı istifadə etmişdir. İddiaçı Cavabdeh2 əlavə olaraq 6000 manat pul verməsi məhkəmə iclası zamanı öz təsdiqini tapmadı, buna dair məhkəməyə sübutlar təqdim edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli 37 saylı müqavilənin surətindən görünür ki, Abşeron rayonuna təhkim edilmiş 67 M saylı “Ramazan” qış otlaq sahəsindən Qobustan rayonunun Təklə-Mirzəbaba kənd sakini Cavabdeh1 icarə müqaviləsi əsasında 10 il müddətinə 240 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli 27 saylı müqavilənin surətindən görünür ki, Abşeron rayonu ərazisində yerləşən 67 M saylı “Ramazan” qış otlaq sahəsindən Cavabdeh1 icarəyə verilmiş 240 hektar otlaq sahəsinin növbəti 10 il müddətə uzadılması barədə müqavilə imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı 103 baş xırda buynuzlu heyvana görə 15450 manat, əlavə olaraq verdiyi 6000 manat və əldən çıxmış faydaya görə 50000 manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ondan torpağın alqı-satqısı üçün aldıqları 103 baş xırda buynuzlu heyvana görə 15450 manat, əlavə olaraq verdiyi 6000 manat və əldən çıxmış faydaya görə 50000 manat məbləğində pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar