Məhkəmə qərarları › İş №2(026)-161/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-161/2020

07.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-161/2020 07.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh onun xeyrinə 12000 manat əsas borc, xx xxxxxx 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək hər gün üçün 50 manat məbləğində əldə çıxmış faydanın, 3000 manat mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, tanışı Cavabdeh ilə xx xxxxxx 2017-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda kredit müqaviləsi bağlayaraq xx xxxxxx 2018-ci il tarixdə qaytarmaq şərti ilə ona 12000 manat pul vermiş, lakin cavabdehdən dəfələrlə tələb etməsinə baxmayaraq onun pulunu qaytarmamaqla müqavilə üzrə öhdəliyini yerinə yetirmir. Əldən çıxmış fayda olaraq cavabdehdən onun mülkiyyətində olan pulu qaytarmağa borclu olduğu xx xxxxxx 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək hər gün üçün 50 manat pul ödənilməsini etmək haqqı olduğunu, qarşılaşdığı haqsızlıqla bağlı keçirmiş olduğu psixoloji sarsıntı nəticəsində vurulmuş mənəvi zərərə görə ona 3000 manat kompensasiya ödənilməli olduğunu göstərərək Cavabdeh 12000 manat əsas borc, xx xxxxxx 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək hər gün üçün 50 manat məbləğində əldə çıxmış fayda, 3000 manat mənəvi zərərə görə kompensasiya və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşüzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 1 saylı notariat kontorunda bağlanmış və 3M- 250 nömrə ilə reyestrdə qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsində göstərilir ki, İddiaçı Cavabdeh 12000 manat borc pul vermiş, xx xxxxxx 2018-ci il tarixinə qədər borc alan Cavabdeh krediti qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı tanışı Cavabdeh ilə xx xxxxxx 2017-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda kredit müqaviləsi bağlayaraq xx xxxxxx 2018-ci il tarixdə qaytarmaq şərti ilə Cavabdeh 12000 manat pul vermiş, lakin cavabdeh onun pulunu qaytarmamaqla müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. İddianın mənəvi zərərə görə 3000 manat tələb olunması hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh hərəkətlərinin İddiaçı mənəvi sarsıntı və fiziki iztirab keçirməsinə səbəb olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığıüçün iddia həmin hissədə təmin edilə bilməz. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X3 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh hərəkətləri nəticəsində İddiaçı mənəvi iztirab və sarsıntı keçirməsinə görə iddiaçının cavabdehlərdən mənəvi zərərlə əlaqədar 3000 manat tələb hissəsi sübuta yetirilmədiyindən təmin olunmamalıdır. İddiaçı Cavabdeh hərəkətlərinin onun psixoloji sarsıntı keçirməsinə səbəb olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadı. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 12000 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12000 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar