Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-168/2022 14.06.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi 01 sentyabr 1988-ci il tarixdə anadan olmuş qızı X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1992-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 01 sentyabr 1988-ci il tarixdə anadan olmuş qızı X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1992-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, 1992-ci ildə Gürcüstan Respublikasından ailəsi ilə birlikdə Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndinə köçüb gəlmiş və hal-hazırda da ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Qızı Pərvanə 1995-ci ildə Qobustan rayonunun Xilmilli kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub və 2004-cü ildə həmin məktəbin Azərbaycan bölməsinin doqquzuncu sinfini bitirərək 095000 nömrəli əsas təhsil haqqında şəhadətnamə almışdır. Şəxsiyyət vəsiqəsi olmadan Azərbaycanda yaşamaq çətin olduğundan 2021-ci ilin əvvəllərində Gürcüstan Respublikasının Gəncə şəhərindəki baş konsulluğa müraciət edilmiş və həmin konsulluqdan 05 noyabr 2021-ci il tarixdə qızı Pərvanənin Gürcüstan Respublikasının vətəndaşı olmadığı barədə arayış alınmışdır. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün Azərbaycan Respublikasının Miqrasiya Xidmətinə müraciət edilmiş və onlardan 18 yanvar 2022-ci il tarixdə K/M-79 saylı məktubu ilə Pərvanəyə vətəndaşlıq verilməsindən imtina edilərək məhkəməyə müraciət edilməsi bildirilmişdir. Ona görə də 01 sentyabr 1988-ci il tarixdə anadan olmuş qızı X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1992-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X15 izahat verərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. X8 izahat verərək göstərdi ki, 5 yaşı olan zaman Gürcüstan Respublikasından köçüb Qobustan rayonunun Xilmilli kəndinə gəlmişlər, hal-hazırda da ailəsi ilə birlikdə həmin kənddə yaşayırlar. Orta məktəbi Xilmilli kəndində bitirmiş və 18 yaşında Gürcüstan Respublikasının vətəndaşı ilə ailə həyatı qurmuşdur. Ərindən boşanmışdır və iki övladı var. Heç bir sənədi olmadığına görə işləyə bilmir. Onun sənədi olmadığı üçün uşaqlara da sənəd ala bilmir. Uşaqlara sənəd ala bilmək üçün özünə sənəd alması lazımdır. Ona görə də heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1992-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Şahid Qobustan rayonunun Xilmilli kənd sakini X4 ifadə verərək göstərdi ki, o, 1992ci ildə Gürcüstan Respublikasından ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndinə gəlib və hazırda da orada yaşayırlar. X8 da 1992-ci ildə ailəsi ilə birlikdə Xilmilli kəndinə gəlmiş və həmin vaxtdan da Pərvanəni tanıyır. Pərvanə ərindən boşandıqdan sonra yenidən atası Zakirin evinə gəlib və orada ailəsi ilə birlikdə yaşayır. X3 ifadə verərək göstərdi ki, X8 1992-ci ildə Gürcüstan Respublikasından ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndinə gəlib, onların gözünün qarşısında böyüyüb. Pərvanə hazırda iki uşağı ilə birlikdə atası Zakirin evində ailəsi ilə birlikdə yaşayır. Məhkəmə ərizəçinin, maraqlı tərəfin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 18 yanvar 2022-ci il il tarixli R/M-79 saylı məktubunda göstərilir ki, X5 müraciətinə baxılmış, onun 1992-ci ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmək hüququ olduğu bildirilmişdir. Gürcüstan Baş konsulluğunun 05 noyabr 2021-ci il tarixli arayışında göstərilir ki, X1 vətəndaşı hesab olunmur. Qobustan rayon Xilmilli kənd tam orta məktəbinin 31 yanvar 2022-ci il tarixli 1 saylı arayışından görünür ki, X8 1995-ci tədris ilində Qobustan rayonunun Xilmilli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və həmin məktəbin İX-cu sinfini 2003-2004-cü tədris ilində bitirmişdir. Ona 085000 nömrəli şəhadətnamə verilmişdir. Qobustan rayon Hilmilli kənd tam orta məktəbi tərəfindən 19 iyun 2004-cü il tarixdə verilmiş 095000 saylı əsas təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, X2 rayonunun Hilmilli kənd tam orta məktəbində oxumuş və 2004-cü ildə məktəbi bitirmişdir. Qobustan rayon Hilmilli kənd tam orta məktəbinin 31 yanvar 2022-ci il tarixli 1 saylı arayışından görünür ki, X8 1995-ci tədris ilində Qobustan rayonunun Hilmilli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və həmin məktəbin İX-cu sinfini 2003-2004-cü tədris ilində bitirmişdir. Ona 085000 nömrəli şəhadətnamə verilmişdir. Qobustan rayonunun Xilmilli kənd sakinləri Ərizəçi, X13, X6 və Nailə Məmmədovanın 21 fevral 2022-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, X8 1992-ci ildən ailəsi ilə birlikdə Gürcüstan Respublikasından köçüb Azərbaycan Respublikası Qobustan rayonunun Xilmilli kəndinə gəlib və hal-hazırda da Xilmilli kəndində yaşayır. Azərbaycan Respublikası MPM-in 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1992-ci ildən hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1992-ci ildən hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev :
Məhkəmə qərarları › İş №2(026)-168/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-168/2022
14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver