Məhkəmə qərarları › İş №2(026)-18/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-18/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-18/2022 18.03.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 oğlunun iştirakı ilə iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Elçad oğlu, X6, Cavabdeh6 Bünyamın qızı və Cavabdeh7 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Elçad oğlu, X6, Cavabdeh6 Bünyamın qızı və Cavabdeh7 qarşı Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 05 dekabr 2014-cü il tarixli 88B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 19296,24 manat, faiz borcuna görə 279,88 manat, cəmi 19576,12 manat və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 80 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmetləri olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinə və Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı əlavə kredit müqaviləsi üzrə 19576,12 manat borcun, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 80 manat qəpik məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetləri olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinə ilkin satış qiymətinin 40.000 (qırx min) manat məbləğində və Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən X1 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 45.000 (qırx beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3 və onun ailə üzvləri Cavabdeh6 Bünyamin qızı, X6, Cavabdeh4 və Ağayev Nicat Elşad oğlunun çıxarılması, Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh7 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında 05 dekabr 2014-cü il tarixli 88B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı əlavə kredit müqaviləsinə əsasən ona 17 ay müddətinə 28 iyun 2021-ci il tarixədək illik 8% dərəcəsi ilə ödəmək şərtilə, 30920 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh3 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli 88Bİ8/14 saylı ipoteka müqaviləsinə və Cavabdeh2 arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli 88Bİ8/14-2 saylı ipoteka müqaviləsinə əsasən Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsi və Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi və ona əlavə edilmiş sazişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 08 mart 2021-ci il tarixə 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 19296,24 manat və faiz borcuna görə 279,88 manat olmaqla, cəmi 19576,12 manat olmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsi və Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 05 dekabr 2014-cü il tarixli 88Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsi və 25 dekabr 2014-cü il tarixli 88Bİ8/14-2 saylı ipoteka müqaviləsinə əsasən Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə banka ipotekaya qoyulmuş və tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqavilələrinin müvafiq olaraq 2.4-cü bəndinə əsasən ipoteka predmetləri olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinin ilkin satış qiyməti 40.000 (qırx min) manat və Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 45.000 (qırx beş min) manat məbləğində qiymətləndirilmişdir. Borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İddia ərizəsi məhkəmənin icraatında olan zaman cavabdeh tərəfindən banka olan kredit borcundan 2500 manat ödəniş edilmişdir. Ona görə də Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 05 dekabr 2014-cü il tarixli 88B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 17072,11 manat, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 80 manat qəpik məbləğində pulun tutulması, tələbin ipoteka predmetləri olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinə və Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı əlavə kredit müqaviləsi üzrə 17072,11 manat borcun, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 80 manat qəpik məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetləri olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinə ilkin satış qiymətinin 40.000 (qırx min) manat məbləğində və Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən X1 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 45.000 (qırx beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3 və onun ailə üzvləri Cavabdeh6 Bünyamin qızı, X6, Cavabdeh4 və X4 çıxarılması, Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh7 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 Dəmir oğlu arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli 88B8/14 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh2 Dəmir oğluna 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı əlavə kredit müqaviləsi əsasında 17 ay müddətinə, illik faiz dərəcəsi 08 faiz olmaqla 30920 manat kredit verilmişdir. "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli 88Bİ8/14 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Qobustan şəhəri Heydər Əliyev prospektində yerləşən Cavabdeh3 mülkiyyətində olan 0,059 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 80 saylı fərdi yaşayış evi ilə birlikdə "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 40000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli 88Bİ8/14-2 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Qobustan rayonunun Mərəzə qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 45000 manat məbləğində müəyyən edilmişdir. 14 saylı Ərazi idarəsinin verdiyi RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilir ki, Qobustan şəhəri Heydər Əliyev küçəsində yerləşən Cavabdeh2 məxsus olan fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 14 saylı Ərazi idarəsinin verdiyi RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilir ki, Qobustan şəhəri Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 məxsus olan 80 saylı fərdi yaşayış evi 0,059 ha torpaq sahəsi ilə birlikdə "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışda göstərilir ki, Qobustan rayonunun Mərəzə qəsəbəsində Cavabdeh2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 84,8 kv.m yaşayış, 55,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" Kommersiya Bankı ASC-nin 09 aprel 2021-ci tarixli bildirişindən göstərilir k, "xxxx" Kommersiya Bankı ASC tərəfindən cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 iyul 2021-ci il tarixli 14-21 saylı əmlakın qiymətləndirilməsinə dair hesabatda göstərilir ki, Qobustan şəhəri Heydər Əliyev prospektində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində olan ümumi sahəsi 140.6 kv.m fərdi yaşayış evinin qiymətləndirmə tarixinə, yəni 30 iyun 2021-ci il tarixə yekun bazar dəyəri 50000, likvid dəyəri 45000 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 iyul 2021-ci il tarixli 15-21 saylı əmlakın qiymətləndirilməsinə dair hesabatda göstərilir ki, Qobustan şəhəri Heydər Əliyev prospektində yerləşən Cavabdeh3 mülkiyyətində olan 0,059 ha torpaq sahəsində olan ümumi sahəsi 155.7 kv.m olan 80 saylı fərdi yaşayış evinin qiymətləndirmə tarixinə, yəni 30 iyun 2021-ci il tarixə yekun bazar dəyəri 55000, likvid dəyəri 50000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2022-ci il tarixli 9/568 saylı ekspert rəyindən göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış və maliyyə arayışı məlumatları və 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 "xxxx" ASC-yə olan borcu 19572,11 manat məbləğində müəyyən edilir. Əsas borc üzrə 19296,24 manat, faiz borcu üzrə 275,87 manat. Həmçinin ödəniş qəbzi, hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi, 27 may 2021-ci il tarixinə 2500 manat məbləğində ödəniş edilmişdir. 2500 manat məbləğində ödəniş nəzərə alındığı təqdirdə 17072,11 manat məbləğində borcu qalacaqdır. Əsas borc üzrə 17072,11 manat, faiz borcu üzrə 0.00 manat. Müəyyən olundu ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh1 05 dekabr 2014-cü il tarixli 88B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı əlavə kredit müqaviləsinə əsasən ona 17 ay müddətinə 28 iyun 2021-ci il tarixədək illik 8% dərəcəsi ilə ödəmək şərtilə 30920 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Ağayev Elşad Ağabala oğlu arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli 88Bİ8/14 saylı ipoteka müqaviləsinə və Cavabdeh2 arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli 88Bİ8/14-2 saylı ipoteka müqaviləsinə əsasən Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 Ağabala oğlunun mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsi və Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi və ona əlavə edilmiş sazişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 08 mart 2021-ci il tarixə 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı kredit müqaviləsi üzrə 17072,11 manat əsas borcu qalmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsi və Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 05 dekabr 2014-cü il tarixli 88Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsi və 25 dekabr 2014-cü il tarixli 88Bİ8/14-2 saylı ipoteka müqaviləsinə əsasən Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə banka ipotekaya qoyulmuş və tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqavilələrinin müvafiq olaraq 2.4-cü bəndinə əsasən ipoteka predmetləri olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinin ilkin satış qiyməti 40.000 (qırx min) manat və Qobustan rayonu, Mərəzə qəsəbəsində (hazırkı Qobustan şəhəri, H. Əliyev prospektində) yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 45.000 (qırx beş min) manat məbləğində qiymətləndirilmişdir. Borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 05 dekabr 2014-cü il tarixli 88B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı əlavə kredit müqaviləsi üzrə 17072,11 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 80 manat məbləğində pul tutulmalı, tələbin ipoteka predmetləri olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinə və Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə yönəldilməli, bu əmlaklar hərracda satılmalı və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı əlavə kredit müqaviləsi üzrə 17072,11 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 80 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. İpoteka predmetləri olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3 və onun ailə üzvləri Cavabdeh6 Bünyamin qızı, X6, Cavabdeh4 və Ağayev Nicat Elşad oğlu çıxarılmalıdır. Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh7 çıxarılmalı və həmin yaşayış sahələri boşaldılmalıdır. İpoteka predmetləri olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinin likvid dəyəri 50000 (əlli min) manat və Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən X1 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinin likvid dəyəri 45,000 (qırx beş min) manat məbləğində müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Elçad oğlu, X6, Cavabdeh6 Bünyamın qızı və Cavabdeh7 müştərək qaydada 50 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 05 dekabr 2014-cü il tarixli 88B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı əlavə kredit müqaviləsi üzrə 17072,11 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 80 manat məbləğində pul tutulsun. Tələbin ipoteka predmetləri olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinə və Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə yönəldilsin. İpoteka predmeti olan əmlaklar hərracda satılsın və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 28 yanvar 2020-ci il tarixli 88B8/14-3 saylı əlavə kredit müqaviləsi üzrə 17072,11 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 80 manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İpoteka predmetləri olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3 və onun ailə üzvləri Cavabdeh6 Bünyamin qızı, X6, Cavabdeh4 və X7 çıxarılsın və həmin yaşayış sahəsi boşaldılsın. Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh7 çıxarılsın və həmin yaşayış sahəsi boşaldılsın. İpoteka predmeti olan Qobustan şəhəri, Heydər Əliyev küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 80 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,059 ha torpaq sahəsinin likvid dəyəri 50000 (əlli min) manat və Qobustan rayonu, Mərəzə qəsəbəsində (hazırkı Qobustan şəhəri, H. Əliyev prospektində) yerləşən X1 mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinin likvid dəyəri 45.000 (qırx beş min) manat məbləğində müəyyən edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Elçad oğlu, X6, Cavabdeh6 Bünyamın qızı və Cavabdeh7 müştərək qaydada 50 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar