Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-19/2021 25.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abdurəhman oğluna qarşı övladları xx xxxxxx 2004-cü il təvəllüdlü İsmayıl və xx xxx 2007-ci il təvəllüdlü Səfurə ilə birlikdə Cavabdeh1 və atası Cavabdeh2 Qobustan rayonunun Qobustan şəhərində yerləşən yaşayış evinə köçürmələri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı övladları xx xxxxxx 2004-cü il təvəllüdlü İsmayıl və xx xxx 2007-ci il təvəllüdlü Səfurə ilə birlikdə Cavabdeh1 Qobustan rayonunun Qobustan şəhərində yerləşən yaşayış evinə köçürmələri tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh1 qarşı övladları xx xxxxxx 2004-cü il təvəllüdlü İsmayıl və xx xxx 2007-ci il təvəllüdlü Səfurə ilə birlikdə Cavabdeh1 və atası Cavabdeh2 Qobustan rayonunun Qobustan şəhərində yerləşən yaşayış evinə köçürmələri tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, X3 ilə 2001-ci ilin dekabr ayında evlənmişlər, nikahlarını isə xx xxxx 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxxxx 2004-cü ildə İsmayıl, xx xxx 2007-ci ildə isə Səfurə adlı iki uşaqları anadan olmuşdur. Uşaqları qayınatasına məxsus evdə doğulmuş, orada böyümüşlər və həmin evdə qeydiyyatdadırlar. Qobustan rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(026)-151/2013 saylı qətnaməsi ilə Cavabdeh1la aralarında olan nikah pozulmuşdur. Hazırda uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Həm yaşadıqları evin kirayə pulunu, həmdə uşaqların gündəlik tələbatlarını ödəmək çox çətindir. Ona görə də övladları xx xxxxxx 2004-cü il təvəllüdlü İsmayıl və xx xxx 2007-ci il təvəllüdlü Səfurə ilə birlikdə Cavabdeh1 və atası Cavabdeh2 Qobustan rayonunun Qobustan şəhərində yerləşən yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 izahat verərək göstərdi ki, iddianı qəbul etmir. X5 köçürülməsini tələb etdiyi ev atası Şirvanındır. Onun adına heç bir əmlak yoxdur. Uşaqları atasına məxsus evdə doğulsalar da, sonradan Müşfiqabad qəsəbəsinə köçüb kirayədə yaşamışlar. Atasına məxsus evdə ailəsi və uşaqları ilə birlikdə yaşayır. Onların başqa yaşayış yerləri yoxdur. Kəmalənin evə köçürülməsini istəmir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh2 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddianı qəbul etmir. İddiaçı onun oğlu Xaqani ilə qoşulub qaçmışdır. Onlar 2013-cü ilə kimi birlikdə ərarvad kimi yaşamışlar. Bu nikahdan iki uşaqları vardır. Kəmalə 2013-cü ildə Xaqanini qoyub uşaqları da götürüb qaçmışdır. Hazırda köçürülməsini iddia etdiyi ev onun adınadır. Oğlu Xaqaninin evi yoxdur. Həmin evdə gəlini, oğlu və nəvəsi ilə birlikdə yaşayır. Kəmalənin onlarla birlikdə yaşamasını istəmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan İHB-nın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxxx 2020-ci il tarixli 1616 saylı arayışdan görünür ki, Mayılova X7 rayonunun Qobustan şəhərində qeydiyyatda olsa da, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayır. Himayəsində xx xxxxxx 2004cü il təvəllüdlü oğlu X1 və xx xxx 2007-ci qızı X4 vardır. İş materiallarına əlavə olunmuş Qobustan rayonunun polis şöbəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZ seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx xxxxxx 2004-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı 12915649 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx xxx 2007-ci ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş fərdi yaşayış fonduna aid yaşayış evinin mart 1989-cu il tarixli texniki pasportunun surətindən görünür ki, Cavabdeh2 Qobustan rayonunun Qobustan şəhərində fərdi yaşayış evi vardır. İş materiallarına əlavə olunmuş Qobustan rayon məhkəməsinin 2(026)-151/2013 saylı xx xxxxxx 2013-cü il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh1 oğlu ilə İbrəhimova Kəmalə Əli qızı arasında 20 iyul 2005-ci il tarixdə bağlanmış AZ- 1 178623 saylı nikah pozulmuş, onların xx xxxxxx 2004-cü ildə anadan olmuş uşaqları X1 və xx xxx 2007-ci il tarixdə anadan olmuş uşaqları X4 anaları X2 yanında qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarında göstərilir ki, Mülki Məcəlləyə xx xxxxxx 2005-ci il tarixində əlavə edilmiş 228.5-ci maddənin məzmununa əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (keçmiş) ailə üzvləri həmin sahədən istifadə hüququna malikdirlər. Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin "həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır" müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Müəyyən olundu ki, İddiaçı Cavabdeh1 ilə 2001-ci ilin dekabr ayında evlənmişlər. Onların birgə nikahdan xx xxxxxx 2004-cü il tarixdə İsmayıl və xx xxx 2007-ci il tarixdə Səfurə adlı iki uşaqları anadan olmuşdur. Qobustan rayon məhkəməsinin 2(026)- 151/2013 saylı xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Uşaqlar Cavabdeh1 atası Cavabdeh2 məxsus evdə doğulmuş, böyümüş və hazırda da, Kəmalə, İsmayıl və Səfurə Qobustan şəhərində Cavabdeh2 məxsus fərdi yaşayış evində qeydiyyatdadırlar. İddiaçı uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Göründüyü kimi İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasındakı münasibətlər 2009-cu ilin oktyabr ayının 1-nə kimi olan münasibətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddənin məzmununa əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (keçmiş) ailə üzvləri həmin sahədən istifadə hüququna malikdirlər. Qeyd olunanlara əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladları -xx xxxxxx 2004-cü il təvəllüdlü İbrəhimli İsmayıl Xaqani oğlu və xx xxx 2007-ci il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh1 və atası Cavabdeh2 Qobustan rayonunun Qobustan şəhərində yerləşən qeydiyyatda olduqları yaşayış evinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladları -xx xxxxxx 2004-cü il təvəllüdlü X1 və xx xxx 2007-ci il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh1 və atası Cavabdeh2 Qobustan rayonunun Qobustan şəhərində yerləşən qeydiyyatda olduqları yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-19/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-19/2021
25.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver