Məhkəmə qərarları › İş №2(026)-19/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-19/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-19/2022 04.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 24563,82 manat kredit, 3207,24 manat faiz və 44768,83 manat cərimə olmaqla, ümumilikdə cəmi 72539 (yetmiş iki min beş yüz otuz doqquz manat 89 (səksən doqquz) qəpik məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1960-cı məhəllədə istifadədə olan Cavabdeh1 mülkiyyətində olan 0.312 ha torpaq sahəsində yerləşən 5a nömrəli, 16 mərtəbəli binanın 6-cı girişində, 6-cı mərtəbəsində, 87.15 kv.m ümumi, 45.8 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracda satılması və ümumilikdə cəmi 72539,89 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına “AccessBank» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1960-cı məhəllədə istifadədə olan Cavabdeh1 mülkiyyətində olan 0.312 ha torpaq sahəsində yerləşən 5a nömrəli, 16 mərtəbəli binanın 6-cı girişində, 6-cı mərtəbəsində, 87.15 kv.m ümumi, 45.S kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeydlərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslinin iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə aralarında olan kredit müqaviləsi üzrə banka olan öhdəliyini tam yerinə yetirmişdir. Banka borcu qalmamışdır. Ona görə də işin baxılmamış saxlanılmasına etirazı yoxdur. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar