Məhkəmə qərarları › İş №2(026)-190/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-190/2021

09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-190/2021 09.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, ərizəçi X14 və maraqlı tərəf Qobustan rayon Notariat ofisinin xüsusi notariusu X32 iştirakı ilə, ərizəçi X14 qohumluq münasibətləri faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X3 Mələksuma Mirzəəli qızı ilə X16 doğma bacı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X30 izahatında göstərdi ki, xx xxxxxx 1933-cü ildə Qobustan rayonunun (o vaxtı Şamaxı rayonu) Yekəxana kəndində anadan olmuş, hazırda Qobustan rayonunun Sədəf kəndində yaşayır. Xalası qızı 1936-cı ildə anadan olmuş Ağamirzəyeva (ata soyadı Səlimova) Dünya Əlyar qızı 2016-cı ilin iyun ayının 20-də vəfat etmiş və Sədəf kənd qəbristanlığında dəfn edilmişdir. Dünya 17 iyul 1954-cü ildə X17 ilə rəsmi nikaha girməklə evlənmişdir. Dünya ilə Ağasəfin birgə nikahdan övladları olmamışdır. Dünyanın həyat yoldaşı Ağasəf 15 may 2015-ci ildə ölmüşdür. Dünyadan Qobustan rayonunun Sədəf kəndində 1958-ci ildə tikilmiş 13,2 m2 x 7,8 m2 ölçüdə 2 mərtəbəli, ümumi sahəsi 149,1 m2, yaşayış sahəsi 60,2 m2, köməkçi sahəsi 88,9 m2 olan ev miras qalmışdır. Xalası qızı vəfat edən vaxtdan həmin evə baxır və Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən mirası faktiki qəbul etmişdir. Hazırda notariat ofisindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq istəyir. Notariat ofisində Dünyanın onun xalası qızı, yəni analarının doğma bacı olmaları faktının məhkəmə qaydasında müəyyən olunması istənilsə də, ona qohumluq faktının təsdiq olunması üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Tarix arxivinin verdiyi 21 noyabr 2019-cu il tarixli M-312/a.x saylı arayışda Gülşadın 06 iyul 1899-cu ildə anadan olduğu, atasının Mirzəəli Əsgər oğlu, anasının Səfiyyə Həsənəli qızı olduğu göstərilmişdir. Həmin arxivdə anası Mələksumanın doğum tarixinə dair məlumat aşkar olunmamışdır. Lakin onun doğum haqqında şəhadətnaməsində anası Mələksumanın atasının adı göstərilmişdir. Bundan başqa Sədəf və Bədəlli kəndlərinin yaşlı şəxslərinin tərtib etdikləri aktda anası Mələksuma ilə Dünyanın anası Gülşadın doğma bacı olduqları göstərilmişdir. Hazırda anası Mələksuma və xalası Gülşadın doğma bacı olmaları faktını başqa qaydada təsdiq etmək mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Anası Mələksuma 1993-cü ildə, xalası Gülşad isə 1949-cu ildə vəfat etmişlər. X15 ilə X16 doğma bacı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qobustan rayon Notariat ofisinin xüsusi notariusu X49 izahatında göstərdi ki, Ərizəçi xalası qızı X10 miras qalmış yaşayış evini qəbul etməsi üçün mərhumun birinci dərəcəli vərəsələri olan ata-anasının ölüm və nikahlarını təsdiq edən, həmçinin mərhumun onun xalasının qızı olması faktını təsdiq edən qohumluq sənədləri müəyyən edilmədiyinə görə vərəsəlik şəhadətnaməsi verilməsi mümkün olmamışdır. Ərizənin təmin edilməsinə etiraz etmir. X21 izahatında göstərdi ki, Ərizəçi Gülşadın bacısı Mələksumanın qızıdır. Dünya ilə Bacqız doğma xalaqızıdırlar. Dünya ilə yaxın qonşu olmuşlar. Dünya Ağasəf adlı şəxslə evlənmişdir və onların övladları olmamışdır. Dünyanın əri Ağasəf 2015-ci ildə dünyasını dəyişmişdir. Dünya ondan yaşca çox kiçik idi. Dünya ilə Ağasəfin Sədəf kəndində özlərinə məxsus evləri var idi, onlar öləndən sonra həmin evə Bacqız baxır. Dünya və əri Ağasəf hər ikisi Sədəf kənd qəbristanlığında dəfn edilmişlər. X24 izahatında göstərdi ki, ərizəçi Bacqızla Dünya doğma xalaqızıdırlar. Dünyanın anasın adı Gülşad və Bacqızın anasının adı Mələksuma olmuşdur Mələksuma və Gülşad Mirzəəlinin qızları idi. Dünya Ağasəf adlı şəxslə evlənmişdir, lakin onların övladları olmamışdır. Hazırda Dünya və Ağasəf vəfat etmişlər və onlar Sədəf kənd qəbristanlığında dəfn edilmişlər. Dünyanın Sədəf kəndində qalan evinə onun bacısı qızı Bacqız baxır. X8 izahatında göstərdi ki, Ərizəçi həmkəndli olmaqla yaxşı tanıyır. Bacqız ondan yaşca böyükdür. Bacqızın anası Mələksumanı və xalası Gülşadı çox yaxşı tanıyırdı. X64 evlənmişlər, onların Dünya adlı bir qızları anadan olmuşdur. Dünya da Ağasəflə evlənmiş, lakin onların övladları olmamışdır. Dünya və Ağasəf öləndən sonra onların evinə Bacqız baxır, onların evləri bir-birlərinə yaxındır. Ağasəflə Dünya 5-6 il olar ki, ölüblər. Mələksumanın və Gülşadın atalarının adı Mirzalı, analarının adı isə Göyüşdür. Məhkəmə ərizəçinin, maraqlı şəxsin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Mərəzə rayon Yekəxana VVAQ Bürosu tərəfindən 29 mart 1951-ci il tarixdə verilmiş İE seriyalı 581217 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx xxxxxx 1933-cü il tarixdə doğulmuşdur. X25, anası X11r. İş materiallarında olan Mərəzə rayon Yekəxana kənd sovetliyinin 04 fevral 1955-ci il tarixdə verdiyi İE seriyalı 129070 saylı evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X4 Bacqız Ballı qızı ilə nikahlarını 04 fevral 1955-ci ildə rəsmi qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan Mərəzə rayonu VVAQ Bürosu tərəfindən 03 iyun 1954-cü il tarixdə verilmiş İJ seriyalı 090771 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X52 01 yanvar 1936-cü il tarixdə doğulmuşdur. X12, anası X26r. İş materiallarında olan Molotov rayonu VVAQ Bürosu tərəfindən 19 noyabr 1954-cü il tarixdə verilmiş İJ seriyalı 366130 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 5 may 1929-cu il tarixdə doğulmuşdur. X5, anası X41r. İş materiallarında olan Mərəzə rayon Yekəxana soveti tərəfindən 17 iyul 1954-cü il tarixdə verilmiş İE seriyalı 103470 saylı evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Dünya Əlyar qızı ilə nikahlarını 17 iyul 1954-cü ildə 03 sayla qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan Qobustan rayon İHB-nın Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 28 iyun 2016-cı il tarixli AZ-İ seriyalı 783675 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 28 iyun 2016-cı il tarixdə Qobustan rayonunun Sədəf kəndində vəfat etmişdir. İş materiallarında olan Qobustan rayon İHB-nın Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 20 may 2015-ci il tarixli AZ-İ seriyalı 704282 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 20 may 2015-ci il tarixdə Qobustan rayonunun Sədəf kəndində vəfat etmişdir. İş materiallarında olan Qobustan rayon Qeydiyyat Şöbəsini tərəfindən 08 noyabr 2019-cu il tarixdə verilmiş 134 saylı arayışda X7 17 noyabr 1993-cü ildə Qobustan rayonunun Sədəf kəndinə ölməsi qeyd edilmişdir. İş materiallarında olan Qobustan rayon Qeydiyyat Şöbəsini tərəfindən 08 noyabr 2019-cu il tarixdə verilmiş 135 saylı arayışda X47 23 oktyabr 1946-cı ildə Qobustan rayonunun Yekəxana kəndinə ölməsi qeyd edilmişdir. İş materiallarında olan Qobustan rayon Qeydiyyat Şöbəsini tərəfindən 08 noyabr 2019-cu il tarixdə verilmiş 139 saylı arayışda X23 11 fevral 1949-cu ildə Qobustan rayonunun Yekəxana kəndinə ölməsi qeyd edilmişdir. İş materiallarında olan Qobustan rayonunun Sədəf kənd sakinləri X45, Ərizəçi, X33, X50 və X28 08 aprel 2021-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Sədəf kəndində yaşamış mərhum X13 və Səlimova (ata soyadı Nuriyeva) X71 həqiqətən doğma bacı olmuşlar. Onların bir qardaşı X22 1941-ci ildə müharibəyə getmiş və qayıtmamışdır. İş materiallarında olan Qobustan rayonunun Sədəf kənd sakinləri X45, Ərizəçi, X33, X50 və X28 08 aprel 2021-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Sədəf kəndində yaşamış mərhum X19 və mərhum X31 ilə 17 iyul 1954-cü ildə ailə həyatı qurmuşdur. Ölən günədək onların övladı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Tarix arxivinin verdiyi 21 noyabr 2019-cu il tarixli M-312/a.x saylı arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Şamaxı rayonu Yekəxana kənd məscidinin sənədlərində Galşad Mirzə Əli (sənəddə olduğu kimi) qızının doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi 1899-cu il 6 iyul, valideynləri: atası- Mirzə Əli (sənəddə olduğu kimi) Əsgər oğlu, anası-Səfiyyə Həsənəli qızı. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix arxivinin verdiyi 25 noyabr 2019-cu il tarixli M-316/a.x saylı arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycan Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X7 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Qobustan rayon Notariat ofisinin Ərizəçi ünvanlandığı 14 aprel 2021-ci il tarixli 58 saylı məktubdan görünür ki, xalası qızı X10 miras qalmış yaşayış evini qəbul etməsi üçün mərhumun birinci dərəcəli vərəsələri olan ata-anasının ölüm və nikahlarını təsdiq edən, həmçinin mərhumun onun xalasının qızı olması faktını təsdiq edən qohumluq sənədləri müəyyən edilmədiyinə görə vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Ona görə də məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Qobustan rayonunun Sədəf kəndində X20 xüsusi mülkiyyətində ümumi sahəsi 149,1 kv.m-dən ibarət fərdi yaşayış evi və 0,1109 ha torpaq sahəsi olması Daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 14 saylı Ərazi İdarəsinin verdiyi 08 iyun 2016-cı il tarixli 3130 saylı inventar nömrəli texniki pasportun surətindən görünür ki, Qobustan rayonunun Sədəf kəndində X20 xüsusi mülkiyyətində faktiki 0,1720 ha, 0,01593 ha tikinti altı sahə və 0,15607 ha digər sahələri vardır. İş materiallarında olan Qobustan rayon İHB-nın Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 may 2021-ci il tarixdə verdiyi Sədəf kənd təsərrüfatbaşına kitabından 06 saylı çıxarışdan görünür ki, Qobustan rayonunun Sədəf kəndində yaşamış 15 may 2015-ci ildə vəfat |etmiş mərhum X19 və onun arvadı 01 iyun 2016-cı də vəfat etmiş mərhum X20 1996-2016-cı illər üzrə 05№-li təsərrüfatbaşına kitabın 107-ci səhifəsinin 324 №-li şəxsi hesabına əsasən onların ölən günədək övladlarının olması barədə heç bir qeyd aparılmamışdır. X2 və mərhum X20 1962-ci ildə tikilmiş fərdi yaşayış evi və mülkiyyətlərində 0,06 həyətyanı torpaq sahəsi və 2.00 ha əkin torpaq sahəsi vardır. Həmin evdə 1929-cu il təvəllüdlü X19 və onun arvadı 1936-cı il təvəllüdlü X31 daimi qeydiyyatda olmuşlar. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X15 ilə X16 doğma bacı olmasıqohumluq faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X15 ilə X16 doğma bacı olması-qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar