Məhkəmə qərarları › İş №2(026)-196/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-196/2021

01.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-196/2021 01.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı İddiaçı və Cavabdeh müdiri X2 və onun nümayəndəsi X4 iştirakı ilə, iddiaçı İddiaçı və cavabdeh Cavabdehnə qarşı işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı və Cavabdehnə qarşı işdənçıxma əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh müdiri Füzuli Güləliyevin 19 oktyabr 2020-ci il tarixli əmri ilə Cavabdehndə metodist vəzifəsinə təyin edilmişdir. Lakin ona işdən çıxarılması barədə əmrin surəti, əmək kitabçası verilməmiş və son haqq-hesabda ödənilməmişdir. İşdən çıxarılması haqqında ona heç bir məlumat da verilməmişdir. Təhsil Şöbəsindən əmək kitabçasını tələb etməsinə baxmayaraq əmək kitabçasını ona vermirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53.1-ci maddəsinin tələbinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Lakin Cavabdeh tərəfindən ona heç bir xəbərdarlıq edilməmişdir. X3 işlə təmin edilməsini xahiş etdikdə Fizuli Güləliyev onu işlə təmin edəcəyini desə də, sonradan ona stajı olmasının vacib olduğunu bildirmişdir. 2020-ci ilin fevral ayından iyul ayına qədər Qobustan rayonunun Nabur kənd məktəbində, sonra isə müqavilə bitənədək rayonunun Cəmcəmli kənd məktəbində işləmişdir. Müqavilə bitdikdən sonra isə Fizuli Güləliyev onu metodist kimi işə götürmüşdür. Fizuli Güləliyev şöbədə yoxlama olduğunu və bir müddət işə gəlməməsini ona bildirmişdir.Fizuli Güləliyev onu aldadaraq iddia müddətinin ötürülməsinə səbəb olmuşdur. Lakin sonradan işə gəldikdə Fizuli müəllim ona müqavilənin vaxtı bitdiyinə görə işdən azad olunduğunu desə də, xitam qərarının surətini verməmişdir. Bir neçə dəfə həm xitam qərarının, həm də əmək kitabçasını istəmişdir. Lakin xitam qərarı ona gec verilmişdir. Cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də Cavabdeh onun barəsində çıxarmış olduğu işdən çıxma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh müdiri X6 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh keçmiş metodisti İddiaçı tərəfindən Cavabdeh onun barəsində çıxarmış olduğu işdən çıxma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiasının müddət keçmişdir. Hazırda Təhsil Şöbəsinə yeni metodist təyin olunmuşdur, iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh nümayəndəsi X1 Səbrazlıyevlə eyni məzmunlu izahat verdi. Eyni zamanda bildirdi ki, əmək müqaviləsi bağlanarkən və əmək müqaviləsinə xitam verilərkən elektron variantda sistemə yerləşdiyindən İddiaçı elektron poçt ünvanına bu barədə məlumat ötürülmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi rədd edilməlidir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh 19 oktyabr 2020-ci il tarixli 42 saylı əmrinin surətindən görünür ki, Cavabdehndə metodist ştatının vakant olmasını nəzərə alıb 19 oktyabr 2020-ci il tarixdən 3 ay sınaq müddətinə metodist vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq İddiaçı oğluna həvalə edilmişdir. İşdə olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 19 oktyabr 2020-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, İddiaçı Cavabdehnə metodist vəzifəsinə qəbul edilmiş, müqavilənin müddətinin qurtarması ilə əlaqədar 19 yanvar 2021-ci il tarixdə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh 19 yanvar 2021-ci il tarixli 02 saylı əmrinin surətindən görünür ki, Cavabdehndə metodist vəzifəsində işləyən İddiaçı müddətli əmək müqaviləsi bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Cavabdeh əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında 19 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar 19 yanvar 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Dövlət Attestasiya Komissiyasının 08 iyun HS07/51 2013-cü il tarixli qərarı ilə verilmiş A 004036 saylı bakalavr diplomunun surətindən görünür ki, İddiaçı Sumqayıt Dövlət Universitetini tarix müəllimi ixtisası üzrə bitirmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin verdiyi 06 may 2021-ci il tarixli 51 saylı arayışında göstərilir ki, İddiaçı 19 oktyabr 2020-ci il tarixdən 19 yanvar 2021-ci il tarixə kimi Cavabdehndə metodist vəzifəsində işləmiş və ona işlədiyi müddət ərzində 2020-ci ilin oktyabr ayında 170,45 manat, noyabr ayında 375,00 manat, dekabr ayında 375,00 manat və 2021-ci ilin yanvar ayında 229,17 manat olmaqla cəmi 1149,62 manat əmək haqqı hesablanmışdır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı 19 oktyabr 2021-ci il tarixdə Cavabdehnə 3 ay sınaq müddətinə metodist vəzifəsinə işə qəbul olunmuş və bu barədə müqavilə bağlanmışdır. 3 ay sınaq müddəti başa çatdığı üçün 19 yanvar 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Cavabdeh müdiri X5 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, Cavabdeh keçmiş metodisti İddiaçı tərəfindən işə bərpa tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51.1-ci maddısinə əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 70-ci maddəsinin d) bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı işdən çıxma əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair iddiası əsassız olduğundan və iddia müddəti keçdiyindən rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdehnə qarşı işdən çıxma əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair iddiası əsassız olduğundan və iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar