Məhkəmə qərarları › İş №2(026)-197/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-197/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-197/2021 23.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti Cavabdeh 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinə əsasən 7805,68 manat əsas borc, 21178,95 manat faiz borcu, 4612,23 manat dəbbə pulu olmaqla, cəmi 33596,86 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulması, kredit müqaviləsi üzrə tələbinin Cavabdeh Qobustan rayonu Qobustan şəhəri, yeni massiv 4 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.m-dən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililəri (MA seriyalı ******* nömrəli **********877-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 19 fevral 2011-ci il tarixli çıxarışa əsasən) yönəldilməsi, əmlakın açıq hərraca çıxarılaraq 17500 manat qiymətlə açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, evdə yaşayanların evdən çıxarılması və evin məcburi boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinə əsasən 7805,68 manat əsas borc, 21178,95 manat faiz borcu, 4612,23 manat dəbbə pulu olmaqla, cəmi 33596,86 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulması, kredit müqaviləsi üzrə tələbinin Cavabdeh Qobustan rayonu Qobustan şəhəri, yeni massiv 4 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.m-dən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililərə (MA seriyalı ******* nömrəli **********877-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 19 fevral 2011-ci il tarixli çıxarışa əsasən) yönəldilməsi, əmlakın açıq hərraca çıxarılaraq 17500 manat qiymətlə açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, evdə yaşayanların evdən çıxarılması və evin məcburi boşaldılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıBOKT Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti, (hazırkı “Para Bokt ASC” arasında 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsi imzalanmış, müvafiq olaraq 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz olmaqla, 9 ay güzəştli müddətlə 10000 manat kredit verilmişdir. 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinin təminatı kimi 19 avqust 2011-ci il tarixli 193/NF/11 saylı ipoteka müqaviləsinə 04 dekabr 2014-cü il tarixli 1 saylı əlavə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Əzizov X1 şəhəri yeni massiv 4 ünvanında yerləşən özünə məxsus 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.mdən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililəri (MA seriyalı ******* nömrəli **********877-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 19 fevral 2011-ci il tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. İpoteka (girov) müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının keçikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0,2 faizi həcmində dəbbə pulu tələb edir, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulan müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. Cаvabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Cavabdehin hazırda İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə 7805,68 manat əsas borc, 21178,95 manat faiz borcu, 4612,23 manat dəbbə pulu olmaqla, cəmi 33596,86 manat borcu vardır. Ona görə də Cavabdeh 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinə əsasən 7805,68 manat əsas borc, 21178,95 manat faiz borcu, 4612,23 manat dəbbə pulu olmaqla, cəmi 33596,86 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqaviləsi üzrə tələbin Cavabdeh Qobustan rayonu Qobustan şəhəri, yeni massiv 4 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.m-dən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililərə (MA seriyalı ******* nömrəli **********877-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 19 fevral 2011-ci il tarixli çıxarışa əsasən) yönəldilməsi, əmlakın açıq hərraca çıxarılaraq 17500 manat qiymətlə açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, evdə yaşayanların evdən çıxarılması və evin məcburi boşaldılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında göstərdi ki, "xxxx" ASC-dən kredit götürmüş, ilk vaxtlar ödənişlərini vaxtlı-vaxtında etmişdir. Sonradan heç bir yerdə işləmədiyi üçün banka olan borcunu ödəyə bilməmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi rəyinə əsasən evinin 44000 manat qiymətləndirilməsi ilə razıdır. Banka olan borcunu hissəhissə ödəyəcəkdir. Həmin kredit üzrə cərimənin azaldılmasına köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Kaml oğlu arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 6 faiz olmaqla 9 ay müddətinə 10000 manat kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialının 19 avqust 2011-ci il tarixli 193/NF/11 saylı ipoteka (girov) müqaviləsinə 1 saylı əlavədən görünür ki, Qobustan şəhəri yeni massiv 4 ünvanında yerləşən Cavabdeh məxsus 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.m-dən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililərin qiyməti tərəflərin razılığı ilə 17500 manat məbləğində müəyyən edilmişdir. İddiaçı BOKT ASC-nin 23 fevral 2021-ci il tarixli 0162/NF/14 saylı maliyyə arayışında göstərilir ki, Cavabdeh İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə 7805,68 manat əsas borc, 21178,95 manat faiz borcu, 4612,23 manat dəbbə borcu vardır. İddiaçı BOKT ASC-nin 29 mart 2021-ci il tarixli bildirişindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Qobustan şəhəri yeni massiv 4 ünvanında yerləşən özünə məxsus 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.m-dən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililər Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilməsi 2 nömrəli reyestr kitabının 87 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. 06 iyun 2018-ci il tarixli Daşınmaz əmlakın qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən verilmiş 002-14/18 saylı rəydən görünür ki, Qobustan şəhəri Yeni massiv 4 ünvanında yerləşən 10 nömrəli fərdi yaşayış evinin 29 may 2018-ci il tarixinə dəyəri 44000.00 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021-ci il tarixli 9/4373 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 03 avqust 2021-ci il tarixə (maliyyə arayışı verildiyi tarixə) banka olan borcu ümumilikdə 9421,48 manat müəyyən olunur: 7343,82 manat əsas, 2077,66 manat faiz borcu. Müəyyən olundu ki, İddiaçıBOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsi imzalanmış, müvafiq olaraq 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz olmaqla, 9 ay güzəştli müddətlə 10000 manat kredit verilmişdir. 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinin təminatı kimi 19 avqust 2011-ci il tarixli 193/NF/11 saylı ipoteka müqaviləsinə 04 dekabr 2014-cü il tarixli 1 saylı əlavə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Əzizov X1 şəhəri yeni massiv 4 ünvanında yerləşən özünə məxsus 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.mdən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililəri (MA seriyalı ******* nömrəli **********877-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 19 fevral 2011-ci il tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. Cаvabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Cavabdehin hazırda İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə 7805,68 manat əsas borc, 2077,66 manat faiz borcu, 4612,23 manat dəbbə pulu borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun əmlak mənafelərini, götürdüyü kreditin və faizlərin böyük hissəsini banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən 0162/NF/14 saylı kredit müqaviləsinə əsasən dəbbə pulunun 4612,23 hesablanması tənasübsüz dərəcədə yüksəkdir, dəbbə pulunun 922 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Cavabdeh 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinə əsasən 7343,82 manat əsas, 2077,66 manat faiz və 922 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, kredit müqaviləsi üzrə tələb Qobustan şəhəri yeni massiv 4 ünvanında yerləşən Cavabdeh məxsus 0,10 ha torpaq sahəsində olan 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.m-dən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililərə yönəldilməli, həmin əmlak açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməli, əmlakın dəyəri 44.000 manat müəyyən edilməli, evdə yaşayanlar evdən çıxarılmalı, ev məcburi boşaldılmalı, 100 manat ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinə əsasən 7343,82 manat əsas, 2077,66 manat faiz və 922 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Kredit müqaviləsi üzrə tələb Qobustan şəhəri yeni massiv 4 ünvanında yerləşən Cavabdeh məxsus 0,10 ha torpaq sahəsində olan 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.mdən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililərə yönəldilsin. Əmlakın dəyəri 44.000 manat müəyyən edilsin. Həmin əmlak açıq hərracda satılmaqla borcun ödənilməsi yönəldilsin. Evdə yaşayanlar evdən çıxarılsın və ev məcburi boşaldılsın. Cavabdeh Kamal oğlundan 100 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar